07 фев 10:24iqtisadiyyat / gundem

Azərbaycan bazarında faiz rəqabəti: - Xarici banklar sahibkarlığın inkişafına yol aça bilərmi?

Azərbaycan bazarında faiz rəqabəti: - Xarici banklar sahibkarlığın inkişafına yol aça bilərmi?
Azərbaycanda özəl sektorun, azad sahibkarlığın inkişafı prioritet məsələlərdən olsa da, bir sıra amillər var ki, bunun qarşında əngəl olaraq qalmaqdadır.

Azad sahibkarlığın inkişafının qarşısını alan əsas məsələlərdən biri də bank sektorunun bu sahəni dəstəkləməməsidir. Banklar biznes kreditləri verməkdə maraqlı deyillər, bu olmadan isə istehsal və xidmət sahələrinin sürətli inkişafı mümkün deyil.

Prezident İlham Əliyev “Azərbaycan Respublikası regionlarının 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının birinci ilinin yekunlarına həsr olunan konfransda bu problemə də toxunub:

“Rayon və kənd yerlərində təklif olunan girov əmlaklar bir çox hallarda banklar tərəfindən girov kimi qəbul edilmir. Onlar Bakıda girov əmlak istəyirlər. Buna son qoyulmalıdır. Burada heç bir ayrı-seçkiliyə yol vermək olmaz. Ona görə aidiyyəti qurumlar bu məsələ ilə də ciddi məşğul olsunlar".

Dövlət başçısı bildirib ki, sahibkarlığın inkişafı üçün dövlət bu il də kifayət qədər böyük vəsait nəzərdə tutur:

"Bu, artıq verilmiş və qaytarılmış kreditlərin hesabına baş verir. Güzəştli şərtlərlə 200 milyon manata yaxın kreditlər veriləcək. Deyə bilərəm ki, son illər ərzində sahibkarlara güzəştli şərtlərlə 2 milyard manatdan çox vəsait verilmişdir. Ancaq verilən bu kreditlərə həm nəzarət gücləndirilməlidir, həm də biznes layihələrinə yenidən baxmaq lazımdır. Çünki aparılan təhlil göstərir ki, hər bir iş yerinin yaradılması üçün kifayət qədər böyük vəsait xərclənir.

Əvvəlki illərdə üstünlük daha çox iri layihələrə verilirdi, bu da təbii idi. Çünki bu aqroparkların və digər iri sənaye müəssisələrinin yaradılması hesab edirəm ki, zəruri idi. Ancaq hazırda daha çox güzəştli kreditlər portfelində kiçik və orta sahibkarlığa üstünlük verilməlidir. Çünki biz yaxşı bilirik ki, inkişaf etmiş ölkələrin ümumi daxili məhsulu böyük dərəcədə kiçik və orta sahibkarlıq tərəfindən formalaşır. Biz də bu yolla getməliyik. Xüsusilə nəzərə alsaq ki, bizim iqtisadiyyatımızın aparıcı hissəsi neft-qaz sənayesidir. Ona görə bu il güzəştli biznes-kreditlərinin tərkibində kiçik və orta sahibkarlığa üstünlük verilməlidir".

Bəs real sektorun inkişaf etməsi məqsədi ilə xarici bankların ölkəmizə cəlb edilməsi məqsədəuyğundurmu? Xarici bankların Azərbaycanda işləməsi üçün mühit varmı?

İqtisadçı ekspert Elman Sadıqov “Cümhuriyət” qəzetinə açıqlamasında xatırladıb ki, Azərbaycanda xarici kapitallı bir neçə bank fəaliyyət göstərir:

“Azərbaycanda, hətta 100 faiz kapitallı və Avropanın tanınmış banklarının səhmdarı olduğu “AccessBank” fəaliyyət göstərir. Eləcə də “Bank VTB”, Türkiyənin “Yapı Kredi Bank”, “Ziraat Bank”-ları var. Amma bu banklarda faizlər yerli banklardan yüksəkdir. On illərlə Azərbaycanda fəaliyyət göstərən xarici bankların təcrübəsi göstərir ki, bunun tətbiqi çıxış yolu deyil. Belə bir arqument gətirilə bilər ki, həmin bankların mənsub olduğu ölkələrdə də faiz dərəcələri aşağı deyil. Bəs, əgər inkişaf etmiş ölkələrin-ABŞ-ın, Avropa ölkələrinin bankları Azərbaycana dəvət edilərsə, onlar aşağı faizli kreditlər verə biləcəklərmi? Hazırda Azərbaycan bankları 10-11-12-13 fazilə biznes kreditləri təklif edirlər. Pulun maliyyə dəyərinin çox aşağı olduğu ABŞ bankı belə bura gəldiyi zaman kapitalı dollarla gətirəcək, amma krediti manatla verəcək. O zaman kurs fərqini də nəzərə alsaq, bu kreditin faiz dərəcəsi heç də 10 faizdən aşağı olmayacaq. Əgər həmin banklar dollarla kredit vermiş olarlarsa, o zaman da ciddi fərq olmayacaq. Çünki Azərbaycan bankları dollarla kreditləri 5-6 faizlə verirlər”.

