17 июл 12:37dunya / gundem

Ermənilər Konqresdəki “Sem dayılarını” irəli verir - Bəs müzakirələrə qarşı Azərbaycan Milli Məclisi nə edəcək?

Ermənilər Konqresdəki “Sem dayılarını” irəli verir - Bəs müzakirələrə qarşı Azərbaycan Milli Məclisi nə edəcək?


Ermənilər indi də “Sem dayılarını” irəli verir... ABŞ Konqresindəki ermənipərəst konqresmenlərin təşəbbüsü ilə Azərbaycana silah satışına qadağa məsələsi müzakirəyə çıxarılacaq. ABŞ Müdafiə Nazirliyindən son illər Azərbaycana edilmiş 120 milyon dollarlıq hərbi yardımla bağlı hesabat istənilməsi təklif olunub. Məsələnin iyulun 20-də müzakirəyə çıxarılacağı gözlənilir. Azərbaycanın lobbiçilərinin ermənipərəstlərə cavabı nə olacaq? Milli Məclis bu cür “müzakirələrə” etiraz məktubu göndərə bilərmi?

Yeni Azərbaycan Partiyasının Beynəlxalq Əlaqələr Komissiyasının sədri, deputat Elman Nəsirov “Yeni Müsavat”a bildirdi ki, Ermənistan siyasi rəhbərliyinin son avantürası əslində onların zəifliyinin ifadəsi oldu. Məlum oldu ki, hakimiyyət üçün ölkənin daxilində risklər o qədər böyükdür, o qədər təhlükəli miqyas alıb ki, belə olan vəziyyətdə Ermənistan tərəfi hətta xarici risklər hesabına məsələni həll etməyi daha məqbul hesab edir və bu baxımdan da avantüraya əl atır. İndi Ermənistan çalışır ki, beynəlxalq aləmdə də hay-həşir qoparsın, erməni diasporu, erməni lobbisini bu prosesə cəlb etsin: “Bilirsiniz ki, ABŞ Konqresində Ermənistanın dostları qrupu fəaliyyət göstərir, xüsusilə Demokratlar Partiyasının sıralarında daha çox ermənilərə loyallıq göstərən konqresmenlər var. Onların imkanlarından bəhrələnib çalışırlar ki, ABŞ-ın Müdafiə Nazirliyinə-Pentaqona təzyiq göstərsinlər. Bütün bunlar onu göstərir ki, Ermənistanın daxili vəziyyəti, eyni zamanda beynəlxalq vəziyyəti elə çıxılmaz hala düşüb ki, o, çabalayır. Ermənistan müxtəlif manevrlər edir ki, indiki vəziyyətdə bir nəfəslik əldə etsin. Bunun üçün də köhnə ünvanlara yenə də müraciət edir. Hesab edirəm ki, bütün bunların heç bir nəticəsi olmayacaq. Çünki Azərbaycan prezidentinin söylədiyi kimi, Azərbaycanın işi haqq işidir. Bizim heç kimin torpağında gözümüz yoxdur. Məsələni ermənilər Konqresdə müzakirəyə çıxarsalar da belə, nəticəyə nail ola bilməyəcəklər. Erməni dəstəkçilərinin qəbul etdiyi qərarların bizim üçün hüquqi gücü olmayacaq.

O ki qaldı Azərbaycan parlamentinin bu məsələ ilə bağlı necə davranmalı olmasına, əvvəla, qeyd edim ki, ABŞ Azərbaycan üçün strateji tərəfdaş dövlətdir, bizim bir sıra istiqamətlər üzrə mövqelərimiz tam üst-üstə düşür, xüsusilə də beynəlxalq təhlükəsizliyin təminatında, enerji təhlükəsizliyi prosesində bizim çox yaxşı əlaqələrimiz formalaşıb, bu proses dinamik inkişaf tempinə malikdir. ABŞ da Azərbaycanın strateji əhəmiyyətini çox yüksək qiymətləndirir. Belə olmasaydı NATO-nun ali hərbi rəhbərliyi ilə Rusiyanın ali hərbi rəhbərliyi arasında danışıqlar dəfələrlə Azərbaycan paytaxtında keçirilməzdi. Amma biz ABŞ-da ermənipərəst konqresmenlərin də olduğunun fərqindəyik”.

