03 июн 08:20maraqli / gundem

Şadlıq evləri və şou əhli “qan ağlayır”: "Biz rusuq ki, 50 nəfərlik toy keçirək?"

Şadlıq evləri və şou əhli “qan ağlayır”: "Biz rusuq ki, 50 nəfərlik toy keçirək?"


Məlum olduğu kimi, koronavirus pandemiyası səbəbiylə Azərbaycanda toyların keçirilməsi qadağandır. Buna görə də, gəlir yeri yalnız konsertlər, toylar olan musiqiçilər üç aydır işsiz qalıb.
Hazırda toy sahibləri toy edə bilməməkdən, müğənnilər toysuz qaldıqlarından, şadlıq saryının işçiləri isə düşdükləri mövcud vəziyyətdən şikayətlənirlər.
Millət vəkili Fazil Mustafa isə toyların iki saat ərzində keçirilməsini təklif edir:
“Toylar iki saat olsun. Adamlar 4 aydır toyunu təxirə salıb. 50 nəfərlə hər hansı məsafə saxlamaqla bunu həyata keçirmək olar”.
Cebhe.info məsələ ilə bağlı müğənnilər və şadlıq sarayları arasında sorğu keçirib.
Müğənni Cavad Rəcəbov bildirir ki, biz 2 saatlıq toyu İranda görüb:

“Azərbaycanda 50 nəfərlə 2 saatlıq toy necə ola bilər? Heç bunun xərci çıxmır ki. Toy sahibi toylara gedir, pul yazdırır, bəs indi necə etsin? Neçə dəfə toy etsin ki, həmin pulu yığa bilsin? Biz də dayanmışıq, qərarları gözləyirik. Məhərrəmlik ayınadək bütün toylarımız qalıb. 30-a yaxın toy sifarişim var. Dövlətimiz nə qərara gələcək, Allah bilir”.
Müğənni Elvin Mirzəzadə isə qeyd edir ki, toy Azərbaycanın vacib adət-ənənələrindəndir:

“Mən belə başa düşürəm ki, Azərbaycanın biznesinin 40-50 faizini toy biznesi təşkil edir. Toy bizim adət-ənənəmizdir. Azərbaycan toyları ilə gündəmdə qalan ölkələrdən biridir. Biz xarici səfərlərə gedəndə hər dəfə bizdən soruşurlar və danışırlar ki, eşitmişik sizdə gözəl toylar keçirilir. Hazırda karantinlə əlaqədar toyların olmaması normal bir şeydir. Toyların olmaması hansısa bir sənətçinin “acından ölməsi” demək deyil. Müvəqqəti bir çətinlikdir. Amma toyda musiqiçinin az olması, 50 nəfər qonağın olması mənə elə gəlir ki, düzgün bir şey deyil. Çünki toy sahibi istəyir ki, bütün qohum-tanış iştirak etsin. Lakin insanlar buna necə münasibət göstərər, onu deyə bilmərəm”.
“Neptun” şadlıq sarayından verilən açıqlamaya görə, bu, qeyri-mümkündür:

