21 сен 05:08iqtisadiyyat / gundem

Əmlak bazarında yeni BAHALAŞMA DALĞASI... - GÖZLƏNİLİR...

Əmlak bazarında yeni BAHALAŞMA DALĞASI... - GÖZLƏNİLİR...
Azərbaycanın daşınmaz əmlak bazarında ümumi durğunluq davam etsə də, bəzi aktivliklər də hiss edilir - karantin rejiminin yumşalması və ənənəvi payız dinamikası özünü büruzə verir. Sentyabr ayı mənzillərə olan tələbatın bir qədər artması ilə yadda qaldı, ancaq pandemiya, düşən neft qiymətləri və üfüqdə görünən devalvasiya əhval-ruhiyyəsi fonunda vətəndaşlar "real" pulların qeyri-müəyyənlik şəraitində onlara daha faydalı olduğunu düşünərək evlərə sərmayə qoymağa tələsmirlər.

Daşınmaz əmlak bazarı mütəxəssisləri ilin ikinci yarısında baş verə biləcək tələbin bir qədər artması halında belə, mənzil qiymətlərində artım olacağını proqnozlaşdırırlar. Hətta, cüzi cari aktivlik də həddən artıq dərəcədə böyük qiymət dinamikasına səbəb olur. Bunun səbəbləri üzdədir. Müstəqil əmlak qiymətləndiricilərinin fikrincə, səbəb pandemiya dövründə tikilməkdə olan mənzil fondunun azalmasıdır.

Mövcud məlumatlara görə, bu ilin son yeddi ayında tikinti sahəsindəki artım tempi, keçən ilin hesabat dövrü ilə müqayisədə 16,8% azalıb. Keçən ilə qədər davamlı olaraq yüksək neft qiymətləri şəraitində tikintilər əvvəlki ilə nisbətən 3,9 dəfə artmışdı. Ümumilikdə 2019-cu ildə 8 milyon 747,3 min kvadratmetrlik yeni mənzillər tikilib. Bununla yanaşı, bu ilin yanvar-iyul aylarında göstərilən rəqəm 2 milyon 780,5 min kvadrat metrə qədər azaldı. Amma pandemiya və böhrana baxmayaraq, inşaat sahəsinə qoyulan investisiyalar hesabat aylarında 10,4 faiz və ya 737,7 milyon manat artdı. Bununla birlikdə, karantin, tikilməkdə olan obyektlərin ümumi sayının, təxminən yarısının azalmasına səbəb oldu.

Axı, əvvəlki illərdə Bakıda bir qayda olaraq hər il 150-yə qədər bina tikilirdisə, hazırda bu rəqəm 80-ə yaxındır. Son üç ayda yeni obyektlərin inşası halları da qeydə alınmayıb. İlkin mənzil fondunun tikintisində iki dəfə azalma, əhalinin alıcılıq qabiliyyətində və tələbində ciddi azalmaya baxmayaraq, daşınmaz əmlak qiymətlərinin sabitləşməsinə kömək edir. Buna görə kvadrat metrlər almaq istəyənlərin sayında əhəmiyyətsiz bir artım belə qiymət dinamikası ilə müşayiət olunur. Bu sahədəki analitiklər, pandemiyadan sonra alıcıların artması və təklifin azalması səbəbindən mənzil qiymətlərində ciddi artım olacağını proqnozlaşdırırlar.

Üstəlik, bu bazardakı tələb yalnız yerli əhalinin gəlirlərindən asılı deyil. Daşınmaz əmlak mütəxəssisi Rövşən Talıbzadənin AYNA-ya dediyinə görə, alıcı marağı, əsasən xarici vətəndaşlar tərəfindən formalaşıb. Mütəxəssis bu baxımdan, mənzil bazarında tələbin durğunluğuna sərhədlərin bağlanması və ölkəyə gələn xarici vətəndaşların sayının azalmasının səbəb olduğunu söyləyir: “Bütün əvvəlki illərdə, karantinin başlanmasına qədər, Bakıda və bölgələrdə mənzil alan və satın almağı planlaşdıran əcnəbilərin sayı sürətlə artırdı. Bunlar Türkiyə, İran, ərəb ölkələrinin vətəndaşları ilə yanaşı, Gürcüstan və Rusiyada yaşayan azərbaycanlılar idi. Bir sözlə, tələbin formalaşmasında turizm və əmək miqrantlarının rolunu azaltmaq olmaz və pandemiyadan sonra xarici alıcıların axını mənzil qiymətlərini xeyli artıra bilər”.

