01 июл 09:14medeniyyet / gundem

Əbülfəs Qarayevi üçün HƏBS QƏRARI... - AZ QALIB...

Əbülfəs Qarayevi üçün HƏBS QƏRARI... - AZ QALIB...



Mayın 21-də prezidentin sərəncamı ilə mədəniyyət naziri postundan götürülən Əbülfəs Qarayev, gözlənildiyi kimi, “gözdən itib”. DTX-nın mayın 8-də Mədəniyyət Nazirliyində keçirdiyi əməliyyat nəticəsində Ə.Qarayevin müavininin, həmçinin idarə rəisinin həbsi sabiq nazirin məsuliyyət məsələsini gündəmə gətirmiş, onun da istintaqa cəlb edilməsinin vacibliyi vurğulanmışdı.

Yada salaq ki, həbs edilən nazir müavini Rafiq Bayramovla idarə rəisi Zakir Sultanovun xidməti və yaşadıqları ünvanlara keçirilmiş baxış zamanı Mədəniyyət Nazirliyinin vəzifəli şəxslərinin qəbul etdikləri pul vəsaitlərinin məbləğlərinə dair müxtəlif qeydlər, ayrı-ayrı valyutalarda saxlanılan pul vəsaitləri, iş üzrə əhəmiyyət kəsb edən digər sənədlər və maddi sübutlar aşkar edilərək götürülüb.

Rafiq Bayramov həm də uzun illər Ə.Qarayevin digər nazirlikdə köməkçisi olub. Sabiq nazirin Cinayət Məcəlləsinin 314-cü - səhlənkarlıq maddəsi ilə istintaqa cəlb oluna biləcəyi deyilir. Bu maddədə səhlənkarlıq - işə vicdansız yanaşma, laqeyd münasibət nəticəsində öz xidməti vəzifəsini yerinə yetirməməsi fiziki və hüquqi şəxslərin qanuni mənafelərinə və ya dövlətin və cəmiyyətin qanunla qorunan mənafelərinə xüsusilə ağır nəticələrə səbəb olduqda 5 ilə qədər həbs gözləyir.

Bu arada unikal.org Mədəniyyət Nazirliyində yoxlama aparılması barədə xəbər yayıb. Məlumata bildirilir ki, Hesablama Palatası sabiq nazir Əbülfəs Qarayevin işlədiyi dövrü təftiş edir. Hələ ki yoxlama ilə bağlı yayılmış bir fakt haqda danışılır. Bildirilir ki, Rusiyanın xalq artistlərindən birinə qanunsuz ödəniş edib.

Hesablama Palatasından verilən məlumata görə, adı açıqlanmayan rus Azərbaycan Dövlət Rəqs Ansamblının yeni konsert proqramına hazırlıq və komandada islahatların aparılması ilə əlaqədar Bakıya dəvət edilib. Rusiya Federasiyasının Xalq rəssamının Bakıda olmadığı və dövlətə heç bir xidmət göstərmədiyi beş ay və 15 gün ərzində onun bank hesabına 26,2 min manat köçürülüb, mənzil kirayəsi üçün isə 7,2 min manat ödənilib.

Bundan əlavə, Hesablama Palatası tərəfindən aparılan yoxlamalar nəticəsində Mədəniyyət Nazirliyinin nəzdindəki Azərbaycan Dövlət Filarmoniyasında vergidən yayınma halları aşkar edilib. 2017-2018-ci illər üçün maliyyə hesabatlarında filarmoniya xərcləri müvafiq olaraq 59 min 759 manat və 64 min 259 manat artım göstərilib. Nəticədə filarmoniya dövlət büdcəsinə mənfəət vergisini müvafiq olaraq 11,952 manat və 12,848 manat ödəməyib. Palata Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasının 2017-ci ildə gəlir vergisi üçün 2,760 manat, 2018-ci ildə isə 14,580 manat ödəmədiyini aşkar edib.

Əslində DTX-nın Mədəniyyət Nazirliyində aşkarladığı bəzi korrupsiya faktları Əbülfəs Qarayevin mədəniyyət sahəsinə ayrılan pulları necə taladığı haqda müəyyən təəssürat yaradırdı. Araşdırmaçı jurnalist Cavanşir Həsənli isə bir müddət əvvəl keçmiş nazirin və ailəsinin sahib olduğu şirkətlərin siyahısını yayımlayıb. Yayılan sənədlərdən məlum olub ki, sabiq nazirin ailə şirkətləri Rusiya, Litva, Panama, Malta kimi qitələri aşan coğrafiyanı əhatə edir. Azərbaycandan çıxardığı pullarla xarici ölkələrdə daşınmaz əmlak və digər aktivlər alıb.

