19 мар 11:23iqtisadiyyat / gundem

Yaranmış vəziyyətlə əlaqədar sahibkarlara hansı güzəştlər ediləcək? - TƏHLİL

Yaranmış vəziyyətlə əlaqədar sahibkarlara hansı güzəştlər ediləcək? - TƏHLİL

Ölkə iqtisadiyyatında hazırda narahatlıq doğuran əsas məsələ heç də neftin qiyməti deyil. Yəni neftin qiyməti aşağıdır deyə, valyuta bazarında tarazlığın pozulması və manatın ABŞ dollarına nəzərən məzənnəsinin enməsi ehtimalı və s. əsas məsələ deyil.

Bəli, dünya bazarlarında neftin qiyməti dövlət büdcəmizdə nəzərdə tutulduğu səviyyədən (55 ABŞ dolları) aşağıdır.

Amma buna bir müddət tab gətirmək gücündəyik. Azərbaycan iqtisadiyyatı 2014-2016-cı illərdəki vəziyyətdə deyil. Bilavasitə neftin qiyməti ilə əlaqədar və o cümlədən, digər xarici amillər səbəbindən yaranan şokların təsir və təzyiqlərindən daha çox sığortalanmaq imkanındadır.

Birincisi, neft büdcədə nəzərdə tutulduğundan 20-25 dollar səviyyəsində ucuzlaşıb ki, bu əslində, o qədər də çox deyil. 2014-2016-cı illər ərzində neft dövlət büdcəsində nəzərdə tutulduğundan daha çox ucuzlaşmışdı.

İkincisi, dövlət büdcəmiz bilavasitə Dövlət Neft Fondundan (ARDNF) bayaq qeyd etdiyim illərdəki ilə müqayisədə daha az asılı vəziyyətdədir. 2014-2016-cı illər ərzində bu göstərici 50 faizdən yuxarı idi. Söhbət transfert məbləğindən gedir.

Üçüncüsü, əhalidə və banklarda 5-6 il öncəki qədər sərbəst manat kütləsi yoxdur. Başqa sözlə, dollarlaşma üçün o zaman daha geniş və münbit şərait mövcud idi.

Dördüncüsü, büdcəyə qeyri-neft sektorundan gəlirlər də 2014-cü ilədək olan səviyyədən artıqdır. Ötən illər ərzində, xüsusən də 2019-cu ildən etibarən həyata keçirilən tədbirlər, vergi mexanizminin əhəmiyyətli dərəcədə dəyişdirilməsi, habelə əmək müqavilələrinin bağlanması və gizli əmək fəaliyyəti ilə məşğulluq hallarının aşkarlanması sahəsində görülən işlər sayəsində kölgə iqtisadiyyatının həcmi xeyli azalıb.

Beşincisi isə, ölkədən kənara kapital axını üçün hazırda imkanlar daha məhdud xarakter daşıyır.

Bəs əsas narahatedici amil nədir? Yaxud nədən ibarətdir?

Hazırkı vəziyyətdə iqtisadiyyatda ən böyük zərbə özəl sektora dəyir və bu təkcə Azərbaycanda yox, bütün dünyada belədir. Özəl sektorda ən çox ziyan çəkən isə xidmət sahəsidir. Burada turizmi xüsusən qeyd etmək lazımdır. Koronavirus məsələsi ortaya çıxan gündən ilk zərbə turizmə dəydi. Bir ölkəyə turist axınının minimuma enməsi yalnız onun üçün deyil, digər ölkələr üçün də mənfi haldır. Konkret olaraq ölkəmizə gəlincə, indi hansı dövrdə olduğumuzu nəzərə çatdırsam, kifayətdir. Belə ki, mart ayı ölkəmiz üçün il ərzində alış-verişin, ticarət dövriyyəsinin adətən, ən yüksək həddə çatdığı vaxtdır. Çünki mart həm bayramlar ayıdır, həm də turist axınının geniş olduğu bir zamandır.

Bəli, turizm sahəsində indiyədək dünyada belə böhranlı vəziyyətin yarandığı müşahidə olunmayıb. Söhbət elə bir sahədən gedir ki, ümumi gəliri 5,7 trilyon ABŞ dollarına çatır. Dünya əhalisinin nə az - nə çox, düz 5 faizi - 319 milyon nəfər bu sahədə çalışır. Ölkəmizə gəldikdə, qeyri-neft sektorunun əsas hissəsini elə turizm təşkil edir.

Ümumiyyətlə, ticarət, xidmət sahələri və s. Azərbaycan iqtisadiyyatının real olaraq qeyri-neft sektorunu təşkil etməkdədir. Düzdür, kənd təsərrüfatımız və sənayemiz də var. Lakin ən çox gəlir və sürətli dövriyyə məhz turizm və ümumiyyətlə, xidmət sektorundadır.