Deputatın sözlərinə görə, belə olan vəziyyətdə əgər doğrudan da ABŞ Konqresi Azərbaycan əleyhinə hər hansı bir addım atarsa, bu, nəticə etibarilə analoji olaraq Azərbaycan Milli Məclisində də müəyyən müzakirələrin başlanmasına səbəb ola bilər: “Azərbaycan parlamenti vəziyyətdən çıxış edərək atacağı addımları müəyyən eləyə bilər. Bu, məktubla müraciət formasında da ola bilər, parlamentin rəhbərliyi səviyyəsində də Konqresə müraciət ola bilər. Hər şey situasiyadan asılıdır”.

Beynəlxalq məsələlər üzrə ekspert Yeganə Hacıyeva isə bildirdi ki, ABŞ-ın postsovet məkanında fərqli humanitar və texniki yardım proqramları vasitəsilə ən böyük miqdarda - 2 milyard dollar dəyərindən də çox yardımı məhz Ermənistan alıb. Bu göstəriciyə görə Ermənistan İsraildən sonra ABŞ-dan ən çox maliyyə yardımı alan ikinci ölkə olmasını təsdiqləyir: “Bunun ən maraqlı tərəfi isə odur ki, ərazisində Rusiyanın hərbi mükəlləfiyyətinin olmasına rəğmən Vaşinqtondan birbaşa yardım alan tək ölkə olmasıdır və təsəvvür edin ki, Ermənistan həm də Suriyaya hərbi heyət göndərir və bu erməni hərbi heyət Rusiya himayəsi altında fəaliyyət göstərərək ABŞ-a qarşı vuruşur.

ABŞ-ın Azərbaycana hərbi yardımı haqqında danışsaq bunu onların Azərbaycana “hədiyyəsi olaraq” qəbul etmək doğru deyil, bu yardım ABŞ-ın özünün maraqlarının, yerlərdə təhlükəsizliyinin təminatına sərf olunan yardımdır. Hər halda, Azərbaycan ABŞ-ın maraqlarının müdafiəsində, təhlükəsizliyinin təminatında texniki xərcləri çəkməyə borclu deyil. Tramp administrasiyası ABŞ maraqları üçün bu məsələyə diqqəti nəzərəçarpacaq dərəcədə artırıb. Məsələn, 2016-2017-ci illər ərzində ABŞ-ın Azərbaycana hərbi yardımı illik 3 milyon dollar olduğu halda, 2018-2019-cu ildə Azərbaycana edilən yardımın həcmi 100 milyon dollardan artıq olub. Bu xərclər Xəzər dənizinin Cənub sərhədlərinin təhlükəsizliyi, rabitə, enerji, tikinti, dəniz avadanlıqları və nəqliyyat vasitələrinin əldə edilməsi üçün xərclənib. Yəni Ermənistana ayrılan yardımdan fərqli olaraq, Azərbaycanda bu yardım məhz ABŞ-ın maraqlarının müdafiəsinə sərf edilir".

Hesabat tələbinə gəlincə, ekspert dedi ki, ermənilər məyus olacaq: “ABŞ-ın Ermənistana ayırdığı yardımların xərclənməsindən fərqli olaraq Azərbaycana ayrılan yardımın xərclənməsi çox şəffafdır və bu haqda məlumatları ABŞ Müdafiə Nazirliyinin saytından əldə etmək olur.