“Toylar qeyd-şərtsiz, kim nə qədər say ilə keçirtmək istəyirsə, elə də keçirilməlidir. Çünki biz nə rus, nə digər qeyri-millətik ki, 10-20, 50 nəfərlə toy keçirək. Bizim mentalitetdə bir insan həyatını övladına həsr edir. İngilislər, yaxud ruslar elə deyil axı. Uşağı 17 yaşından özbaşına buraxırlar. Lakin biz valideyn olaraq ömrümüzü uşaqlarımıza həsr edirik və arzumuz övladlarımızın xoş günlərini görməkdir. İstəyərik ki, bütün dost-tanış, qohum-əqrəba, qonşu bu günə şahid olsun. Bundan əlavə maddi məsələ də var axı. Ömür boyu adam toya gedir, pul yazdırır, indi həmin pulu yığmalıdır, ya yox?!
Bir də məsələyə sahibkarlıq tərəfindən baxaq. Obyekt 50 nəfərə görə bu boyda zalını məşğul etməz. Çünki işıq pulu böyük məbləğlərə gəlib çıxır, ansambla külli miqdarda pul verirsən, işçilərə də onun kimi. 50 nəfərlə bizə necə sərf edər? bu, qeyri-mümkündür”.
“Şuşa” şadlıq sarayından bildirilib ki, bu, tək onların fikirləri ilə olan bir şey deyil:
“Bizim üçün birinci toy sahiblərinin fikirləri önəmlidir və heç kəs buna razı deyil. Çünki camaat illərlə toya gedib, 20-30 il gözləyib ki, övladının toyunu görsün. Belə baxanda, yaxın qohumlar 100-dən az olmur. Oğlan tərəfindən azı 100-150 nəfər olur. Bunların 50-si iş yoldaşıdır, 50-si qonşusudur və s.
Belə bir məsələ də var ki, qız-oğlan toyları çox vaxt bir yerdə keçirilir. Ayrı-ayrı olanda, yəni 100, 150 nəfərlə keçirsək, həm menyuların qiymətində artım olacaq, həm də ansmbla verilən pullar üst-üstə gəlir və istər-istəməz ümumi xərclər çoxalır. Digər tərəfdən toy sahibləri ikiqat ziyana düşür, gəlinin 2 dəfə bəzənməsi, 2 dəfə paltar dəyişməsi, 2 dəfə bəy-gəlin maşını sifariş vermək və s.”.
SON XƏBƏRLƏR
Prezident sərəncam imzaladı - 8,5 milyon manat ayrıldı 11:45Təhsil nazirliyində BAZAR QAYDALARI... - İTTİHAM 11:16Səfər Mehdiyev üçün ÇƏTİN MƏRHƏLƏ... - Gömrükdə çalxalanma gözlənilir 10:48Azərbaycanda çəkdiyi yolları Türkiyədə yaparsa,”Polat Yol Yapı”-nın aqibəti necə olar? - İTTİHAM 09:46Konstitusiyası “salfetka”, özü bonkrot: erməni dövləti belə sökülür - GƏLİŞMƏ 09:32İlham Əliyev BMT-nin Baş katibinə zəng etdi 08:59Kafedra müdiri koronavirusdan vəfat etdi 10:14“Optimal Electronics”köhnə telefonları təzə adına müştərilərə “sırıyır” - GİLEY 09:45Cahangir Əsgərovun milyonluq mülkü: - 500-ə yaxın Hələb keçisi saxlayır 09:06"Üç dəqiqəyə geri gəlib ki, xəstə öldü" - “EGE Hospital”la bağlı ŞOK AÇIQLAMA 08:46Koronavirusun daha iki müxtəlif ştammı müəyyən olundu 08:29İlham Əliyev və Mehriban Əliyeva Bakıda modul tipli hospitalın açılışında - FOTO 13:27 Evdəki xəstələrə pullu xidmət - Qapıdan şəfa girir, yoxsa virus? 