23 май 13:20dunya / gundem

LİVİYADA TÜRK-RUS QARŞIDURMASI…


LİVİYADA TÜRK-RUS QARŞIDURMASI…
Məhəmməd Əsədullazadə: “Türkiyə Rusiya istehsalı olan həmin təyyarələrin hamısını vuracaq”

“Sonda BMT-nin dəstəklədiyi qüvvələr qalib gələcək”

İngiltərənin “Financial Times” qəzetinin yazdığı məlumata görə, Birləşmiş Millətlər Təşkilatının (BMT) mütəxəssisləri Liviyada marşal Xəlifə Haftara Rusiya istehsalı olan 8 döyüş təyyarəsinin verilməsi ilə bağlı araşdırma başladıb.

Liviyalı mütəxəssis Volfram Laçerin fikirləri əks olunan məqalədə bildirilib ki, Xəlifə Haftar və milisinin ilk işi Türkiyə qüvvələrinə mane olmaq üçün Vatiyyə hərbi bazasını vurmaq olacaq.

V.Laçer Haftar qüvvələrinin Liviyanın paytaxtı Tripolidəki və Misirdəki havadan müdafiə sistemini hədəf aldığını da qeyd edib.

O bildirib ki, Liviyaya Suriyadan gətirilən təyyarələr Türkiyə ilə Rusiya arasında qarşıdurma ehtimalını artırır: “Bu, Türkiyə ilə Rusiya arasında hava qüvvələri üstünlüyünü saxlamaq üçün bir yarışa dönəcək”.

Qeyd edək ki, BMT mütəxəssislərinin Haftara Rusiya istehsalı olan 8 döyüş təyyarəsinin verilməsi ilə bağlı araşdırma başlatmasından bir gün öncə, Türkiyənin Xarici İşlər Nazirliyi (XİN) sözçüsü Hami Aksoy deyib ki, general Xəlifə Haftarın rəhbərlik etdiyi Liviya Milli Ordusunun (LMO) Liviyanın şərqində Türkiyə qüvvələrinin mövqelərinə havadan hücum edəcəyi barədə xarici mediada yayılan xəbərlərə münasibət bildirərkən deyib ki, Liviyada Türkiyə qüvvələri hədəfə alınsa, bunun çox ağır nəticələri olacaq.

Türkiyə XİN rəsmisi qeyd edib ki, yayılan xəbərlər Haftar və onun tərəfdarlarının Liviyadakı qarşıdurmanı dərinləşdirmək niyyətində olduqlarının təzahürüdür.

Xatırladaq ki, keçən ay BMT general Haftarın qurduğu hakimiyyəti tanımadığını açıqlayaraq, Liviyada vəziyyətin nizamlanmasına dair siyasi sazişi dəstəklədiyini bildirmişdi.

Aralıq dənizinə çıxışı və 1,9 min kilometr neftlə zəngin sahilboyu ərazisi olan Liviya ilə bağlı son günlər dünya güclərinin yenidən hərəkət keçdiyi ortadadır. Baxmayaraq ki, dünyada koronavirus pandemiyası tuğyan edir. Bir neçə gün öncə, Türkiyə hərbi qüvvələrinin dəstəyi ilə qiyamçı general Xəlifə Haftarin nəzarətində olan Vatiyə aviabazası Milli Razılıq Hökumətinin başçısı Faiz Sərrac hökumətinə sadiq hərbi qüvvələrin nəzarətinə keçdi ki, bu da regionda yeni gəlişmələrin Türkiyənin lehinə inkişaf edəcəyini göstərir.

Bir ay öncə, BMT-nin general Haftarın qurduğu hakimiyyəti tanımadığını elan etməsi, indi isə Xəlifə Haftara Rusiya istehsalı olan 8 döyüş təyyarəsinin verilməsi ilə bağlı araşdırma başlatması onun həm rəsmi Tripoli hökumətinə, həm də Türkiyəyə açıq dəstəyinin ifadəsidir. Təəccüblüdür ki, BMT Təhülkəsizlik Şurasının daimi üzvü olan Rusiya və Amerika qiyamçı general Haftara dəstək verdiyi halda, BMT özü və Avropanın əksər ölkələri indi Sərrac hökumətinə dəstəyini ifadə edir. Bu barədə Avropada nüfuzlu analitik mərkəzlərdən biri olan Avropa Xarici Münasibətlər Şurasının son təhlilində deyilir ki, Avropa ölkələri Liviya münaqişəsinin siyasi yollarla çözülməsini canlandırmalıdırlar, çünki Türkiyənin bu ölkədə hazırkı mövqeyinin güclü olması buna imkan verir.

