31 июл 11:29gundem

Şirəliyev “Epidbiomed” şirkətini necə "yemləyib" - ŞOK FAKTLAR

Şirəliyev “Epidbiomed” şirkətini necə "yemləyib" - ŞOK FAKTLAR
Məlum olduğu kimi, bir müddət əvvəl ölkəyə saxta dərmanlar gətirərək, tamah məqsədilə qabaqcadan bir qrup şəxslə əlbir olaraq, qanunsuz dərmanların dövriyyəsi ilə məşğul olan “Epidbiomed” və “Sanimed” firmalarının rəhbərləri barədə cinayət işi qaldırıldı. Apardığımız araşdırmalar zamanı məlum olub ki, 2010-2017-ci illər ərzində “Epidbiomed” MMC xeyli sayda dövlət satınalmaları üzrə keçirilən müsabiqələrin qalibi olaraq, 29 müxtəlif rayon mərkəzi xəstəxanalarına, həmçinin başda Səhiyyə Nazirliyi olmaqla, müxtəlif nazirliklərə də dərman satışını həyata keçirib. Maraqlıdır ki, bu şirkət barədə elan olunan ittihama görə, “Epidbiomed” və “Sanimed” MMC-nin rəhbərləri müxtəlif şəxslərlə, tamah məqsədilə, qabaqcadan əlbir olaraq, daha çox gəlir əldə etmək məqsədi ilə 2011-ci ildən başlayaraq uzun müddət ərzində ölkəyə təqribən 1 milyon manatdan artıq dəyərində 19 adda orijinal dərman preparatlarından qiymətinə görə dəfələrlə baha olan ekvivalent dərman vasitələrini idxal ediblər. Bununla bağlı cumhuriyyet.az olaraq media üzərindən apardığımız araşdırmalar zamanı məlum olub ki, 2010-2017-ci illər ərzində “Epidbiomed” MMC xeyli sayda dövlət satınalmaları üzrə keçirilən müsabiqələrin qalibi olaraq, 29 müxtəlif rayon mərkəzi xəstəxanalarına, həmçinin başda Səhiyyə Nazirliyi olmaqla, müxtəlif nazirliklərə də dərman satışını həyata keçirib.
Şirkətin əməkdaşları vasitəsilə dövlət və özəl müəssisələrdə çalışan 100-ə yaxın həkimlərlə razılaşıb müalicə üçün müraciət etmiş çoxsaylı xəstələrə yalnız həmin dərmanların və zərurət olduğundan daha çox həcmdə təyin olunması üçün onlara mütəmadi olaraq müxtəlif məbləğlərdə pullar verib və idxal etdiyi dərmanların bu cür qanunsuz yolla külli miqdarda satılmasına nail olublar. Bu hal öz növbəsində kütləvi surətdə vətəndaşların sağlamlığının qorunması, bərpası və xəstəliklərinin müalicəsi üçün keyfiyyətli və təhlükəsiz dərman vasitələri almaq hüquqlarını məhdudlaşdırmaqla onların qanunla qorunan mənafelərinə mühüm zərər vurub.
Cumhuriyyet.az olaraq apardığımız araşdırmalar zamanı məlum olub ki, 2010-2017-ci illər ərzində “Epidbiomed” MMC xeyli sayda dövlət satınalmaları üzrə keçirilən müsabiqələrin qalibi olaraq, 29 müxtəlif rayon mərkəzi xəstəxanalarına, həmçinin başda Səhiyyə Nazirliyi olmaqla, müxtəlif nazirliklərə də dərman satışını həyata keçirib. Buna görə də, barəsində bu məzmunda ittihamın irəli sürüldüyü şirkətin fəaliyyətini, daha doğrusu kimlərin bu şirkətlə dərman alqı-satqısında iştirak etdiyinin maraqlı və vacib olduğunu düşünərək, “Epidbiomed” MMC-nin qalib elan olunduğu dövlət satınalmalarını araşdırmağı özümüzə borc bildik. Məntiqlə düşünsək, əgər bir şirkətin bir çox epizodlarda tamah məqsədilə həkimlərlə razılaşıb, müxtəlif maliyyə və ticarət fırıldaqlarını həyata keçirdiyi məlumdursa, onda bu rəsmi ittiham, onların tender və kotirovkalarda da hansı üsullarla qalib gəldiyi haqqında ciddi suallar doğurur.