“Əcnəbiləri ölkəmizdən mənzil almağa sövq edən əsas səbəb daşınmaz əmlak qeydiyyatı sisteminin rahatlığı idi. Həqiqətən də son illərdə bu istiqamətdə çox pozitiv addımlar atılıb. Əvvəla, xarici alıcıların sayının artması ölkəmizdəki mənzil və daşınmaz əmlakın qeydiyyatı sisteminin sadəliyi və rahatlığı ilə bağlı idi. Yeni elektron sistemin tətbiqi də rol oynadı. Digər tərəfdən, xaricilər ölkəmizə müxtəlif məqsədlərlə gəlirdilər. Əcnəbi tələbələr birbaşa paytaxtdan mənzillər alırdılar. Mənzilə tələb həm də Azərbaycanda müxtəlif layihələrdə iştirak edən və burada daimi işgüzar əlaqələri olan xarici mütəxəssislərə görə artırdı. Eyni zamanda, bölgələrdə mənzilə olan tələbat, əsasən istirahət üçün ölkəmizə gələn xarici vətəndaşlar tərəfindən formalaşırdı. Bu, onlar üçün ikiqat faydalı idi: bir tərəfdən tətil xərclərinə qənaət edir, digər tərəfdən də özləri olmayanda, evlərini kirayə verərək, pul qazanırdılar”, - ekspert bildirib.

Monitorinqin nəticələrinə görə, Azərbaycanda mənzil almaq istəyən əcnəbilərin əksəriyyəti İran və Türkiyə vətəndaşları idi. Onların arasında Rusiyada yaşayan bir çox azərbaycanlı da vardı. Başqa sözlə, yerli mənzil bazarındakı tələbi böyük ölçüdə xaricilər və Rusiyada yaşayan həmvətənlərimiz diktə edirdi və bu səbəbdən də koronavirus pandemiyası və sərhədlərin bağlanması ilə bu bazar seqmentinin durğunluq yaşaması təəccüblü deyil. Rusiyadakı iqtisadi aktivliyin azalması bir çox əmək miqrantlarımızın qonşu ölkədə adi gəlirlərini itirmələrinə və yerli daşınmaz əmlaka investisiya qoyuluşlarının dayandırılmasına gətirib çıxardı.