Məqalədə bildirilir ki, Liviya indiyədək təlatümlə durğunluq arasında çapalayıb, amma indi həmin o lazımi keçid məqamlarından biridir. Təhlildə qeyd olunur ki, Türkiyənin hərbi dəstəyi Liviyanın beynəlxalq aləmdə tanınan Milli Barışıq Hakimiyyətinin (MBH) həlledici qələbələrini təmin edib və qiyamçı feldmarşal Xəlifə Haftarın paytaxt Tripolini ələ keçirmək planlarının üstündən xətt çəkib. Vəziyyətin belə olması iddialı generalı dəstəkləyənlərin arasına ixtilaf salıb.

Avropa Xarici Münasibətlər Şurasının hazırladığı bu təhlildə Türkiyənin Liviyada güclənən mövqeyindən “yeni siyasi reallığın” yaradılması üçün istifadə olunması da tövsiyyə olunur. Məqalədə deyilir ki, MBH qoşunlarının son hərbi uğurları qərbi Liviyanın Haftar qüvvələrindən tam təmizlənməsinə imkan verib. Qeyd olunur ki, milli hökumətin uğurları Türkiyə hava hücumundan müdafiə sistemlərinin və dronlarının köməyi ilə mümkün olub. Belə bir vəziyyətdə Haftar hava məkanında üstünlüyü ələ ala bilməsə, uduzmaqda davam edəcək.

Yəni belə məlum olur ki, avropalılara da regionda güclü olan qüvvənin yanında yer almaq maraqlıdır.

O da bildirilir ki, Türkiyənin Liviyada güclənməsi Berlində yanvar ayında keçirilmiş Liviya konfransındakı uğursuzluğun birbaşa nəticəsidir. Bu konfransda razılığa gəlinməməsinin əsas səbəblərindən biri də Haftarı dəstəkləyən Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) mövqeyi olub.

Vurğulanır ki, Ankara Haftarı Tripolidən və onun ətraflarından tam çıxarmaq əzmindədir. Təhlilçilər Türkiyənin Liviyada Rusiyanın Suriyadakı siyasətindən öyrəndiyini bildirirlər. Türkiyə hərbiyyəsi də Liviyaya hökumətin dəvəti ilə gəlib və bu məsələdə Avropa ölkələri arasında fikir ayrılığından istifadə edib. Amma məqalədə bu da qeyd olunur ki, MBH-nin ötən ay əldə etdiyi hərbi uğurlara baxmayaraq, müharibə hələ də başa çatmayıb. Haftar hələ də Triploliyə raket zərbələri endirmək imkanındadır və qərbi Liviyadakı Tarhuna şəhəri də onun nəzarətindədir.

Təhliçilərin fikrincə, bundan sonra çox şey Haftara muzdlu döyüşçülər və silahlarla yardım edən kənar dəstəkçilərdən asılı olacaq. Onlar indiyədək Liviyada Türkiyə nüfuzunun qarşısını almağa çalışırdılar.

Avropa Xarici Münasibətlər Şurasının təhlilçilərinin sözlərinə görə, Haftarın son günlərdə düçar olduğu uğursuzluqlar kifayət qədər ciddidir və onun öz sıralarında fikir ixtilafına səbəb olub. Hesab edirlər ki, Haftarın həyata keçirdiyi daxili çevriliş, onun Liviya Siyasi Sazişini ləğv etməsi də kara gəlməyib. Əksinə ölkənin cənubundakı tayfalar Tripoli hökumətinin tərəfinə keçiblər və yəqin ki, şərqdəki tayfalar da bu barədə düşünürlər.