Hələ ki, dəymiş ziyanı konkret statistik rəqəmlərlə ifadə edə bilmirik. Bunu birinci rübün yekunlarına dair açıqlamalar veriləndə deyə biləcəyik ki, məhz rəqəmlər dərc olunduqdan sonra vəziyyətin nə qədər acınaqlı olduğu üzə çıxacaq.

Odur ki, tendensiya uzun müddət davam edərsə, gələcək fəsadları müəyyən qədər də olsa aradan qaldırmaq baxımından dövlət mütləq güzəştlərə getmək məcburiyyətindədir. Hesab edirəm ki, yalnız bu yolla özəl sektorda tam çökmənin qarşısını almaq olar. Əks təqdirdə, vəziyyət çox mürəkkəb xarakter ala bilər. Çünki sözügedən sahədən vergilər də azalacaq. Bu isə neftdən gəlirlərin aşağı düşdüyü bir vaxtda büdcə xərclərinin yerinə yetirilməsi sahəsində əlavə gərginlik yaradacaq.

Hələlik ölkə iqtisadiyyatı öz dayanıqlığını qoruyub saxlayır. Cari ilin ötən iki ayında ümumi daxili məhsulun artım tempi 2,8 faiz, həmçinin qeyri-neft sektorunda 6,7 faiz təşkil edib. Qeyri-neft sənayesində istehsalın artımı 21,7 faizə yüksəlib, qeyri-neft sektorunda investisiya qoyuluşlarının həcmi 21 faiz artıb.

Cari ilin ötən iki ayında vergi daxilolmaları üzrə proqnoz 114,2 faiz, həmçinin qeyri-neft sektorunda 115,9 faiz icra olunub. Büdcəyə proqnozdan əlavə 180 milyon manatdan çox vəsait daxil olub ki, vergi daxilolmaları ötən ilin iki ayı ilə müqayisədə 24,5 faiz, həmçinin qeyri-neft sektorunda 24,8 faiz artıb.

Hazırda hökumətin mövcud vəziyyətin iqtisadiyyata təsirlərini minimuma endirmək məqsədilə sahibkarlara dəstək üçün təkliflər zərfi hazırlamaqda olduğu deyilir. Ticarət, ictimai iaşə və nəqliyyat sahələrində tətbiq edilən məhdudlaşdırıcı tədbirlərin təsiri nəticəsində sahibkarlara dəyən və dəyəcək itkiləri azaltmaq üçün dövlət tərəfindən müxtəlif tədbirlərdən ibarət dəstək zərfinin nədən ibarət olacağı isə bilinmir.

Hesab edirəm ki, həmin tədbirlər sırasında adları çəkilən sahələr üzrə konkret olaraq müəyyən müddət üçün vergi tətillərinin tətbiq edilməsi məqsədəuyğun olardı. Bu, dövlət büdcəsini gələcək itkilərdən sığortalamaq baxımından effektiv nəticə verə bilər.