Siyahını yenə qısaca yada salaq.

Keçmiş nazirin yeganə övladı - qızı Suad Qarayeva hələ 2002-ci ildən ad və soyadının baş hərflərini özündə ehtiva edən “SQ-FUTURE” MƏHDUD MƏSULİYYƏTLİ CƏMİYYƏTİnin təsisçisidir. BAKI ŞƏHƏRİ SƏBAİL RAYONU, MÜSLÜM MAQOMAYEV, ev 22-də hüquqi qeydiyyatda olan şirkətin qanuni təmsilçisi Ülviyyə Məcidovadır.

Həmin ünvanda 2006-cı ilin martında Əbülfəs Qarayevin həyat yoldaşı KAZIMOVA LALƏ TOFİQ qızının təsisçiliyi ilə Mədəniyyət Nazirliyi tərəfindən maliyyələşdirilən “YOL+İLK ELMİ-POPULYAR DƏRGİ REDAKSİYASI” MƏHDUD MƏSULİYYƏTLİ CƏMIYYƏTİ qeydə alınıb. O, “Jazz Dostları” ictimai birliyinin də təsisçisidir.

Lalə Kazımova 2010-cu ilin dekabrında Türkiyədə ad və soyadının abbreviaturasını ifadə edən KL BODRUM EMLAK TİCARET VE Sanayi LİMİTED ŞİRKETİ-ni təsis edib. Şirkət İstanbul Ticaret Sicili Memurluğunda 5000 TL nizamnamə kapitalı ilə qeydiyyatdan keçib. Nizamnaməyə görə Qarayevlərin ailə şirkəti Türkiyədə və ölkə xaricində turizm obyektləri, otel, yaşayış binaları, villa və idman təsisatların sahib olmaq, işlətmək hüququ əldə edib.
Əbülfəs Qarayevi üçün HƏBS QƏRARI... - AZ QALIB...

Qarayevlərin Türkiyədəki turizm təsisatları barədə məlumat olmasa da, keçmiş nazirin xanımın sosial şəbəkələrdəki hesabında Bodrumdakı beşulduzlu Kuum hotelinin simvolunu (qoşaqanadlı mələk) profil şəkli seçməsi maraq doğurur.

Lalə Kazımovanın adına Litvada da şirkət qeydiyyata alınıb. “TRIAT EXIRE” UAB (LTD, qeydiyyat nömrəsi 302521161) 10 ilə yaxındır ki, Litvanın daşınmaz əmlak bazarında fəaliyyət göstərir. Vülnüsdə Şaltinıy 22-də Qarayevlər ailəsinə məxsus çoxsaylı daşınmaz əmlak icarəsindən gəlir 35 min dollardan artıqdır.

Əbülfəs Qarayevin qızı Suad Qarayevanın təsisçisi olduğu daha bir daşınmaz əmlak şirkəti 2013-cü ildə Rusiya paytaxtında qeydiyyatdan keçib. QALS MMC (QALS OOO) 20 min rubl nizamnamə kapitalı ilə Moskvanın Tatarskaya küçəsi 7 ünvanında hüquqi qeydiyyata alınıb. Baş direktoru Cəfərov Fərid Oqtay oğludur.

Şirkətin adı Qarayevlər ailəsinin soyad və adlarının abbreviaturasından götürülüb: Qarayev, Abulfas, Lalə və Suad. Şirkət üzərindən Qarayevlər ailəsi Moskvada icarəyə verilmiş çoxsaylı mənzillərə, ticarət obyektlərinə sahibdir. Rusiya Federal Vergi Xidmətində QALS MMC-yə aid məlumatlarda qeyd olunur ki, şirkət 2018-ci ildə daşınmaz əmlak biznesindən 6.7 milyon rubl (təxminən 100 min dollar) gəlir əldə edib, federal büdcəyə 430 min rubl vergi ödəyib.

Qarayevlər ailəsinin GALS adı ilə daha bir neçə şirkəti isə Azərbaycandadır. “GALS GALLERY” MƏHDUD MƏSULİYYƏTLİ CƏMİYYƏTİ 2013-cü il aprelin 19-da qeydiyyatdan keçib. Qanuni təmsilçisi Əbülfəs Qarayevin həyat yoldaşının rəfiqəsi Vəzirova Liana Leonidovnadır. O, Mədəniyyət Nazirliyi nəzdindəki Muzey Mərkəzi binasının inzibati və təsərrüfat müdiriyyətinin direktorudur.
Əbülfəs Qarayevi üçün HƏBS QƏRARI... - AZ QALIB...