Məsələn, 2018-ci il aprelin 27-də ABŞ Müdafiə Nazirliyi Konqresə məlumat verərək bildirib ki, Cənub sərhədlərinin təhlükəsizliyi, rabitə, enerji, tikinti, dəniz avadanlıqları və nəqliyyat vasitələri üçün Azərbaycana 47,5 milyon dollar ayırır.

İkincisi, bir neçə ay öncə də 120 milyon dollarlıq yardım haqqında Konqresdən maliyyələşən erməni lobbisinin təşəbbüsü altında bir neçə müzakirələr baş tutmuşdu və bunu da o müzakirələrdən növbətisi adlandıra bilərik. Bunu həmçinin ABŞ xarici siyasət və təhlükəsizlik komitələrinin üzvlərinin ABŞ-ın Xəzər dənizindəki maraqlarının müdafiəsi üçün daxildən sabotaj adlandırmaq olar.

Əminliklə onu deyə bilərik ki, ABŞ Konqresində Azərbaycan əleyhinə istənilən təşəbbüs ABŞ üçün strateji bir regionda onun özünün ziyanına işləyəcək. ABŞ-ın Cənubi Qafqaz siyasətinin uğuru İran-ABŞ münasibətləri fonunda, Rusiya və İranın sərhədlərində yerləşən mühüm partnyor ölkə kimi, Türkiyə və İsraillə xüsusi münasibətləri olan Azərbaycanın qlobal enerji təhlükəsizliyində ABŞ-ın mövqeyini dəstəkləməsi fonunda müəyyənləşir. ABŞ-da onun əsas strateji tərəfdaşı Azərbaycana qarşı olan fəaliyyət onun bu regionda öz ziyanına olan fəaliyyətdir".