Məqalədə deyilir ki, belə görünür, Haftarın əsas müttəfiqlərindən Rusiya da mövqeyini yenidən nəzərdən keçirir. Moskva son zamanlar Liviya parlamentinin spikeri Aguila Salehin yeni təşəbbüsünü , dəstəkləməklə fəaliyyətini siyasi müstəviyə keçirmək qərarına gəlib. Lakin Salehin MBH-ni yenidən tərtib etmək təşəbbüsü çətin ki, uğurlu olsun. Amma buna baxmayaraq, bu təşəbbüsün təkan verəcəyi şərqi-qərbi Liviya danışıqları Haftarı oyundan kənar vəziyyətdə qoyardı. Belə görünür ki, Haftarın daha bir müttəfiqi olan Misir də hadisələrin belə inkişafına tərəfdardır. Təhlilçilərin firkincə, bütün bunlar sonunda Haftara hərbi dəstək verən Birləşmiş ərəb Əmirliklərinin də mövqeyini təsirləndirəcək.

Avropalı politoloqlar hesab edirlər ki, Avropa ölkələri məhz yaranmış bu vəziyyətdən fürsətlənərək Türkiyənin artmaqda olan nüfuzundan maksimum faydalanmalıdırlar. Müəllifin fikrincə, Avropa ölkələri “bu yaxşı fürsəti” əldən verməməlidirlər. Əgər bu imkan əldən verilsə, onda Avropanın lap yaxınlığındakı bu münaqişə daha da dərinləşəcək, Türkiyənin artan nüfuzu isə təmsili müharibəni daha da qəlizləşdirəcək. Lakin real hərəkət üçün Avropa ölkələri Liviyaya münasibətdə həmrəy mövqe tutmalıdırlar. İlk növbədə, Almaniya, İtaliya və Britaniya-Fransa və Yunanıstanı “Haftarın gəmisini” tərk etməyin vaxtı olduğuna inandırmalıdırlar. Belə bir həmrəylik əldə olunduqdan sonra yekdil Avropa, Liviyada sülhün bərqərar edilməsi üçün Liviya fraksiyaları arasında BMT-nin təşəbbüsü ilə keçirilən Cenevrə danışıqlarının bərpasına nail ola bilər: “Amma bu fürsət qapısı bağlanmaqdadır. Avropa cəld hərəkət etməlidir”.

Əslində, bir neçə gün öncə, NATO-nun baş katibi Yens Stonltenberqin Liviyada bütün tərəfləri qarşıdurmalara son qoymağa və siyasi prosesi başlatmağa çağırması da avropalıların məqsədini aydın edirdi. Y. Stonltenber növbəti açıqlmasında isə “NATO Faiz Sərracın rəhbərlik etdiyi Liviya hökumətini dəstəkləməyə hazırdır” deməklə fikrini açıq ifadə etmişdi. O, həmçinin Türkiyə ilə NATO-nun bir çox məsələdə fərqli mövqelərə sahib olduğunu, lakin Türkiyənin vacib müttəfiq olaraq qaldığını qeyd etmişdi.

Yeri gəlmişkən, dünən Liviya ordusunun rəsmi mətbuat nümayəndəsi polkovnik Məhəmməd Kununu yazılı açıqlamasında ordu qüvvələrinin paytaxt Tripolinin cənubundakı Esabia məntəqəsini Haftar qiyamçılarından təmizləyərək nəzarət altına aldığını bildirib. Hansı ki, paytaxtdan cənubda yerləşən və 27 min əhalisi olan Esabia qiyamçıların Tripoliyə hücum etməsi üçün mühüm strateji üstünlüyə malikdir.

“BMT bunu gündəmə çıxarsa da, dəyişən bir nəticə olmayacaq”