Muzey Mərkəzi “Rus muzeyi də adlanır. Fəaliyyəti elektron-rəqəmsal və çap materialları əsasında rus mədəniyyətini öyrənmək və təbliğ etməkdir.

Muzey Mərkəzinin direktorunun adına rəsmiləşdirilmiş şirkət BAKI ŞƏHƏRİ SƏBAİL RAYONU, YUSİF MƏMMƏDƏLİYEV, ev 14-də hüquqi qeydiyyatdadır.

Həmin ünvanda keçmiş nazirin xanımına məxsus “GALS BEAUTY AND SPA” MƏHDUD MƏSULİYYƏTLİ CƏMİYYƏTİ isə 2013-cü il mayın 3-də Araz Nağıbəyli Əli oğlunun qanuni təmsilçiliyi ilə qeydiyyata alınıb. Lalə Kazımova bu şirkətə bağlı Bakının mərkəzindəki “NailRoom” (Rəşid Behbudov küçəsi 53c və 31c) gözəllik salonlarına da sahibdir.
Əbülfəs Qarayevi üçün HƏBS QƏRARI... - AZ QALIB...

Əbülfəs Qarayevin özü isə “otkat”lardan aldığı payını daha uzaqlara yatırmağa üstünlük verib. Onun və Milli Məclisin deputatı Hüseynbala Mirələmovun şərik olduğu RİMBA SA. offşor şirkəti 2004-cü ilin fevralında Panamada qeydiyyata alınıb. Adı “sivilizasiyadan, mədəniyyətdən uzaq, cəngəllik” anlamına gələn şirkətin 2005-ci ildə Azərbaycanda qeydiyyatdan keçmiş nümayəndəliyi isə bu yaxınlarda ləğv edilib.

2015-ci ildə Əbülfəs Qarayevin qızı Suad Qarayeva - Maleki ilə ailə quran İran əsilli Britaniya vətəndaşı Şəhriyar Maleki də bu izdivacdan sonra Azərbaycanda iri biznesə sahib olub. O, 2016-cı ildən Bakıda “COLAB” biznes mərkəzlərinin şərikidir. Paytaxtda iki ünvanda - NEFTÇİLƏR PR. 151-də PORT BAKU MALL-da və Time Business Mərkəzində hər biri 1000 kvadratmetrlik iki böyük iş mərkəzlərində ofislər, seminar və konfrans salonları icarədədir.
Əbülfəs Qarayevi üçün HƏBS QƏRARI... - AZ QALIB...

Məlumatlı mənbə Musavat.com-a deyib ki, Ə.Qarayev hazırda bağındadır. Onu bir neçə dəfə istintaqa çağırıblar, amma bu barədə rəsmi bilgi yoxdur. Ə.Qarayevin biznes imperiyası ilə bağlı yayılan sənədələrlə bağlı da izahatı alınıb. “Belə görünür ki, Əbülfəs Qarayev bağında oturub sonrakı taleyini gözləyir” - deyə, mənbə bildirib. Belə ehtimal etmək olar ki, sabiq nazir dövlətə vurduğu ziyanı, buradan qaçırdığı paraları ya geri ödəməklə razılaşacaq, ya da həbsə girəcək. Mənbələr Qarayevin birinci variantı artıq seçdiyinə işarə edirlər.