Y.Hacıyeva vurğuladı ki, Azərbaycana silah satışına qadağa məsələsinin müzakirəyə çıxarılması da heç bir nəticə verməyəcək və bu alqı-satqı həmişəki kimi davam edəcək: “Konqresindən maliyyələşən Erməni Milli Komitəsinin arzusu ABŞ-ın Azərbaycana ümumiyyətlə silah satışını qadağan etməsidir ki, bu isə artıq bir lobbi qrupunun Vaşinqtonun dövlət siyasətinə şərtlər diktə etməsi anlamına gəlir və bu, ABŞ-ın özü üçün qəbuledilməzdir”.
Yeni Müsavat"
SON XƏBƏRLƏR
Düşmən atəşkəsi iriçaplı pulemyotlarla pozub 09:16Dünyada koronavirusdan sağalanların sayı 13 milyonu keçdi - STATİSTİKA 08:45Bir sıra buraxılış və qəbul imtahanlarının nəticələri bəlli oldu 08:31Sumqayıtda mağazada yanğın 08:13İrem Derici: “Sevgi münasibəti təkcə qarşı cinslə yaşanmaz” 07:55Aynişan həyat yoldaşından ayrılıb? 10:23Lukaşenko 80,23 faiz səslə qalib gəldi 10:20Gələn həftə Məhərrəm ayı başlayır 09:36Dövlət gələcək xatirinə bu “yük”ün altına girəcəkmi? - “Uşaq pulu”na xərclənəcək 1-1,5 milyard... 09:13Bu gündən bu sahələrin fəaliyyətinə icazə verilir 08:26Bu gündən bu sahələrin fəaliyyətinə icazə verilir 08:21Azərbaycanda 1 həftəyə koronavirus belə azaldı 08:10Nazirdən işsiz şəxslərə müjdə 10:44Baş nazirdən anons: hansı qadağalar ləğv ediləcək? 10:37Beyrut partlayışı Qarabağa sıçraya bilərmi? - Video 09:51Gecə cəbhədə nə baş verib? - Nazirlik məlumat yaydı 09:18Neft yenidən ucuzlaşdı 09:11Livan ermənilərinin Qarabağa köçü: məkrli plan, yoxsa blef... - TƏHLİL 08:49Bu gün Milli Məclisin növbədənkənar sessiyası başa çatır 08:31icaze.e-gov.az portalından icazələr bu formada alınacaq - Diqqət! 09:54İriçaplı pulemyotlar işə düşdü - Atəşkəs yenidən pozuldu 09:30Beyrutdakı dəhşətli partlayışın səbəbi məlum oldu - VİDEO 08:59Neft bahalaşdı 08:21Penitensiar xidmətin rəisi dənizi "işğal" edib, yolu bağlayıb - Sakinlərdən şikayət 14:10Deputatlar gəlirlərini açıqlayacaqmı? - “YAP-dan göstəriş olsa, hesabat verərəm...” 13:41Türkiyənin F-16 qırıcıları Naxçıvandan İrəvana hava zərbəsini məşq etdi? - RUSİYA MƏNBƏLƏRİ 12:59"Tamam başlarını itiriblər..." - "Kapital Bank"dan şikayətlər artır 12:35“Sevimli dad”ın sosiskasından qurd çıxdı - FOTOFAKT 11:58Baş metroçu da pulları belə xırıd edir - Sənəd-sübut... 09:38Ermənilər növbəti dəfə Tovuzu atəşə tutdu 09:30Göygöl sakininin evindən narkotik və sursat tapılıb 14:37Azərbaycana qardaş dəstəyi Qarabağı bizə qaytararmı? - TƏHLİL 14:02Sahil Babayevin işçiləri narazılıq yaradır - GİLEY 13:32İsmayıl Hüseynovu hansı güc qoruyur? - DTX-nın həbs etdiyi şəxs gömrük generalının qohumudur... 12:13Şirəliyev “Epidbiomed” şirkətini necə "yemləyib" - ŞOK FAKTLAR 11:29İlham Əliyevdən Qurban Bayramı ilə bağlı paylaşım - FOTO 11:06Daşkəsəndə NƏ BAŞ VERİR? - QALMAQAL 10:33"4 aylıq maaşımı ala bilmirəm" - GİLEY 09:43Mehriban Əliyeva Azərbaycan xalqını təbrik etdi - FOTO 09:07Masallıda QANLI OLAY: Ata və oğlu güllələndi 10:55Dərslər nə vaxt və necə başlayacaq? - “Müxtəlif versiyalar üzərində müzakirələr gedir” 09:59Müdafiə Nazirliyi cəbhədəki son vəziyyət barədə məlumat yaydı 09:29Təhlükəli asılılıq: Rus çörəyinə bu qədərmi möhtacıq? - GƏLİŞMƏ 09:06Bakıda avtomobil səkiyə çırpılıb yandı 08:41Bu gün 10 şəhər və rayonda buraxılış imtahanları keçiriləcək 08:19Bakıda su problemi: Tələbat kəskin artıb, ehtiyat azalıb - AÇIQLAMA 12:37Prezident İsmayıllıda modul tipli xəstəxananın açılışında - FOTO 12:00Muğanlı-İsmayıllı-Təzəkənd-Ağbulaq-Qoşakənd avtomobil yolu istifadəyə verilib - FOTO 11:42Azərbaycanda əsgər bədbəxt hadisə nəticəsində vəfat etdi - RƏSMİ 11:29İlham Əliyev İsmayıllıya getdi 10:42Bakı polisindən imtahanlarla bağlı AÇIQLAMA - FOTO 10:25Prezident Qobustanda modul tipli xəstəxananın açılışında 09:47Baş Prokurorluq bu İcra Hakimiyyətində əməliyyat keçirdi - Saxlanılanlar var (YENİLƏNİB) 09:24Növbəti buraxılış imtahanları keçirilir 08:38Azərbaycanın meyvə-tərəvəz ixracının 90 faizi Rusiya bazarının payına düşür 08:35Dünyanın ən yaxşı restoranlar siyahısı açıqlanıbv 08:06Prezident yeni baş konsul təyin etdi 11:40