18 мар 13:08iqtisadiyyat / gundem

Sudan ucuz “qara qızıl”: Neft daha nə qədər ucuzlaşa bilər? - GƏLİŞMƏ

Sudan ucuz “qara qızıl”: Neft daha nə qədər ucuzlaşa bilər? - GƏLİŞMƏ

Martın 16-da Bakı vaxtı ilə saat 17:40-da “Brent” markalı neftin qiyməti 29.88 dollaradək düşüb.

Azərbaycanın dünya bazarına çıxararaq satdığı "Azeri LT CIF" markalı xam neftin qiyməti isə 3,77 dollar, yəni 11,4% azalıb və 29.37 dollara çatıb.

Maraqlıdır, neftin qiyməti nə qədər düşə bilər?

Neft məsələləri üzrə ekspert Zəfər Vəliyev Cebhe.info-ya açıqlamasında bildirib ki, neft bazarlarında yaxın gələcək üçün hər hansı bir proqnoz vermək bir az çətindir:

“Lakin deyə bilərəm ki, bazarın tənzimlənməsində ciddi problemlər yaşanacaq. Neft məhsullarına olan tələbat kəskin şəkildə aşağı düşür. Həm dizel yanacağına, həm reaktiv yanacağa, həm də benzinə dünyanın bütün enerji bazarlarında tələbat həddindən artıq aşağıdır. Neft emalı zavodlarının dünyanın bütün enerji rayonlarında emal güclərinin emal marjı aşağı düşdüyünə görə neftə olan tələbat da aşağı düşür”.

Ekspert qeyd edib ki, aprel ayında əgər Səudiyyə Ərəbistanı və onun Fars körfəzindəki müttəfiqləri bazara tələbatdan artıq neft həcmləri daxil etsələr, neftin qiyməti indiki qiymətdən də aşağı düşəcək:

“Buna bir neçə əsas da var. Bütün aprel satışı ilə bağlı İraq, BƏƏ, Küveyt və digər neft ixrac edən dövlətlər Rusiya və Səudiyyə Ərəbistanının ardınca ixrac edəcəkləri neftin qiymətində kəskin azalmalar edirlər. Səudiyyə Ərəbistanının aprel ayında satış qiymətlərinə nəzər salsaq, onda görərik ki, etalon Brent markalı neftə nisbətdə təklif edilən qiymətdə kifayət qədər endirimlər var. Avropa və Asiya bazarlarının təşkil etdiyi neftin qiymətinin barreli ortalama 25 dollara dayanır. Deməli, neftin qiyməti bazar tənzimlənməsə ondan da aşağı düşmə təhlükəsi var. Bu, o deməkdir ki, bazarda qarşıdakı aylarda tələbatdan artıq neft həcmləri mövcud olacaq”.

Zəfər Vəliyev qlobal neft bazarlarının tarazlıq mərkəzinin itdiyini vurğulayıb:

“Əvvəl qlobal neft bazarlarında iki tarazlıq mərkəzi mövcud idi. Birinci OPEC və onun müttəfiq dövlətləri, ikinci ABŞ idi. İndi neft bazarlarının tarazlıq mərkəzləri itdiyinə görə bazarın tənzimlənməsi də çətin olur. Bilinmir ki, neft bazarlarında nə qədər ağır və orta ağır neftə, nə qədər yüngül neftə tələbat var. Ümumiyyətlə, emal güclərinin tələbatı nə qədərdir? Bunları müəyyən etmək qarşıdakı aylarda çətin olduğuna görə bazarda bir müddət xaotik vəziyyət yaranacaq, amma düşünürəm ki, bu uzun davam edə bilməz. Çünki neftin həddən ziyadə aşağı düşməsi, yəni onun dibə vurması neft hasil edən və ixrac edən dövlətlərin kommersiya maraqlarına uyğun deyil. Məsələn, Səudiyyə Ərəbistanı elan edib ki, kifayət qədər bazara neft həcmləri çıxaracaq, söhbət burada 9.4 milyon barrel gündəlik neft həcmlərindən gedir və hasilatı da ilin sonuna kimi 13 milyon civarına çatdırmağı planlayırlar. Çünki Səudiyyə Ərəbistanı və onun ətrafında müttəfiq dövlətlər ehtiyat hasilat güclərinə malikdirlər. Əgər Səudiyyə Ərəbistanı tələbatdan artıq neft həcmlərini bazara daxil edəcəksə, bunun bir əvvəli və sonu olmalıdır, çünki uzun müddət bazarın tələbatına uyğun olmayan tələbatdan artıq neft həcmlərini daxil edərsənsə, bu istər-istəməz son anda ehtiyatların həddən ziyadə şişməsinə səbəb olacaq. Ona görə də əvvəl-axır bazar tənzimlənməlidir. 2019-cu ildə Səudiyyə Ərəbistanın neft ixracından əldə etdiyi xalis gəlir 88 milyard dollar olub, halbuki bu rəqəm 2018-ci ildə 111 milyard dollar civarında idi. İlin artıq birinci rübü başa çatmaq üzrədir. Bundan sonra əgər ilin sonunadək neftin qiymətində kəskin enmələr müşahidə olunsa və yaxud etalon Brent markalı neftin ortalama qiyməti 38-40 dollar, WTI-in ortalama qiyməti 32-35 dollar arası olarsa, neft hasil və ixrac edən dövlətlərin maliyyə vəziyyəti hansı səviyyədə olar? Burada maya dəyəri, xərclərin azaldılması və digər məsrəflərin azaldılması, optimallaşdırılması ilk başda ağlabatandır, amma biraz da dərinə baxanda görəcəyik ki, neft şirkətlərinin böyük əksəriyyəti müflis olmaq səviyyəsinə gəlib. Ona görə də bazar tənzimlənməlidir. Hələ də imkanlar var. Çünki mart ayının sonu OPEC+ Monitorinq Komitəsinin iclası da gözlənilir. Kütləvi informasiya vasitələrinin yaydığı məlumata görə İraq, Venesuela, Meksika kimi dövlətlər Səudiyyə Ərəbistanı və Rusiya münasibətlərinin yaşılaşmasına dəstəkdirlər. Əgər bu, baş versə, bazarda müəyyən canlanma olacaq və bazar əvvəlki ahənginə qayıtma şansı qazanacaq, amma çox gec...”.
SON XƏBƏRLƏR
Azərbaycan voleybol millisinin üzvləri karantinə alındı 15:14İlham Əliyev və Mehriban Əliyeva Bakıda tibb müəssisəsinin açılışında 14:50Şəbnəm Tovuzlunun maşını yandı - VİDEO 13:47Duman, çiskin olacaq, dağlıq ərazilərdə qar yağacaq — Sabahın havası 13:03Azərbaycanın daha bir rayonuna giriş-çıxış məhdudlaşdırıldı — RƏSMİ 12:55İşlə bağlı küçəyə çıxmalı olan vətəndaşlar haqda açıqlama 12:24Bu gündən avtobuslarda sərnişinlər belə oturacaq - FOTO 12:08Koronavirusla Mübarizəyə Dəstək Fonduna daxil olan vəsaitin məbləği BİLİNDİ 11:49Sabahdan “ASAN” xüsusi iş rejimində çalışacaq 10:12Koronavirus dövrünün dövlətlərarası rəqabəti - TƏHLİL 09:58Deputatların heç birində koronavirus aşkarlanmadı – RƏSMİ 