01 июн 10:32gundem

Təhsil Nazirliyi nədən bu işdə çarəsizdir? - İDDİA

Təhsil Nazirliyi nədən bu işdə çarəsizdir? - İDDİA


Azərbaycanda tender yolu ilə dövlət vəsaitlərinin mənimsənilməsi halları artıq inkaredilməz bir hala gəlib çatıb. Bu gün ölkənin əksər Kütləvi İnformasiya Vasitələrində dövlət satınalmalarının şəffaf keçirilməməsi və bu yolla ayrılmış vəsaitlərin müəyyən hissəsinin təyinatından kənarlaşdırılması hallarından bəhs edən hər gün onlarla məlumatlar yayılır.Hesablama Palatasının son hesabatında da dövlət satınalmalarının şəffaf keçirilmədiyi və bu yolla vəsaitlərin mənimsənildiyini təsdiq edən rəqəmlər var.Son aylarda işlərində buraxdıqdıqları ciddi nöqsanlara görə həbs olunmuş rayon İcra Hakimiyyəti başçılarının da ayrılmış dövlət vəsaitlərinin bir hissəsinin tender yolu mənimsədiklərini hüquq mühafizə orqanları da aşkar etdi. Mədəniyyət nazirinin müavinin həbsində də podratçı təşkilat rəhbərləri tender yolu əldə etdikləri dövlət vəsaitlərinin müəyyən olunmuş hissəsini nəğd şəkildə sifarişçiyə qaytardıqlarını etiraf etdilər.Prezident İlham Əliyevin bu kimi halların qarşısının alınması məqsədi ilə atdığı addımlara, etdiyi çağırışlara baxmayaraq təəssüflər olsun ki, bir çox nankorlar dövlət vəsaitlərini talamaqdan əl çəkmək istəmirlər. Bütün bu kimi halların digər dövlət orqanlarında da baş verməsi bu gün istisna deyil.Götürək elə Təhsil Nazirliyini.Təhsil Nazirliyinə tabeli qurumlar tərəfindən keçirilən dövlət satınalmalarının qeyri şəffaf aparılması və bu yollarla vəsaitlərin israf olunması,kənarlaşdırılması hallarına biz ayrı bir məqalədə toxunacağıq.

Aktualinfo.org olaraq biz bu yazıda Təhsil Nazirliyi 11 saylı İnteqrasiya Təlimli İnternat Məktəb tərəfindən keçirilmiş və artıq bir neçə dəfə geniş ictimaiyyətin diqqətinə çatırdığımız tender məsələsinə bir daha qayıtmaq istərdik.Mətləbə keçməzdən əvvəl isə xatırlatmaq istərdik ki,sözügedən internat məktəbin direktoru Gülnarə Abdullayeva məqalədə yazdıqlarımıza və qoyduğumuz suallara cavab vermək əvəzinə güya bizim ona dəfələrlərlə zəng edərək pul tələb etməyimiz barədə Bakı şəhər Baş Polis İdarəsinə şikayət etmişdi.Bakı şəhər Baş Polis İdarəsinə olunan bu şikayət öz təsdiqini tapmadı. Təbii ki,onunla iki ay ərzində bircə dəfə danışdığımızı və bu zaman da heç bir pul tələbində olmadığımızı sübut etdik.Lakin məsələ bununla bitməmiş qalır. Biz Bakı şəhər prokuroru İlqar Abbasova müraciət edərək jurnalistə böhtan, şər atdığına və bu yolla peşə fəaliyyətinə maneə olmağa çalışdığına görə Gülnarə Abdullayevanın barəsində qanun çərçivəsində ölçü götürülməsini xahiş etdik. Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinə isə müraciət edərək 11 saylı İnteqrasiya Təlimli İnternat Məktəbin fəaliyyətinin araşdırılması məsələsəni qaldırdıq.Lakin Baş prokurorluğun sözügedən hər iki qurumundan da bu günə qədər hər hansı bir tədbirin görülməsi barədə heç bir cavab almadıq.Niyə? Bir mətbuat orqanı olaraq internat məktəbdə dövlət vəsaitinin tender yolu ilə mənimsənildiyini aşkar etdiyimizə görə? Axı Prezident İlham Əliyev öz çıxışlarında ictimai nəzarətin gücləndirilməsində mətbuatın böyük rol oynadığını dəfələrlə vurğulayıb.Bəs onda bu qədər müraciətlərdən sonra,dövlət vəsaitlərindən səmərəli istifadə etməyən,israfçılığa yol verən, satınalmalar haqqında qanunun tələblərini pozan, mətbuat işçisinə şər,böhtan atan,onun peşə fəaliyyətinə maneəçilik törədən bir direktorun fəaliyyəti bu gün niyə araşdırılmamış qalır?