Apardığımız araşdırmalar zamanı məlum oldu ki, “Epidbiomed” MMC (VÖEN 1500338941) 2004-cü ilin noyabr ayının 19-da, hüquqi ünvanı, Bakı şəhəri, Yasamal rayonu, Cəfər Cabbarlı küçəsi, ev 6 göstərilməklə, Vergilər Nazirliyi yanında Bakı şəhəri Lokal Gəlirlər Departamentində dövlət qeydiyyatına alınıb. Qurumun qeydiyyat sənədlərindən, qanuni təmsilçisinin Əliyev Məmmədəli Sabir oğlunun olduğu məlum olur. Təşkilatın Yasamal rayonu, Zivər bəy Əhmədbəyov, 19-da fəaliyyət göstərdiyi bildirilir.
“Epidbiomed” MMC 2010-2014-cü illər ərzində müxtəlif rayonların mərkəzi xəstəxana və polikilinikaları tərəfindən keçirilən dövlət satınalmaları müsabiqələrində (tender və kotirovka) 104 dəfə qalib olub. (?!) Müsabiqələrin ümumi dəyəri 17 382 860, 15 manatdır. Şirkətin idxal etdiyi dərman vasitələri arasında vaksinlər və zərdablar, insulin və diabetik dərmanlar, eləcə də digər (Albumin 20% 100 ML, Albumin 20% 50 ml, Striasan (pre), Striasan (post), Cathejell-Montavit, Kalsiy glukonat, Ampisilin, Riboksin kimi dərmanlar) dərman preparatları üstünlük təşkil edib. “Epidbiomed” MMC 2010-2014-cü illər ərzində müxtəlif rayonların mərkəzi xəstəxana və poliklinikaları tərəfindən elan olunan dövlət satınalmaları müsabiqələrində qalib gələrək, 29 xəstəxana ilə dərman preparatları satışını həyata keçirib.
Astara rayon Mərkəzi Xəstəxanası
“Epidbiomed” MMC 2010-2012-ci illər ərzində Astara Mərkəzi Rayon Xəstəxanasının keçirdiyi dövlət satınalmalarında – dərman və sarğı materiallarının satın alınması maddəsi üzrə 3 dəfə qalib elan olunub. Beləki, şirkət 2010-cu ildə 89 500 (səksən doqquz min beş yüz) manatlıq, 2011-ci ildə 89 500 (səksən doqquz min beş yüz) manatlıq, 2012-ci ildə isə 100 000 (yüz min ) manatlıq satınalamaların qalibidir.
Beyləqan Mərkəzi Rayon Xəstəxanası
“Epidbiomed” MMC Beyləqan MRX-nın 2013-2014-cü illər ərzində həyata keçirdiyi dövlət satılmalarında “psixotrop, zərdab, vaksin, rentgen və flüoqrafiyada işlənən mallların” satın alınması maddəsi üzrə 2 dəfə qalib elan olunub. Belə ki, şirkət 2013-cü ildə 36 877, 95 (otuz altı min səkkiz yetmiş yeddi manat, doxsan beş qəpik) manat, 2014-cü ildə isə 39 976,3 (otuz doqquz min doqquz yüz yetmiş altı manat, otuz qəpik) manat dəyərində tenderlərin qalibi olub. Bu illər ərzində “Epidbiomed” MMC ilə Beyləqan MRX-nın birgə həyata keçirdiyi satınalmaların məbləği 76 854, 25 (yetmiş altı min səkkiz yüz əlli dörd manat, iyirmi qəpik) manat təşkil edib.
Hacıqabul Mərkəzi Rayon Xəstəxanası
“Epidbiomed” MMC Hacıqəbul MRX-nın 2011-2013-cü illər ərzində həyata keçirdiyi dövlət satılmalarında “vaksinlərin, zərdabların və şprislərin”, “dərman preparatları və sarğı ləvazimatlarının” satın alınması maddəsi üzrə 3 dəfə qalib elan olunub. Belə ki, şirkət 2011-cü ildə 5 985 (beş min doqquz yüz səksən beş) manat, 2013-cü ildə isə 199 345,88 (yüz doxsan doqquz min üç yüz qırx beş manat, səksən səkkiz qəpik) manat dəyərində tenderlərin qalibi olub. Bu illər ərzində “Epidbiomed” MMC ilə Hacıqabul MRX-nın birgə həyata keçirdiyi satınalmaların məbləği 205 330, 88 (iki yüz beş min üç yüz otuz manat, səksən səkkiz qəpik) manat təşkil edib.