Elman Sadıqov deyir ki, dünyanın inkişaf etmiş ölkə banklarının kredit verərkən müəyyən tələbləri mövcuddur ki, Azərbaycan sahibkarları 90 faiz həmin tələbləri ödəyə bilməyəcək:

“Onların hesabatlılıq, audit, biznes-planla bağlı o qədər ciddi tələbləri var ki, bizim iş adamları onlara cavab verməyəcək. Mümkün deyil ki, aşağı faizlə kredit alasan və həmin tələbləri yerinə yetirməyəsən. İş adamlarının tələblərə cavab verməyərək bankdan vəsait alacağı təqdirdə isə, risk amili artır. Risk artdığı üçün isə kredit faizi də artacaq. Doğrudur, onlarda xidmətlərin səviyyəsi yüksək, komission xərclər aşağı, rəqabət qabiliyyətləri bizim banklarla müqayisədə yüksəkdir, amma əgər düşünürüksə, onlar gəlib Azərbaycan iqtisadiyyatına aşağı faizlə kreditlər verəcək, bu baş verməyəcək. Əgər bizdə biznes kreditləri 20-25 faiz olsaydı, onda bu barədə düşünmək olardı”.

İqtisadçı deyir ki, kredit faizinin formalaşmasına təsir edən bir sıra ciddi iqtisadi şərtlər var:

“İnflyasiya dərəcəsi, real sektorun risk dərəcəsi, layihələrin rentabelliliyi, hesabatlılığın beynəlxalq standartlarla cavab verməsi, hesabatlılığın beynəlxalq audit şirkətləri tərəfindən yoxlanılması olarsa, o zaman xarici bankların biznes sektoruna kredit verəcəyini gözləmək olar. Azərbaycanda biznes kreditləşməsinin istehlak kreditləşməsindən geri qalmasının digər səbəbləri var. Bu səbəblər müəyyən olunmalı və aradan qaldırılmalıdır. İqtisadiyyata pul kütləsinin daxil olması biznes kreditləşməni aktivləşdirən amil olmayacaq. Bankların pulunun çox olması da hələ o deməkdir ki, onlar mütləq çoxlu kredit verməlidirlər ki, sonradan problemlərlə üzləşsinlər. Banklarla real sektorun arasında boşluq mövcuddur və həmin boşluğun doldurulması üçün üçüncü tərəfin iştirakına ehtiyac var. Bu tərəf İpoteka və Kredit Zəmanət Fondu və ya dövlətin digər qurumları ola bilər. İş yerlərinin açılmasına, istehsalın gemişlənməsinə xidmət edən, regionların inkişafında böyük paya malik olacaq layihələr burada rol oynaya bilər. Burda bütün məsələlər banklardan asılı deyil. Bankların real sektoru dəstəkləməməsi aydınlaşdırılmalı və aradan qaldırılmalıdır. Bunun üçün qanunvericilikdə də dəyişiklik edilməsinə ehtiyac var”.
SON XƏBƏRLƏR
Ceyhun Bayramovun distant təhsil biabırçılığı - BACARMADI... 12:26A seriyasının BƏRPA TARİXİ DƏYİŞİB 10:38Bakı Baş Gömrük İdarəsində nə baş verir? - KƏNAN MƏMMƏDOV SAHİBKARLARI MÜFLİS EDİR 10:18Azərbaycan nefti 3 dollardan çox bahalaşıb - Şükür.. 09:57Pandemiya dövründə işdən çıxarılan bağça işçiləri GİLEY EDİR - "3 min manat istədilər" 09:27Prezident: "Azərbaycan Ordusu istənilən vəzifəni icra edə bilər" 09:00Mehriban Əliyeva Azərbaycan xalqını təbrik etdi 09:38Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasından 102 il ötür 08:39Vilyam Hacıyevlə bağlı işdə GƏLİŞMƏ - Bu maddələrlə ittiham olunur... 12:46Sabahın hava proqnozu açıqlandı: Duman, külək, çiskin 12:32Əli Həsənov və Vüqar Səfərli həbs edilə bilər - “Jurnalistlərin binası” ilə bağlı araşdırmalara başlanıldı 12:20“Prezident belə biabırçılığa dözən adam deyil” - Çingiz Abdullayev 11:56Həbs növbəsi hansı icra başçısındadır? - Proses davam edir... 11:41Qusar sakinləri başçıdan narazılıq edirlər - Müraciət... 10:01Karantin cərimələri tutulmağa başladı - Maaş, pensiya, əmlaka həbs... 09:50TRAMP “DƏRİN DÖVLƏT”in LİDERİYLƏ GÖRÜŞƏ BİLMİR: o, yenidən seçilmək üçün Pentaqonun bütün istəklərini yerinə yetirməyə başlayıb – ARAŞDIRMA 09:35LDU-da tələbələr etiraza qalxıb... - "...bu güzəştləri istəyirik" 09:22"Gilan Seramik" zavodunda nə baş verir - İTTİHAM 09:01Avropa məhkəməsindən Ramil Səfərovla bağlı qərar 13:02Məhəmməd Əmin Rəsulzadə yaşasaydı,ona nə deyərdiniz?- VİDEO SORĞU 12:36İtləri döyüşdürüb bir-birinə yedirirlər- DİN-dən AÇIQLAMA 12:17ÜST-dən XƏBƏRDARLIQ! - ''Qəti şəkildə kütləvi yığıncaqlar keçirmək, toplaşmaq halları olmaz” 11:59Bölgələrdə və Bakıda yenidən karantin rejimi sərtləşdirilir? - AÇIQLAMA 10:34Zidan Çempionlar Liqası tarixinin ən yaxşı baş məşqçisi seçildi 10:11Azərbaycanın bu kəndində 21 nəfər virusa yoluxdu 09:50Rusiyada helikopter qəzası – Ölənlər var 09:34Koronavirusla bağlı son STATİSTİKA 09:05İlham Əliyev Gürcüstan prezidentini təbrik etdi 13:47Şamaxı İH-nin işçisi koronavirusa yoluxdu – Başçı da karantinə alındı 13:22Sabah hava necə olacaq? – PROQNOZ 12:54Əhalinin nəzərinə - İyunun 5-də... 12:18Qurban bayramının vaxtı açıqlandı 11:53Bu şəxslərə hər ay 800 manat ÖDƏNİLƏCƏK QƏRAR VERİLDİ 11:3319 yaşlı oğlan özünü asdı – Ağstafada İNTİHAR 10:53Neft Daşlarında dalğanın hündürlüyü azaldı – FAKTİKİ HAVA 10:29SON DƏQİQƏ: Azərbaycanda ticarət mərkəzləri, restoranlar açılır - Operativ Qərargah 10:05Neft yenidən bahalaşıb - SON QİYMƏT 09:51Azərbaycan və Türkiyə prezidentləri arasında telefon danışığı olub 09:20Dövlət Gömrük Komitəsi nə zaman YOXLANILACAQ? - Sahibkarlar TƏLƏB EDİR 14:18Son dəqiqə! ATV telekanalının binası nəzarətə götürüldü - VİDEO 13:59LİVİYADA TÜRK-RUS QARŞIDURMASI… 13:20Cərimələr niyə ləğv edilməlidir? - DYP-dən cavab 12:56AzTV-ni Əli Həsənov idarə edir?! — Dövlət televiziyasının yenilikçilərə bağlanan pavilyonu... 12:37Nazirlik hərəkətə keçdi: YOXLAMA BAŞLADI - Neçə icra başçısının başı ağrıyacaq 12:15Korrupsiya yeminə çevrilən ictimai iş yerləri: - “İcra başçıları düşünür ki, kim yoxlayacaq...” 11:49İranın Qarabağ aktivliyi: nə baş verir? - TƏHLİL 11:30“METRO ZAUR”UN PADŞAHLIQ ARZUSU – Və yaxud Zaur Hüseynovun ad günündən qalmaqallı görüntülər… 10:49Beyləqanda PETrolçu hacı ŞANTAJLA məşğuldur - İDDİA 10:25Bu gündən Azərbaycanda 8 günlük tətil başlayır 09:39Şagirdlərə qiymətlər belə yazılacaq - QƏRAR 12:59Daha bir icra başçısının sərvəti üzə çıxdı- Siyahı 12:29Bakıda karantin qaydalarını pozan daha bir restoran aşkarlandı – FOTOLAR 11:59Prezident daha bir icra başçısını İŞDƏN ÇIXARDI 11:50Daha bir marşrut xətti “BakuBus” MMC-yə verildi 11:04Əbülfəs Qarayev kollektivlə VİDALAŞDI 10:33Bayramda ''Mall''-lar AÇILACAQ? - AÇIQLAMA 10:15Azərbaycanda itkin düşən 12 yaşlı oğlanın parçalanmış meyiti tapıldı - YENİLƏNİB 09:58