Biz artıq yeni təyin olunmuş Baş prokuror Kamran Əliyevə müraciət edirik.

11 saylı İnteqrasiya Təlimli İnternat Məktəbı tərəfindən 30.03 2020-ci ildə 20000 kubmetr içməli suyun satınalmasına dair elan etdiyi tender üzrə 16.03.2020 -ci ildə “Dostluq Servis” MMC ilə 80000 manat məbləgində bağlamış müqavilədə şübhəli məqamların görsəndiyi barədə Aktualinfo.org saytında 03.04 2020-ci ildə məqalə yayılmışdır. Sözügedən internatın direktoru Gülnarə Abdullayeva məqalədə göstərilənlərə münasibət bildirmək, qoyulan suallara cavab vermək əvəzinə Aktualinfo.org saytının rəhbərliyi barədə Bakı şəhər Baş Polis İdarəsinə güya ondan hədə-qorxu yolu ilə pul tələb edildiyinə görə şikayət etmişdir.

Gülnarə Abdullayevanın polisə də,məhkəməyə də müraciət etmək hüququ vardır.Amma direktorun bu hüququndan mətbuat işçisinə şər və böhtan atmaq yolu ilə istifadə etməsi heç cür anlaşılan deyil.Xanım direktor dəfəlrlə ona zəng etdiyimizi,pul tələb etdiyimizi yazarkən yəqin hansı əsrdə yaşadığını unudub.İndi telekommunikasiya əsridir Gülnarə Abdullayeva. Müasir texnologoyilar vasitəsi ilə kimin kimə,neçə dəfə,hansı məqsədlərlə zəng etdiyini aydinlaşdırmaq o qədər də çətin məsələ deyil və səylərimiz sayəsəində tez bir zamanda öz həllini tapdı, bizim direktora iki ay ərzində dəfələrlə deyil, yalnız bir dəfə zəng etdiyimiz təsdiq olundu. Qeyd edək ki,bizlərə təzyiq göstərmək üçün Gülnarə Abdullayeva tərəfindən atılan bu addımın nə ilə sonuclanacağından asılı olmayaraq, Aktualinfo.org internat məktəbdə baş verən bəzi gizlin sövdələşmələri geniş ictimaiyyətin diqqətinə çatdırmaqda davam edəcək.

Bilgəh qəsəbəsində,gözdən könüldən üzaq bu internat məktəbdə nələrin baş verdiyini ötən yazılarda oxucuların diqqətinə çatdırmışdıq.Burada. bu qədər qanunsuzluqlara yol verdiyi halda xanım direktorun özünü təmizə çıxarmaq istəyi başa düşüləndi.Amma Gülnarə Abdullayevanın konkret adlarla,rəqəmlərlə,vaxtla göstərdiklərimizi böhtan adlandırması başa düşülən deyil. Biz mətbuat orqanı olaraq yazdıqlarımızın üstündə dayanırıq və burada heç bir böhtana yol verilmədiyini bir daha qeyd edirik.11.03.2020-ci ildə də 11 saylı İnteqrasiya Təlimli İnternat Məktəbi tərəfindən içməli suyun satınalması üzrə tenderin qalibinin ”Dostluq Servis” Məhdud Məsuliyyətli Cəmiyyətinin olması və ondan 20 gün sonra, yəni 30.03 2020-ci ildə”Dostluq Servis” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə içməli suyun satınalması üzrə 80000 manat dəyərində müqavilə bağlanılması barədə məlumatları biz dövlətin rəsmi orqanından əldə etmişik.Müqavilənin bağlanması barədə rəsmi bildiriş 16.03.2020-ci ildə elan olunub. Xanım direktor əgər bunları böhtan hesab edirsə, onda bu yalan məlumatları dövlət orqanı nə üçün yayıb?

Gülnarə Abdullayevanın özünü təmizə çıxarmaq istəyi redaksiyanı 11 nömrəli inteqrasiya təlimli İnternat Məktəb ətrafında daha geniş araşdırmalar aparmağa vadar etdi. Araşdırmalar zamanı əldə etdiklərimiz bizi bir qədər təəccübləndirdi. Yuxarıda qetd etdiyimiz kimi,11 nömrəli İnteqrasiya Təlimli İnternat Məktəbi tərəfindən 30.03 2020-ci ildə 20000 kubmetr içməli suyun satınalmasına dair tenderin nəticələrinə görə 80000 manat məbləğində müqaviləni “Dostluq Servis”MMC ilə bağlanmışdır.Qeyd edək ki, Dostluq Servis MMC 09.02.2016-cı ildə Vergilər Nazirliyinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsində dövlət qeydiyyatına alınmışdır. Qanuni təmsilçisinin MİRİYEV FAMİL ŞAMİL OĞLU olan MMC nin hüquqi ünvanı BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYONU, AZADLIQ PR. , ev 187, m. 79-dur.