Əsədullazadənin namizədliyi qeydə alındı
LİVİYADA TÜRK-RUS QARŞIDURMASI…

BMT mütəxəssislərinin Liviyada Xəlifə Haftara verilən Rusiya istehsalı olan 8 döyüş təyyarəsi ilə bağlı araşdırma başlatmasına münasibət bildirən Cənubi Qafqaz Təhlükəsizlik və Sülh İnstitutunun sədri, politoloq Məhəmməd Əsədullazadə “Hürriyyət”ə deyib ki, Liviyada baş verənlər daxili bir müharibə deyil, burada böyük dövlətlərin maraqları toqquşur: “Liviyada Türkiyə, Rusiya, Qərb ölkələri arasında birbaşa müharibə olmasa da, burada tamamilə vəziyyət müəyyən qütblərə bölünüb, vəziyyət daha da mürəkkəbləşib. Xüsusilə Haftara Amerika Birləşmiş Ştatları, Rusiya, Misir və müəyyən dövlətlər dəstək verir, amma Türkiyə, İngiltərə, hətta NATO-nun baş katibi də BMT tərəfindən tanınan Sərrac hökumətinə dəstək ifadə edirlər. Hesab edirəm ki, Türkiyənin çox ciddi şəkildə mərkəzi hakimiyyətə, milli qüvvələrə hərbi dəstəyi nəticəsində 180 dərəcə vəziyyət rəsmi Tripolinin, BMT tərəfindən tanınan hökumətin lehinə dəyişir. Haftar qüvvələri çox ciddi şəkildə məğlub edilir. Təbii ki, burada Rusiya Haftarın zəifləməsində maraqlı deyil. Çünki burada neft ehtiyatları və digər karbohidrogen yataqlarına marşurut xətlərinə irəlilərmək uğrunda geostrateji müxalifətlə Rusiya öz mövqelərini gücləndirmək istəyir. Amma hazırda Haftar ciddi şəkildə məğlub edilməkdədir. Bu da Moskvanı narahat edir. BMT-nin mütəxəssisləri tərəfindən qeyd edilən Rusiyanın Haftara hərbi təyyarələr göndərməsi doğrudur. Amma BMT bunu gündəmə çıxarsa da, hesab edirəm ki, dəyişən bir nəticə olmayacaq. Həmin təyyarələr vasitəsilə Haftar qüvvələri tərəfindən Türkiyənin hərbi bazalarına müəyyən hücumlar ediləcək. Lakin hesab edirəm ki, Türkiyənin, İngiltərənin, NATO-nun və bəzi dövlətlərin maraqları üst-üstə düşdüyündən və BMT tərəfindən Tripoli hakimiyyəti tanındığına görə, pərakəndə şəkildə olan qüvvələr Türkiyənin rəhbərliyi altında nizami orduyla nəticələnə bilər. Göründüyü kimi, Haftarın əlində bu qədər silah, texnikanın olmasına baxmayaraq, Türkiyənin dronlarının, hərbi vasitələrinin əlində çox aciz duruma düşdülər və böyük bir ərazini itirdilər. Halbuki, bir neçə həftə bundan əvvəl Haftar qüvvələri Tripoli ətrafında cəmləşmişdi. Aydın görünür ki, burada böyük maliyyə, strateji nəqliyyat yollarına, karbohidrogen ehtiyatlarına nəzarət uğrunda qütblər arasında mübarizə gedir. BMT də Türkiyənin yanındadır. Hesab edirəm ki, sonda BMT-nin dəstəklədiyi qüvvələr qalib gələcək. Düzdür, burada Rusiyanın, Birləşmiş Ərəb Əmirliklərinin Haftara müəyyən qədər dəstəyi var. Amma əgər bundan sonra Haftar yenidən məğlub olsa, bu dövlətlər Haftara dəstəyi dayandıra bilərlər. Hesab edirəm ki, proseslər çox ciddiyyət ilə qorunur və Türkiyə daha qərarlı şəkildə Liviya məsələsində prinsipiallıq göstərir. Proseslər BMT çərçivəsində Liviyada Sərrac hökumətinin üstünlük qazanmasında və qalib gəlməsində mühüm rol oynayacaq və proseslər bunların lehinə dəyişəcək. Haftar qüvvələrini artıq nə Avropa Birliyi, nə də onu əvvəl dəstəkləyən bəzi dövlətlər dəstəkləyir, artıq ondan əllərini üzüblər. Haftarın bu avantürası bir müddətdən sonra səngiyəcək. Amma bu, o demək deyil ki, Liviyada sülhə nail oluncaq, qarşıdurmanın davam etməsi gözlənilir. Lakin Haftarın yenidən Vatiyə bazasını qaytarması mümkün deyil”.