Sonda qeyd edək ki, mədəniyyət naziri postuna hələ təyinat yoxdur.
SON XƏBƏRLƏR
Düşmən atəşkəsi iriçaplı pulemyotlarla pozub 09:16Dünyada koronavirusdan sağalanların sayı 13 milyonu keçdi - STATİSTİKA 08:45Bir sıra buraxılış və qəbul imtahanlarının nəticələri bəlli oldu 08:31Sumqayıtda mağazada yanğın 08:13İrem Derici: “Sevgi münasibəti təkcə qarşı cinslə yaşanmaz” 07:55Aynişan həyat yoldaşından ayrılıb? 10:23Lukaşenko 80,23 faiz səslə qalib gəldi 10:20Gələn həftə Məhərrəm ayı başlayır 09:36Dövlət gələcək xatirinə bu “yük”ün altına girəcəkmi? - “Uşaq pulu”na xərclənəcək 1-1,5 milyard... 09:13Bu gündən bu sahələrin fəaliyyətinə icazə verilir 08:26Bu gündən bu sahələrin fəaliyyətinə icazə verilir 08:21Azərbaycanda 1 həftəyə koronavirus belə azaldı 08:10Nazirdən işsiz şəxslərə müjdə 10:44Baş nazirdən anons: hansı qadağalar ləğv ediləcək? 10:37Beyrut partlayışı Qarabağa sıçraya bilərmi? - Video 09:51Gecə cəbhədə nə baş verib? - Nazirlik məlumat yaydı 09:18Neft yenidən ucuzlaşdı 09:11Livan ermənilərinin Qarabağa köçü: məkrli plan, yoxsa blef... - TƏHLİL 08:49Bu gün Milli Məclisin növbədənkənar sessiyası başa çatır 08:31icaze.e-gov.az portalından icazələr bu formada alınacaq - Diqqət! 09:54İriçaplı pulemyotlar işə düşdü - Atəşkəs yenidən pozuldu 09:30Beyrutdakı dəhşətli partlayışın səbəbi məlum oldu - VİDEO 08:59Neft bahalaşdı 08:21Penitensiar xidmətin rəisi dənizi "işğal" edib, yolu bağlayıb - Sakinlərdən şikayət 14:10Deputatlar gəlirlərini açıqlayacaqmı? - “YAP-dan göstəriş olsa, hesabat verərəm...” 13:41Türkiyənin F-16 qırıcıları Naxçıvandan İrəvana hava zərbəsini məşq etdi? - RUSİYA MƏNBƏLƏRİ 12:59"Tamam başlarını itiriblər..." - "Kapital Bank"dan şikayətlər artır 12:35“Sevimli dad”ın sosiskasından qurd çıxdı - FOTOFAKT 11:58Baş metroçu da pulları belə xırıd edir - Sənəd-sübut... 09:38Ermənilər növbəti dəfə Tovuzu atəşə tutdu 09:30Göygöl sakininin evindən narkotik və sursat tapılıb 14:37Azərbaycana qardaş dəstəyi Qarabağı bizə qaytararmı? - TƏHLİL 14:02Sahil Babayevin işçiləri narazılıq yaradır - GİLEY 13:32İsmayıl Hüseynovu hansı güc qoruyur? - DTX-nın həbs etdiyi şəxs gömrük generalının qohumudur... 12:13Şirəliyev “Epidbiomed” şirkətini necə "yemləyib" - ŞOK FAKTLAR 11:29İlham Əliyevdən Qurban Bayramı ilə bağlı paylaşım - FOTO 11:06Daşkəsəndə NƏ BAŞ VERİR? - QALMAQAL 10:33"4 aylıq maaşımı ala bilmirəm" - GİLEY 09:43Mehriban Əliyeva Azərbaycan xalqını təbrik etdi - FOTO 09:07Masallıda QANLI OLAY: Ata və oğlu güllələndi 10:55Dərslər nə vaxt və necə başlayacaq? - “Müxtəlif versiyalar üzərində müzakirələr gedir” 09:59Müdafiə Nazirliyi cəbhədəki son vəziyyət barədə məlumat yaydı 09:29Təhlükəli asılılıq: Rus çörəyinə bu qədərmi möhtacıq? - GƏLİŞMƏ 09:06Bakıda avtomobil səkiyə çırpılıb yandı 08:41Bu gün 10 şəhər və rayonda buraxılış imtahanları keçiriləcək 08:19Bakıda su problemi: Tələbat kəskin artıb, ehtiyat azalıb - AÇIQLAMA 12:37Prezident İsmayıllıda modul tipli xəstəxananın açılışında - FOTO 12:00Muğanlı-İsmayıllı-Təzəkənd-Ağbulaq-Qoşakənd avtomobil yolu istifadəyə verilib - FOTO 11:42Azərbaycanda əsgər bədbəxt hadisə nəticəsində vəfat etdi - RƏSMİ 11:29İlham Əliyev İsmayıllıya getdi 10:42Bakı polisindən imtahanlarla bağlı AÇIQLAMA - FOTO 10:25Prezident Qobustanda modul tipli xəstəxananın açılışında 09:47Baş Prokurorluq bu İcra Hakimiyyətində əməliyyat keçirdi - Saxlanılanlar var (YENİLƏNİB) 09:24Növbəti buraxılış imtahanları keçirilir 08:38Azərbaycanın meyvə-tərəvəz ixracının 90 faizi Rusiya bazarının payına düşür 08:35Dünyanın ən yaxşı restoranlar siyahısı açıqlanıbv 08:06Prezident yeni baş konsul təyin etdi 11:40