İmişli Mərkəzi Rayon Xəstəxanası
“Epidbiomed” MMC İmişli MRX-nın 2012-2014-cü illər ərzində həyata keçirdiyi dövlət satılmalarında “dərman preparatlarının və sarğı ləvazimatlarının ”satın alınması maddəsi üzrə 4 dəfə qalib elan olunub. Belə ki, şirkət 2012-ci ildə 153 959 (yüz əlli üç min doqquz yüz əlli doqquz)manat, 2013-cü ildə 950 847, 6 (doqquz yüz əlli min səkkiz yüz qırx yeddi manat altmış qəpik) manat,2014-cü ildə isə 475 944, 42 (dörd yüz yetmiş beş min doqquz yüz qırx dörd manat, qırx iki qəpik) dəyərində tenderlərin qalibi olub.
Bu illər ərzində “Epidbiomed” MMC ilə İmişli MRX-nın birgə həyata keçirdiyi satınalmaların məbləği 1 580 751, 02 (bir milyon beş yüz səksən min yeddi yüz əlli bir manat, iki qəpik) manat təşkil edib.
Kürdəmir Mərkəzi Rayon Xəstəxanası
“Epidbiomed” MMC Kürdəmir MRX-nın 2010-2014-cü illər ərzində həyata keçirdiyi dövlət satılmalarında “vaksin və zərdabların, rentgen-plyonka və reaktivlərin” satın alınması maddəsi üzrə 4 dəfə qalib elan olunub. Belə ki, şirkət 2010-cu ildə 60 985,6 (altmış min doqquz yüz yetmiş beş manat, altmış qəpik) manat, 2012-ci ildə isə 16 948,17 (on altı min doqquz yüz qırx səkkiz manat, on yeddi qəpik) manat, 2013-cü ildə 21 406, 49 (iyirmi bir min dörd yüz altı manat qırx doqquz qəpik) manat, 2014-cü ildə isə 22 000 (iyirmi iki min) manat dəyərində tenderlərin qalibi olub.
Bu illər ərzində “Epidbiomed” MMC ilə Kürdəmir MRX-nın birgə həyata keçirdiyi satınalmaların məbləği 121 340, 26 (yüz iyirmi bir min üç yüz qırx manat, iyirmi altı qəpik) manat təşkil edib.
Kəlbəcər Mərkəzi Rayon Xəstəxanası
“Epidbiomed” MMC Kəlbəcər MRX-nın 2014-cü ildə həyata keçirdiyi dövlət satılmalarında “dərman preparatları və sarğı materiallarının” satın alınması maddəsi üzrə 1 dəfə qalib elan olunub.
Belə ki, şirkət 2014-cü ildə 105 989, 89 (yüz beş min doqquz yüz səksən doqquz manat, səksən doqquz qəpik) manat dəyərində tenderin qalibi olub.
Qax Mərkəzi Rayon Xəstəxanası
“Epidbiomed” MMC Qax MRX-nın 2010-2011-cü illər ərzində həyata keçirdiyi dövlət satılmalarında “ümumi təyinatlı dərman preparatları və sarğı ləvazimatlarının” satın alınması maddəsi üzrə 2 dəfə qalib elan olunub. Belə ki, şirkət 2010-cu ildə 174 995 (yüz yetmiş dörd min doqquz yüz doxsan beş) manat, 2011-cü ildə isə 174 995 (yüz yetmiş dörd min doqquz yüz doxsan beş) manat dəyərində tenderlərin qalibi olub. Bu illər ərzində “Epidbiomed” MMC ilə Qax MRX-nın birgə həyata keçirdiyi satınalmaların məbləği 349 990 (üç yüz qırx doqquz min doqquz yüz doxsan) manat təşkil edib.