“Liviyada tərəflər dəstəklədiyi qüvvələrlə müharibə aparırlar”

M. Əsədullazadə vurğulayıb ki, Türkiyə Rusiya istehsalı olan həmin təyyarələrin hamısını vuracaq: “Liviyada Rusiya-Türkiyə arasındakı münasibətlər haçalanır və tərəflər arasında ciddi fikir ayrılığı var. Amma bu, heç də iki dövlət arasında problemlərin qabarıq şəkildə ortaya çıxmasına gətirib çıxarmayacaq. Çünki iki dövlət də bunda maraqlı deyil. Yüksək səviyyədə problemlərin yaşanması gözlənilmir. Suriya məsələsində də fikir ayrılıqları var, amma Liviya məsələsində tərəflər dəstəklədiyi qüvvələrlə müharibə aparırlar. Düzdür, bu, rəsmi səviyydə deyil, iki dövlət arasında münasibətlər qorunur”.

“Şərq tərəfdə tayfalarn Tirpolini dəstəkləməsi Haftarın məğlub olmasından asılı olacaq”

M. Əsədullazadə qeyd edib ki, yerli tayfaları öz tərəfinə çəkmək Türkiyənin taktikasıdır: “Türkiyə çalışır ki, yerli tayfaları da öz tərəfinə çəksin. Çünki o tayfalar Liviyada müəyyən nüfuza malikdirlər. Təbii ki, Tirpolinin ətrafında cənub tərəfdə olanlar mərkəzi hakimiyyəti dəstəkələyəcək, amma şərq tərəfdə tayfalarn Tirpolini dəstəkləməsi Haftarın məğlub olmasından asılı olacaq”.

“NATO qüvvələri arasında kordinasiya yoxdur”

Əsədullazadə onu da nəzərə çatdırıb ki, Amerika Türkiyənin burada mövqeyinin güclənməsində maraqlı deyil: “O çalışır ki, Rusiya ilə birgə Tripoli hökumətini ləğv edəndən sonra Haftarı öz nəzarətinə götürə bilər. Amerika bu taktika ilə Haftarı dəstəkləməyə çalışır. Onsuz da NATO qüvvələri arasında birlik pozulub, artıq kordinasiya yoxdur, öz maraqları uğrunda mübarizə aparırlar”.