Bundan əlavə, virusun yayılmasının qarşısını almaq üçün hazırlanmış məhdudlaşdırıcı tədbirlər işgüzar fəaliyyətə də təsir göstərərək, respublikada müxtəlif layihələrdə iştirak edən sahibkarlar və xarici mütəxəssislər seqmentindəki tələbi azaltdı. Eyni zamanda, əcnəbilər torpaq sahələrində tələbə praktik olaraq təsir etmədilər, çünki ölkəmizin qanunlarına görə, onlara torpaq satılması qadağandır.
SON XƏBƏRLƏR
Vilayət Eyvazov generalı vəzifəsindən azad etdi 10:46Qəbələnin icra başçısı bunu görmür? - GİLEY 10:27Bakıda gücləndirilmiş dezinfeksiya işləri aparılacaq - XƏBƏRDARLIQ 10:10Azərbaycan Ordusu vacib ərazi və yüksəkliklər ələ keçirib - RƏSMİ 09:39Müdafiə Nazirliyi cəbhədəki son vəziyyəti AÇIQLADI 09:27“Hər gün 100 cəsəd göndərin, ailələrinə bu barədə məlumat verməyin” - Ermənilərin yazışması ələ keçirildi 11:00Düşmən Ağdamı atəşə tutdu: Yaralılar var - RƏSMİ 10:34Dünyada koronavirusdan sağalanların sayı 29 milyonu keçdi - STATİSTİKA 09:50“Dərs vaxtı”nın bu günə olan cədvəli - FOTO 09:39Düşmən yaşayış məntəqələrimizi atəşə tutur - RƏSMİ 07:31Düşmən Füzulini atəşə tutdu: Yaralılar var - RƏSMİ 07:16UEFA Azərbaycan millisinin oyununa təyin etdiyi erməni hakim-inspektoru dəyişdirib 06:55Düşmən Tərtəri yenidən atəşə tutur 06:28Düşmənin yüksək rütbəli zabitləri məhv edildi: Xankəndidə hərbi hissə vuruldu - VİDEO 06:01Bakıda sex yandı 05:46Koronavirusla bağlı SON STATİSTİKA 05:32Türkiyə KİV-dən Ordumuza tam DƏSTƏK 05:20Türkiyə Prezidenti: “Qarabağ probleminin yeganə həlli işğala son qoymaqdır” 05:05Teledərslərin oktyabrın 9-u üçün cədvəli - FOTO 04:47Düşmənin daha bir yalanı ifşa edildi - FOTO 07:06Düşmən Goranboyda polis şöbəsi və məktəbi atəşə tutdu: Dağıntılar var - RƏSMİ 06:50Tramp Çini hədələdi 06:27Xankəndi-Yerevan yolundakı körpü tam dağılmayıb - FOTO 06:11Qubada ev yandı: Ölən var 05:56“Dərs vaxtı”nın bu günə olan cədvəli - FOTO 05:44Koronavirusla bağlı SON STATİSTİKA 05:31Düşmən hücumu nəticəsində həlak olan mülki şəxsin adı açıqlandı - RƏSMİ 05:19Düşmən yaşayış məntəqələrimizi atəşə tutmaqda davam edir: Ölən və yaralananlar var - RƏSMİ 05:08Bayrağını canından çox sevən millət: Qürurlandırıcı görüntü - FOTO 08:06Beyləqan, Bərdə və Tərtər şəhərləri Ermənistan silahlı qüvvələri tərəfindən atəşə tutulur - RƏSMİ 07:43Xankəndini aclıq, qıtlıq bürüyüb: ermənilər kütləvi şəkildə şəhərdən qaçırlar 06:52Ceyhun Bayramov Avropa İttifaqının rəsmisinə Ermənistanın son təxribatları barədə məlumat verib 06:26Koronavirusla bağlı SON STATİSTİKA 06:00“Dərs vaxtı”nın bu günə olan cədvəli - FOTO 05:40Cəbhədə şiddətli döyüşlər davam edir 05:16Erməni əsgərlər arasında atışma olub - RƏSMİ 07:53Düşmən yenidən kəndlərimizi atəşə tutur - Ölən və yaralananlar var 06:40Ermənilərin ziyan vurduğu yaşayış evlərinin sayı AÇIQLANDI 06:11Tramp koronavirusa yoluxdu 05:50Qarabağdakı vəziyyəti diqqətlə izləyirik - Pentaqon 05:32Madagiz ətrafındakı hakim yüksəkliklər azad edildi, Ordumuz Cəbrayıl-Füzuli istiqamətində irəliləyir - RƏSMİ 05:15Tərtərə düşmən hücumu: Bir nəfər həlak oldu, üç nəfər yaralandı - RƏSMİ 09:19Bu gündən ictimai nəqliyyatın hərəkətində dəyişiklik edilir - RƏSMİ 09:03Müdafiə Nazirliyinin rəsmisindən açıqlama 08:46Prezident Vilayət Eyvazova hərbi vəziyyət dövründə yeni səlahiyyət verdi - SƏRƏNCAM 08:23Azərbaycanlı hakerlər Paşinyanın şəxsi məlumatlarını ələ keçirdi 07:56Azərbaycanda qismən səfərbərlik elan edildi - SƏRƏNCAM 07:38"Ermənistan rəhbərliyi şüurlu şəkildə danışıqlar prosesini pozur” - Prezident İlham Əliyev 07:11Düşmənin məhv edilən tabor komandiri bir çox təxribatların təşkilatçısı olub - FOTO 06:46Prezidentin köməkçisi “Al Jazeera” telekanalına cəbhədəki son vəziyyətdən danışdı - VİDEO 06:27Tramp Dağlıq Qarabağdakı münaqişəyə münasibət bildirdi 05:52Ermənistan daha 15 hərbçinin öldüyünü ETİRAF ETDİ 05:31Müdafiə Nazirliyi Ermənistana sonuncu XƏBƏRDARLIĞI ETDİ 05:06İcra başçısının müavini səfərbərliyə şou xətrinə müraciət edibmiş? - İDDİA 06:56"Bizim üçün tikilən evləri satırlar" - İmişlidə ETİRAZ 06:36Sabahdan ali məktəblərə daxil olan şəxslərin qeydiyyatı başlayır 06:15Yardımlıda təhsil sistemi çöküb... - İTTİHAM 05:51