13:06Əhmədli sakinlərinin rahatlığı pozulub - FOTO + VİDEO 12:38Beyəqanda 10 manat kapitalla milyon qazanmağın yolu: - “Veteks-2017” MMC- nin fəaliyyəti araşdırılarsa… 11:59"Belə haqsızlıq olmaz..." - GİLEY 11:24Təhsil ocaqlarında rüşvət pandemiyası yayılıb - İTTİHAM 10:52Əhmədzadənin kadrları belə "işləyir"... - VİDEO 10:31Neftçalanın min dərdi var idi, biri də üstünə gəlib - Qaragünlü neft rayonu 09:58Çayxana qədər olmayan təhsilin çətin günü! - Bunun fəsadı ağır olacaq 08:57Əhəd Abıyev koronavirusa yoluxub? - Açıqlaması QALMAQAL YARATDI 08:35AZAL-ın 300 dollarlıq "təxliyyə" oyunu - Diaspor sədrindən etiraz 11:38Samuxlu fermerlər məmurların əlindən dad deyir – “Batırıq…” 11:17Eldar-Oqtay tandemi zərərsizləşdirilmiş kimi görünür, amma... - dövlətə, proseslərə təsir imkanları qalmaqdadır... 10:30DTX-nin XİN-də saxladığı şəxsin səsyazısı yayıldı - AUDİO 09:46Əli Həsənov başına topladığı "media kapitanları" ilə özünə böyük imperiya yaratmışdı - ƏTRAFLI 09:17Həbib Nurməhəmmədovun atası Dağıstanda torpağa tapşırıldı 09:13Həbib Nurməhəmmədovun atası vəfat etdi 15:06Elmar Məmmədyarovun yaxın adamı tutuldu - o nazir təyin olunandan bərabər çalışırlar... 14:42Rayon qeydiyyatı olub Bakıda işləyənlərin NƏZƏRİNƏ: "İcazə verilməyəcək" - RƏSMİ AÇIQLAMA 14:15Daxili turizm də böhranda: xilas yolu nədir? - ARAŞDIRMA 13:18DTX Xarici İşlər Nazirliyində əməliyyat keçirir - RƏSMİ 12:32Gəncə icra şöbəsi vətəndaşı aldatmağa davam edir - GİLEY 12:21Məmurlar varidatlarını açıqlamağa risk edəcəklərmi – GÜNÜN SUALI 10:59Bakı sakinlərinə küçəyə çıxmamaqla bağlı XƏBƏRDARLIQ 10:43İşçisindən nazirə şikayət olundu - GİLEY 10:00Astara Pedaqoji Kollecində “pandemiya imtahanları” - İTTİHAM 09:31Qanlarının arasına pandemiya girmiş olsa da... - Dəyişiklik mütləqdir... 09:04Bu gün Leyla Əliyevanın doğum günüdür 08:22Prezident cərimələri təsdiqlədi – SƏRƏNCAM 12:42Türkiyə Rusiyadan aldığı “S-400”-ü ABŞ-a sata bilər? – POLİTOLOQLARDAN AÇIQLAMA 12:20"Adıma 5 milyonluq saxta kredit müqaviləsi rəsmiləşdirib..." - İTTİHAM 11:37"Global Enerji" kütləvi ixtisara hazırlaşır... - Pandemiya yeni işsiz ordusu yaradacaq... 10:48Hacıqabulda məmur özbaşnalığı - Vətəndaş intihar həddində... 10:21İlham Əliyevdən Azərbaycan Polis Günü ilə bağlı paylaşım - FOTO 10:03Mehriban Əliyeva polisləri təbrik etdi: “Çətin günlərdə atdığınız qətiyyətli addımların və peşəkarlığınızın şahidiyik” 09:20Azərbaycanda bu gün Polis Günü qeyd olunur 09:03Azərbaycanda kredit borcları dondurula bilər - MÜJDƏ 12:52Türkiyədə oxuyan azərbaycanlı tələbələrlə bağlı NARAHATLIQ: - Virusa yoluxanlar necə müalicə alır? 12:16Kollec direktorunun təsərrüfat işi alınmadı və... - İDDİA 11:46Qardaşı narkotiklə tutulan başçı müavini vəzifədən azad edilib? - AÇIQLAMA 10:37«Brand Credit» İFLAS ASTANASINDA: Göstəricilərini gizlədir... - Rəqəmlər... 10:18Azərbaycanda siqaret bahalaşdı 09:54Əbülfəs Qarayevi üçün HƏBS QƏRARI... - AZ QALIB... 09:14Başçı ilə vətəndaş arasında qalmaqal... - Gədəbəydə... 08:53Bu da Arzu Rəhimovun yeyintisi... - İTTİHAM 08:37Azərbaycanda benzin bahalaşdı – SON DƏQİQƏ 08:16