Araşdırma zamanı 11 nömrəli İnteqrasiya Təlimli İnternat Məktəb bu ünvanda,yəni BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYONU, AZADLIQ PR. ,ev 187, m.79 yaradılmış başqa bir MMC ilə də müqavilə bağlaması barədə əlavə məlumatlar əldə etdik. Belə ki,İnternat Məktəb tərəfindən çirkab suyun daşınması üzrə kotirovka sorğusunun 21.02.2020-ci il tarixdə”ANAR SERVİS MƏHDUD MƏSULİYYƏTLİ CƏMİYYƏTİ ilə 22000 manat dəyərində müqavilə bağlanmışdır. Qanuni təmsilçisi NAİLƏ MİRİYEVA MAİS QIZI olan bu MMC də Vergilər Nazirliyinin Bakı şəhəri Kiçik Sahibkarlıqla İş üzrə Baş İdarəsinə 02.02.2016-cı ildə dövlət qeydiyyatına alınmışdır.Qanuni təmsilçisi MİRİYEV FAMİL ŞAMİL OĞLU olan “Dostluq Servis”MMC-dən cəmi bir həftə əvvəl.Hüquqi ünvanı eyni olan bu MMC lərin bir ailəyə sahib olması demək deyilmi? Nizamnamə kapitalları 200 manat olan bu MMC-lər kimə məxsusdur? Gülnarə Abdullayevanı bu aılə ilə nə kimi işbirliyi bağlayır? Təhsil Nazirliyinin bu müəmmalı tenderlərdə nə kimi rolu var?Bunlar barədə növbəti yazılarda.

Bakı şəhər Baş Polis İdarəsinə etdiyi şikayətdə Gülnarə Abdullayeva İnternat Məktəbin bütün maddi texniki işlərinin Təhsil Nazirliyi tərəfindən həyata keçirildiyini qeyd edib.Direktorun bu iddiasına Təhsil Nazirliyinin rəsmiləri nə üçün susqunluq nümayiş etdirirlər? Təhsil Nazirliyi bununla içməli suyun satınalması üzrə keçirilmiş tenderdə yol verilmiş qanun pozuntularını bəlkə öz üzərindən atmaq istəyir? Bəlkə elə direktoru polisə müraciət etməyı öyrədənlər də nazirlk rəsmiləri olub? Təhsil Nazirliyi nəhayət, bütün bu kimi qaranlıq məsələlərə aydınlıq gətirməlidir.