P.S. Mövzu ilə əlaqədar adıçəkilən qarşı tərəflərin mövqeyini də dinləməyə və dərc etməyə hazırıq. //cumhuriyyet.net//
SON XƏBƏRLƏR
Düşmən atəşkəsi iriçaplı pulemyotlarla pozub 09:16Dünyada koronavirusdan sağalanların sayı 13 milyonu keçdi - STATİSTİKA 08:45Bir sıra buraxılış və qəbul imtahanlarının nəticələri bəlli oldu 08:31Sumqayıtda mağazada yanğın 08:13İrem Derici: “Sevgi münasibəti təkcə qarşı cinslə yaşanmaz” 07:55Aynişan həyat yoldaşından ayrılıb? 10:23Lukaşenko 80,23 faiz səslə qalib gəldi 10:20Gələn həftə Məhərrəm ayı başlayır 09:36Dövlət gələcək xatirinə bu “yük”ün altına girəcəkmi? - “Uşaq pulu”na xərclənəcək 1-1,5 milyard... 09:13Bu gündən bu sahələrin fəaliyyətinə icazə verilir 08:26Bu gündən bu sahələrin fəaliyyətinə icazə verilir 08:21Azərbaycanda 1 həftəyə koronavirus belə azaldı 08:10Nazirdən işsiz şəxslərə müjdə 10:44Baş nazirdən anons: hansı qadağalar ləğv ediləcək? 10:37Beyrut partlayışı Qarabağa sıçraya bilərmi? - Video 09:51Gecə cəbhədə nə baş verib? - Nazirlik məlumat yaydı 09:18Neft yenidən ucuzlaşdı 09:11Livan ermənilərinin Qarabağa köçü: məkrli plan, yoxsa blef... - TƏHLİL 08:49Bu gün Milli Məclisin növbədənkənar sessiyası başa çatır 08:31icaze.e-gov.az portalından icazələr bu formada alınacaq - Diqqət! 09:54İriçaplı pulemyotlar işə düşdü - Atəşkəs yenidən pozuldu 09:30Beyrutdakı dəhşətli partlayışın səbəbi məlum oldu - VİDEO 08:59Neft bahalaşdı 08:21Penitensiar xidmətin rəisi dənizi "işğal" edib, yolu bağlayıb - Sakinlərdən şikayət 14:10Deputatlar gəlirlərini açıqlayacaqmı? - “YAP-dan göstəriş olsa, hesabat verərəm...” 13:41Türkiyənin F-16 qırıcıları Naxçıvandan İrəvana hava zərbəsini məşq etdi? - RUSİYA MƏNBƏLƏRİ 12:59"Tamam başlarını itiriblər..." - "Kapital Bank"dan şikayətlər artır 12:35“Sevimli dad”ın sosiskasından qurd çıxdı - FOTOFAKT 11:58Baş metroçu da pulları belə xırıd edir - Sənəd-sübut... 09:38Ermənilər növbəti dəfə Tovuzu atəşə tutdu 09:30Göygöl sakininin evindən narkotik və sursat tapılıb 14:37Azərbaycana qardaş dəstəyi Qarabağı bizə qaytararmı? - TƏHLİL 14:02Sahil Babayevin işçiləri narazılıq yaradır - GİLEY 13:32İsmayıl Hüseynovu hansı güc qoruyur? - DTX-nın həbs etdiyi şəxs gömrük generalının qohumudur... 12:13Şirəliyev “Epidbiomed” şirkətini necə "yemləyib" - ŞOK FAKTLAR 11:29İlham Əliyevdən Qurban Bayramı ilə bağlı paylaşım - FOTO 11:06Daşkəsəndə NƏ BAŞ VERİR? - QALMAQAL 10:33"4 aylıq maaşımı ala bilmirəm" - GİLEY 09:43Mehriban Əliyeva Azərbaycan xalqını təbrik etdi - FOTO 09:07Masallıda QANLI OLAY: Ata və oğlu güllələndi 10:55Dərslər nə vaxt və necə başlayacaq? - “Müxtəlif versiyalar üzərində müzakirələr gedir” 09:59Müdafiə Nazirliyi cəbhədəki son vəziyyət barədə məlumat yaydı 09:29Təhlükəli asılılıq: Rus çörəyinə bu qədərmi möhtacıq? - GƏLİŞMƏ 09:06Bakıda avtomobil səkiyə çırpılıb yandı 08:41Bu gün 10 şəhər və rayonda buraxılış imtahanları keçiriləcək 08:19Bakıda su problemi: Tələbat kəskin artıb, ehtiyat azalıb - AÇIQLAMA 12:37Prezident İsmayıllıda modul tipli xəstəxananın açılışında - FOTO 12:00Muğanlı-İsmayıllı-Təzəkənd-Ağbulaq-Qoşakənd avtomobil yolu istifadəyə verilib - FOTO 11:42Azərbaycanda əsgər bədbəxt hadisə nəticəsində vəfat etdi - RƏSMİ 11:29İlham Əliyev İsmayıllıya getdi 10:42Bakı polisindən imtahanlarla bağlı AÇIQLAMA - FOTO 10:25Prezident Qobustanda modul tipli xəstəxananın açılışında 09:47Baş Prokurorluq bu İcra Hakimiyyətində əməliyyat keçirdi - Saxlanılanlar var (YENİLƏNİB) 09:24Növbəti buraxılış imtahanları keçirilir 08:38Azərbaycanın meyvə-tərəvəz ixracının 90 faizi Rusiya bazarının payına düşür 08:35Dünyanın ən yaxşı restoranlar siyahısı açıqlanıbv 08:06Prezident yeni baş konsul təyin etdi 11:40