09:42Ermənilərin daha bir rəzilliyi — TÜRKLƏRİ QƏZƏBLƏNDİRDİ 14:16FTB-nin əməkdaşı İranda öldürülüb? - Şok gəlişmə 13:58Hacı Əliyev: “Olimpiadanın təxirə salınması yaxşı oldu” 13:22Ağcabədi Rayon İcra Hakimiyyətində Müraciətlərə Operativ Baxılması Mərkəzi yaradılıb 12:36Azərbaycan Dövlət Bayrağı ilə bağlı yeni qayda müəyyən edilir 12:08Xalq artisti Rauf Babayev VƏFAT ETDİ 11:38Manatla bağlı PROQNOZ 11:05Keçmiş icra başçısının karantin rejimi – İdman edir, saz çalır 10:46Ölkəyə gətirilən 500 min tibbi maska hara yoxa çıxıb? - Apteklər yenə “yoxdur” deyir - VİDEO 10:14Nazirlər Kabinetinin qərarına dəyişiklik edildi: İyul ayının 1-dən etibarən... 09:52Azərbaycanda tətilin müddəti uzadıldı 20:09Koronavirusla “savaş”da Azərbaycanın ƏSAS SİLAHI: - Prezident İlham Əliyevin təmin etdiyi MİLLİ HƏMRƏYLİK 19:39Koronavirusla “savaş”da Azərbaycanın ƏSAS SİLAHI: - Prezident İlham Əliyevin təmin etdiyi MİLLİ HƏMRƏYLİK 15:41"Avropada futbolun mövsüm bitmədən başlaması çətin görünür" 14:29“Bizi birləşdirən mədəniyyət” layihəsinə start verilir 14:04Əhalinin “siyahıyaalınmasının” fəsadları indi ortaya çıxır: - Real məlumatlar hanı?! 11:55Prezidentin ictimai məsuliyyət, sosial davranışlar kodeksi - ŞƏRH 09:59Bu kommunal borcun ödənilməsinə dəyişiklik edildi 13:07Milli Məclisdə internet üzərindən informasiya mübadiləsi qrupları yaradılıb 11:32Azərbaycan Ordusu düşmən təxribatının qarşısını aldı, bir hərbçi məhv edildi 11:12“Bakı Metropoliteni”ndən koronavirusla bağlı əhaliyə Müraciət 10:41Türkiyədə nazir gənclərə səsləndi: RİSKİ EVİNİZƏ DAŞIMAYIN! 10:12Cəbhədə növbəti TƏXRİBAT: Mövqelərimiz atəşə tutuldu 09:38Şəhidlər Xiyabanında məzarların qarşısı ağaclarla kəsilib? - VİDEO 14:30Xameneidən ABŞ-a: “Siz bu virusu istehsal etməkdə günahlandırılırsınız” 14:03Bakıdakı dünya çempionatı da təxirə salındı 13:45Hərbi qulluqçularının ehtiyata buraxılmasında dəyişiklik nəzərdə tutulub? - RƏSMİ 12:52Oqtay Şirəliyevdən xəbər var 12:07“Qalatasaray”ın ikinci prezidenti koronavirusa yoluxdu 11:41Səudiyyə Ərəbistanı komendant saatına keçdi 10:59Vilayət Eyvazovdan yeni TƏYİNAT 10:27Rayonlar Bakıya axışmaq istəyir: Minlərlə maşın geri qaytarılıb - RƏSMİ AÇIQLAMA 10:11Dünyada koronavirusa yoluxanların sayı 292 min nəfəri ötdü 09:50“Dövlətin müdaxiləsi olmasa…” - Sahibkarlar banklardan hansı güzəştləri gözləsinlər? 12:27İlham Əliyev müxalifət partiyalarının rəhbərlərini təbrik etdi – İLK DƏFƏ 12:08Yeltsinin şəxsi fotoqrafı onun “iztirablı” FOTOSUNUN sirrini açıb 11:40Səhiyyə Nazirliyi əhaliyə — ÇAĞIRIŞ ETDİ 11:29Boks Federasiyasında qalmaqal – Olimpiada lisenziyalı yarışa niyə Ümid yox, Tayfur aparıldı?+VİDEO 11:05Sənəddə 404 adam yazılıb, işə çıxan cəmi 20 adam-ŞAMAXIDA MÜDHİŞ KORRUPSİYA 08:20Mərkəzi Bank: Kommersiya banklarına daxil olan nağd pul nişanları təkrar tədavülə buraxılmayacaq 07:48Tramp G7 ölkələri liderlərinin görüşünü ləğv edəcək 07:26Azərbaycana yaz gəldi... 07:22Prezident: “Bizim əsas məqsədimiz koronavirusun Azərbaycan ərazisində yayılmamasıdır” - VİDEO 15:40Azərbaycanda fövqəladə vəziyyət də elan oluna bilər - Prezident açıqladı 14:37Mərkəzi Bank valyuta hərracı keçirdi - 244 milyon dollar satıldı 14:10İlham Əliyev: "Fövqəladə vəziyyət də elan oluna bilər" 13:49