Cəmi 40 gün içində bir ailəyə məxsus MMC-lərlə bağlanmış 100 min manat dəyərində müqavilələrin araşdırılması üçün Aktualinfo.org daha haralara müraciət etməlidir? Bizi izləyin.
Aktualinfo.org
SON XƏBƏRLƏR
Prezident sərəncam imzaladı - 8,5 milyon manat ayrıldı 11:45Təhsil nazirliyində BAZAR QAYDALARI... - İTTİHAM 11:16Səfər Mehdiyev üçün ÇƏTİN MƏRHƏLƏ... - Gömrükdə çalxalanma gözlənilir 10:48Azərbaycanda çəkdiyi yolları Türkiyədə yaparsa,”Polat Yol Yapı”-nın aqibəti necə olar? - İTTİHAM 09:46Konstitusiyası “salfetka”, özü bonkrot: erməni dövləti belə sökülür - GƏLİŞMƏ 09:32İlham Əliyev BMT-nin Baş katibinə zəng etdi 08:59Kafedra müdiri koronavirusdan vəfat etdi 10:14“Optimal Electronics”köhnə telefonları təzə adına müştərilərə “sırıyır” - GİLEY 09:45Cahangir Əsgərovun milyonluq mülkü: - 500-ə yaxın Hələb keçisi saxlayır 09:06"Üç dəqiqəyə geri gəlib ki, xəstə öldü" - “EGE Hospital”la bağlı ŞOK AÇIQLAMA 08:46Koronavirusun daha iki müxtəlif ştammı müəyyən olundu 08:29İlham Əliyev və Mehriban Əliyeva Bakıda modul tipli hospitalın açılışında - FOTO 13:27 Evdəki xəstələrə pullu xidmət - Qapıdan şəfa girir, yoxsa virus? 13:06Əhmədli sakinlərinin rahatlığı pozulub - FOTO + VİDEO 12:38Beyəqanda 10 manat kapitalla milyon qazanmağın yolu: - “Veteks-2017” MMC- nin fəaliyyəti araşdırılarsa… 11:59"Belə haqsızlıq olmaz..." - GİLEY 11:24Təhsil ocaqlarında rüşvət pandemiyası yayılıb - İTTİHAM 10:52Əhmədzadənin kadrları belə "işləyir"... - VİDEO 10:31Neftçalanın min dərdi var idi, biri də üstünə gəlib - Qaragünlü neft rayonu 09:58Çayxana qədər olmayan təhsilin çətin günü! - Bunun fəsadı ağır olacaq 08:57Əhəd Abıyev koronavirusa yoluxub? - Açıqlaması QALMAQAL YARATDI 08:35AZAL-ın 300 dollarlıq "təxliyyə" oyunu - Diaspor sədrindən etiraz 11:38Samuxlu fermerlər məmurların əlindən dad deyir – “Batırıq…” 11:17Eldar-Oqtay tandemi zərərsizləşdirilmiş kimi görünür, amma... - dövlətə, proseslərə təsir imkanları qalmaqdadır... 10:30DTX-nin XİN-də saxladığı şəxsin səsyazısı yayıldı - AUDİO 09:46Əli Həsənov başına topladığı "media kapitanları" ilə özünə böyük imperiya yaratmışdı - ƏTRAFLI 09:17Həbib Nurməhəmmədovun atası Dağıstanda torpağa tapşırıldı 09:13Həbib Nurməhəmmədovun atası vəfat etdi 15:06Elmar Məmmədyarovun yaxın adamı tutuldu - o nazir təyin olunandan bərabər çalışırlar... 14:42Rayon qeydiyyatı olub Bakıda işləyənlərin NƏZƏRİNƏ: "İcazə verilməyəcək" - RƏSMİ AÇIQLAMA 14:15Daxili turizm də böhranda: xilas yolu nədir? - ARAŞDIRMA 13:18DTX Xarici İşlər Nazirliyində əməliyyat keçirir - RƏSMİ 12:32Gəncə icra şöbəsi vətəndaşı aldatmağa davam edir - GİLEY 12:21Məmurlar varidatlarını açıqlamağa risk edəcəklərmi – GÜNÜN SUALI 10:59Bakı sakinlərinə küçəyə çıxmamaqla bağlı XƏBƏRDARLIQ 10:43İşçisindən nazirə şikayət olundu - GİLEY 10:00Astara Pedaqoji Kollecində “pandemiya imtahanları” - İTTİHAM 09:31Qanlarının arasına pandemiya girmiş olsa da... - Dəyişiklik mütləqdir... 09:04Bu gün Leyla Əliyevanın doğum günüdür 08:22Prezident cərimələri təsdiqlədi – SƏRƏNCAM 12:42Türkiyə Rusiyadan aldığı “S-400”-ü ABŞ-a sata bilər? – POLİTOLOQLARDAN AÇIQLAMA 12:20"Adıma 5 milyonluq saxta kredit müqaviləsi rəsmiləşdirib..." - İTTİHAM 11:37"Global Enerji" kütləvi ixtisara hazırlaşır... - Pandemiya yeni işsiz ordusu yaradacaq... 10:48Hacıqabulda məmur özbaşnalığı - Vətəndaş intihar həddində... 10:21İlham Əliyevdən Azərbaycan Polis Günü ilə bağlı paylaşım - FOTO 10:03Mehriban Əliyeva polisləri təbrik etdi: “Çətin günlərdə atdığınız qətiyyətli addımların və peşəkarlığınızın şahidiyik” 09:20Azərbaycanda bu gün Polis Günü qeyd olunur 09:03Azərbaycanda kredit borcları dondurula bilər - MÜJDƏ 12:52Türkiyədə oxuyan azərbaycanlı tələbələrlə bağlı NARAHATLIQ: - Virusa yoluxanlar necə müalicə alır? 12:16Kollec direktorunun təsərrüfat işi alınmadı və... - İDDİA 11:46Qardaşı narkotiklə tutulan başçı müavini vəzifədən azad edilib? - AÇIQLAMA 10:37«Brand Credit» İFLAS ASTANASINDA: Göstəricilərini gizlədir... - Rəqəmlər... 10:18Azərbaycanda siqaret bahalaşdı 09:54Əbülfəs Qarayevi üçün HƏBS QƏRARI... - AZ QALIB... 09:14Başçı ilə vətəndaş arasında qalmaqal... - Gədəbəydə... 08:53Bu da Arzu Rəhimovun yeyintisi... - İTTİHAM 08:37Azərbaycanda benzin bahalaşdı – SON DƏQİQƏ 08:16