Sözügedən vergi tətili iki ay və ya müəyyən bir rübü əhatə edə bilər. Bu, sahibkarların itkilərini əməlli-başlı kompensasiya edəcək. Bəli, sözügedən sahədə çalışan sahibkarların real kredit borclarında da güzəştlərə getmək lazımdır və mümkündür. Lakin düşünürəm ki, konkret bir müddət üzrə vergi tətilinin müəyyən olunması bundan daha səmərəli xarakter daşıyacağı üçün bəlkə də xüsusilə vacibdir... //oxu.az//
SON XƏBƏRLƏR
Azərbaycan voleybol millisinin üzvləri karantinə alındı 15:14İlham Əliyev və Mehriban Əliyeva Bakıda tibb müəssisəsinin açılışında 14:50Şəbnəm Tovuzlunun maşını yandı - VİDEO 13:47Duman, çiskin olacaq, dağlıq ərazilərdə qar yağacaq — Sabahın havası 13:03Azərbaycanın daha bir rayonuna giriş-çıxış məhdudlaşdırıldı — RƏSMİ 12:55İşlə bağlı küçəyə çıxmalı olan vətəndaşlar haqda açıqlama 12:24Bu gündən avtobuslarda sərnişinlər belə oturacaq - FOTO 12:08Koronavirusla Mübarizəyə Dəstək Fonduna daxil olan vəsaitin məbləği BİLİNDİ 11:49Sabahdan “ASAN” xüsusi iş rejimində çalışacaq 10:12Koronavirus dövrünün dövlətlərarası rəqabəti - TƏHLİL 09:58Deputatların heç birində koronavirus aşkarlanmadı – RƏSMİ 09:42Ermənilərin daha bir rəzilliyi — TÜRKLƏRİ QƏZƏBLƏNDİRDİ 14:16FTB-nin əməkdaşı İranda öldürülüb? - Şok gəlişmə 13:58Hacı Əliyev: “Olimpiadanın təxirə salınması yaxşı oldu” 13:22Ağcabədi Rayon İcra Hakimiyyətində Müraciətlərə Operativ Baxılması Mərkəzi yaradılıb 12:36Azərbaycan Dövlət Bayrağı ilə bağlı yeni qayda müəyyən edilir 12:08Xalq artisti Rauf Babayev VƏFAT ETDİ 11:38Manatla bağlı PROQNOZ 11:05Keçmiş icra başçısının karantin rejimi – İdman edir, saz çalır 10:46Ölkəyə gətirilən 500 min tibbi maska hara yoxa çıxıb? - Apteklər yenə “yoxdur” deyir - VİDEO 10:14Nazirlər Kabinetinin qərarına dəyişiklik edildi: İyul ayının 1-dən etibarən... 09:52Azərbaycanda tətilin müddəti uzadıldı 20:09Koronavirusla “savaş”da Azərbaycanın ƏSAS SİLAHI: - Prezident İlham Əliyevin təmin etdiyi MİLLİ HƏMRƏYLİK 19:39Koronavirusla “savaş”da Azərbaycanın ƏSAS SİLAHI: - Prezident İlham Əliyevin təmin etdiyi MİLLİ HƏMRƏYLİK 15:41"Avropada futbolun mövsüm bitmədən başlaması çətin görünür" 14:29“Bizi birləşdirən mədəniyyət” layihəsinə start verilir 14:04Əhalinin “siyahıyaalınmasının” fəsadları indi ortaya çıxır: - Real məlumatlar hanı?! 11:55Prezidentin ictimai məsuliyyət, sosial davranışlar kodeksi - ŞƏRH 09:59Bu kommunal borcun ödənilməsinə dəyişiklik edildi 13:07Milli Məclisdə internet üzərindən informasiya mübadiləsi qrupları yaradılıb 11:32Azərbaycan Ordusu düşmən təxribatının qarşısını aldı, bir hərbçi məhv edildi 11:12“Bakı Metropoliteni”ndən koronavirusla bağlı əhaliyə Müraciət 10:41Türkiyədə nazir gənclərə səsləndi: RİSKİ EVİNİZƏ DAŞIMAYIN! 10:12Cəbhədə növbəti TƏXRİBAT: Mövqelərimiz atəşə tutuldu 09:38Şəhidlər Xiyabanında məzarların qarşısı ağaclarla kəsilib? - VİDEO 14:30Xameneidən ABŞ-a: “Siz bu virusu istehsal etməkdə günahlandırılırsınız” 14:03Bakıdakı dünya çempionatı da təxirə salındı 13:45Hərbi qulluqçularının ehtiyata buraxılmasında dəyişiklik nəzərdə tutulub? - RƏSMİ 12:52Oqtay Şirəliyevdən xəbər var 12:07“Qalatasaray”ın ikinci prezidenti koronavirusa yoluxdu 11:41Səudiyyə Ərəbistanı komendant saatına keçdi 10:59Vilayət Eyvazovdan yeni TƏYİNAT 10:27Rayonlar Bakıya axışmaq istəyir: Minlərlə maşın geri qaytarılıb - RƏSMİ AÇIQLAMA 10:11Dünyada koronavirusa yoluxanların sayı 292 min nəfəri ötdü 09:50“Dövlətin müdaxiləsi olmasa…” - Sahibkarlar banklardan hansı güzəştləri gözləsinlər? 12:27İlham Əliyev müxalifət partiyalarının rəhbərlərini təbrik etdi – İLK DƏFƏ 12:08Yeltsinin şəxsi fotoqrafı onun “iztirablı” FOTOSUNUN sirrini açıb 11:40Səhiyyə Nazirliyi əhaliyə — ÇAĞIRIŞ ETDİ 11:29Boks Federasiyasında qalmaqal – Olimpiada lisenziyalı yarışa niyə Ümid yox, Tayfur aparıldı?+VİDEO 11:05Sənəddə 404 adam yazılıb, işə çıxan cəmi 20 adam-ŞAMAXIDA MÜDHİŞ KORRUPSİYA 08:20Mərkəzi Bank: Kommersiya banklarına daxil olan nağd pul nişanları təkrar tədavülə buraxılmayacaq 07:48Tramp G7 ölkələri liderlərinin görüşünü ləğv edəcək 07:26Azərbaycana yaz gəldi... 07:22Prezident: “Bizim əsas məqsədimiz koronavirusun Azərbaycan ərazisində yayılmamasıdır” - VİDEO 15:40Azərbaycanda fövqəladə vəziyyət də elan oluna bilər - Prezident açıqladı 14:37Mərkəzi Bank valyuta hərracı keçirdi - 244 milyon dollar satıldı 14:10İlham Əliyev: "Fövqəladə vəziyyət də elan oluna bilər" 13:49