Şamo EMİN, Hurriyyet.org
SON XƏBƏRLƏR
Azərbaycana səfər edən Türkiyə vətəndaşlarından 90 gün viza tələb olunmayacaq 14:16Siyavuş Novruzov Operativ Qərargahı tənqid etdi 13:51Azərbaycanda daha bir vəzifəli şəxs saxlanıldı 13:19“Zakir Həsənov da, Nəcməddin Sadıqov da dilimizdə danışa bilmir” - İTTİHAM 12:55“İyunda da işsizlərə 190 manat verilsin” – Deputat 12:05Bakıda klinika və ticarət obyektləri tikdirənlər kimlərdi? – Tanış ADLAR 11:38Azərbaycanda işsizlərin rəsmi statistikasının hazırlanması təklif edildi 11:17“Azərbaycanda impotent kişilərin sayı durmadan artır” – Məşhur həkim 10:35SON DƏQİQƏ! Azərbaycanda 100 % koronavirusun bitəcəyi yeni tarix açıqlandı-15 iyun... 09:53Azərbaycanda kənd NƏZARƏTƏ GÖTÜRÜLDÜ - VİDEO 08:47Azərbaycanda bu qadağalar ləğv olundu - SİYAHI 08:26Azərbaycanda koronavirusdan daha üç nəfər öldü, 202 xəstə sağaldı - RƏSMİ 17:12Maska taxmayanların CƏRİMƏSİ MÜƏYYƏNLƏŞDİ: 200 manat... 13:16İcra başçısının biznesinə nəzarət edən "Fedya" qəzada öldü - FOTO 12:42Balakənə xınayaxdıya gələn Çakır ailəsi geri döndü 11:33“Sülh danışıqları elə bərbad vəziyətdədir ki…” – Hərbi icmalçı Qarabağa lokal zərbələr endirməyi TƏKLİF EDİR 11:07SON DƏQİQƏ: Azərbaycan neftinin qiyməti dəyişdi 10:40Sabah Milli Məclisin iclası keçiriləcək – Gündəlikdə 11 məsələ var 09:49Ceyhun Bayramovun distant təhsil biabırçılığı - BACARMADI... 12:26A seriyasının BƏRPA TARİXİ DƏYİŞİB 10:38Bakı Baş Gömrük İdarəsində nə baş verir? - KƏNAN MƏMMƏDOV SAHİBKARLARI MÜFLİS EDİR 10:18Azərbaycan nefti 3 dollardan çox bahalaşıb - Şükür.. 09:57Pandemiya dövründə işdən çıxarılan bağça işçiləri GİLEY EDİR - "3 min manat istədilər" 09:27Prezident: "Azərbaycan Ordusu istənilən vəzifəni icra edə bilər" 09:00Mehriban Əliyeva Azərbaycan xalqını təbrik etdi 09:38Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasından 102 il ötür 08:39Vilyam Hacıyevlə bağlı işdə GƏLİŞMƏ - Bu maddələrlə ittiham olunur... 12:46Sabahın hava proqnozu açıqlandı: Duman, külək, çiskin 12:32Əli Həsənov və Vüqar Səfərli həbs edilə bilər - “Jurnalistlərin binası” ilə bağlı araşdırmalara başlanıldı 12:20“Prezident belə biabırçılığa dözən adam deyil” - Çingiz Abdullayev 11:56Həbs növbəsi hansı icra başçısındadır? - Proses davam edir... 11:41Qusar sakinləri başçıdan narazılıq edirlər - Müraciət... 10:01Karantin cərimələri tutulmağa başladı - Maaş, pensiya, əmlaka həbs... 09:50TRAMP “DƏRİN DÖVLƏT”in LİDERİYLƏ GÖRÜŞƏ BİLMİR: o, yenidən seçilmək üçün Pentaqonun bütün istəklərini yerinə yetirməyə başlayıb – ARAŞDIRMA 09:35LDU-da tələbələr etiraza qalxıb... - "...bu güzəştləri istəyirik" 09:22"Gilan Seramik" zavodunda nə baş verir - İTTİHAM 09:01Avropa məhkəməsindən Ramil Səfərovla bağlı qərar 13:02Məhəmməd Əmin Rəsulzadə yaşasaydı,ona nə deyərdiniz?- VİDEO SORĞU 12:36İtləri döyüşdürüb bir-birinə yedirirlər- DİN-dən AÇIQLAMA 12:17ÜST-dən XƏBƏRDARLIQ! - ''Qəti şəkildə kütləvi yığıncaqlar keçirmək, toplaşmaq halları olmaz” 11:59Bölgələrdə və Bakıda yenidən karantin rejimi sərtləşdirilir? - AÇIQLAMA 10:34Zidan Çempionlar Liqası tarixinin ən yaxşı baş məşqçisi seçildi 10:11Azərbaycanın bu kəndində 21 nəfər virusa yoluxdu 09:50Rusiyada helikopter qəzası – Ölənlər var 09:34Koronavirusla bağlı son STATİSTİKA 09:05İlham Əliyev Gürcüstan prezidentini təbrik etdi 13:47Şamaxı İH-nin işçisi koronavirusa yoluxdu – Başçı da karantinə alındı 13:22Sabah hava necə olacaq? – PROQNOZ 12:54Əhalinin nəzərinə - İyunun 5-də... 12:18Qurban bayramının vaxtı açıqlandı 11:53Bu şəxslərə hər ay 800 manat ÖDƏNİLƏCƏK QƏRAR VERİLDİ 11:3319 yaşlı oğlan özünü asdı – Ağstafada İNTİHAR 10:53Neft Daşlarında dalğanın hündürlüyü azaldı – FAKTİKİ HAVA 10:29SON DƏQİQƏ: Azərbaycanda ticarət mərkəzləri, restoranlar açılır - Operativ Qərargah 10:05Neft yenidən bahalaşıb - SON QİYMƏT 09:51Azərbaycan və Türkiyə prezidentləri arasında telefon danışığı olub 09:20Dövlət Gömrük Komitəsi nə zaman YOXLANILACAQ? - Sahibkarlar TƏLƏB EDİR 14:18