07 фев 11:12siyaset / gundem

Banklara son xəbərdarlıq: Nəticə çıxarılacaq? - GƏLİŞMƏ

Banklara son xəbərdarlıq: Nəticə çıxarılacaq? - GƏLİŞMƏ

Dövlət Proqramı”nın icrasının birinci ilinin yekunlarına həsr olunan konfransda Prezident İlham Əliyev banklara sərt xəbərdarlıq etdi.

Ölkə başçısı çıxışında bildirib ki, bank sektorunda sağlamlaşdırma prosesi davam etdirilir və davam etdirilməlidir:

“Biz banklara çox böyük dəstək vermişik. Bütün əmanətlər sığortalanıb və bu prosesi uzatmışıq. Hesab edirəm və tam əminəm ki, artıq böhranlı dövr arxada qalıbdır. Ancaq əhalinin banklara inamının artırılması üçün dövlət bu məsələni yenə də öz üzərinə götürür. Azərbaycan nadir ölkələrdəndir ki, bütün bank əmanətləri dövlət tərəfindən sığortalanır. Bu, banklara verilən böyük dəstəkdir, edilən güzəştdir, eyni zamanda onların məsuliyyətini artırır. Əgər banklar tərəfindən, özəl banklar tərəfindən hər hansı bir “sürpriz” olarsa, onlar özlərindən küssünlər. Mərkəzi Banka verilən yeni səlahiyyətlər çərçivəsində nəzarət daha güclü olmalıdır ki, sağlamlaşma prosesi uğurla başa çatsın”.

Prezident onu da qeyd edib ki, iqtisadiyyat artdıqca, iqtisadi vəziyyət yaxşılaşdıqca, uçot dərəcəsi də aşağı düşür:

“Uçot dərəcəsi bu il də aşağı düşübdür, təqribən 7 faizdən bir qədər çoxdur. Əlbəttə ki, özəl banklar da faiz dərəcələrini aşağı salmalıdırlar. Çünki Mərkəzi Bank tərəfindən artıq qərar qəbul edildi, keçən il və bu il uçot dərəcəsi müntəzəm olaraq aşağı düşür. Bu proses davam etdirilir.

Bütövlükdə özəl banklar iqtisadi inkişafımıza təkan verməlidir. Onların işi ancaq oturub pul qazanmaq olmamalıdır. Onlar öz məsuliyyətini dərk etməlidirlər. Dövlət onlara fəaliyyət göstərmək üçün imkan yaradıb, lisenziya verib. Əgər o banklarda hansısa problemlər olarsa, bu lisenziya ləğv ediləcəkdir. Son vaxtlar bir çox bankların lisenziyası ləğv olundu. Onlar bu imkanlardan məhrum olacaqlar. Ona görə məsuliyyətli yanaşmalıdırlar. Heç bir sürpriz olmamalıdır. Onlar biznes-kreditlərə üstünlük verməlidirlər. Mən bunu ilin yekunlarına həsr edilmiş müşavirədə qeyd etdim. Yenə də bu meyil görünməkdədir. İstehlak kreditlərinə üstünlük verilir. Əlbəttə, bu, çox asandır. İstehlak kreditini verir, sonra da faizini alır. Amma bank krediti ölkə iqtisadiyyatı üçün, real sektor üçün, iş yerlərinin yaradılması üçün lazımdır. Ona görə burada mən bir daha göstəriş verirəm, Mərkəzi Bank və aidiyyəti nazirliklər, o cümlədən Nazirlər Kabineti bunu nəzarətə götürsün və mənə müntəzəm olaraq məlumat verilsin ki, biznes-kreditlərinin pay faizi nə qədərdir. İstehlak kreditləri və monitorinq daimi olmalıdır”.

Maraqlıdır, özəl banklar iqtisadiyyatda hansı yeri tutur? Ümumiyyətlə, onların iqtisadiyyata təkan vermə qüvvəsi nə qədərdir?

Bank məsələləri üzrə ekspert, hüquqşünas Əkrəm Həsənov “Cümhuriyət” qəzetinə açıqlamasında bildirib ki, bank maliyyə vasitəçisidir:

“Bank bir sıra insanlardan pulları cəlb edir ki, onları iqtisadi sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq istəyən şəxslərə versin. Son nəticədə ölkədə olan pullar “yastıq altında” qalmasın və iqtisadi artım olsun. Tutaq ki, kimsə fəaliyyətini genişləndirmək və ya böyük biznes yaratmaq istəyir, amma pulu çatmır. Təbii ki, bank ona pul verir, həmin şəxs biznesini artırmaqla həm də yeni iş yerləri açır. Ümumiyyətlə, iqtisadi artım da, ümum daxili məhsul da bunun nəticəsində artır. Təəssüf ki, yerli kommersiya bankları bunu etmirlər, onlar istəmirlər ki, sahibkarlara uzunmüddətli, aşağı faizlə kredit versinlər. Banklar istəyirlər ki, adi vətəndaşlara qısamüddətli və yüksək faizli istehlak kreditləri versinlər. Bu isə bankların qısa müddət ərzində böyük qazanc əldə etmək istəyindən irəli gəlir. Amma bu yolun axırı yoxdur. Vətəndaşlar haradasa işləyir və əmək haqları artmadığı halda elə bankları doyurmaqla məşğuldurlar. Əgər iqtisadi artım olmasa, əvvəl-axır həmin vətəndaşlar da götürdükləri kreditləri ödəyə bilməyəcəklər. Bu zaman istehlak kreditinin həcminin daha çox olması nəticəsində iqtisadiyyat artmaq əvəzinə, kiçilməyə doğru gedəcək. Bu baxımdan təəssüf ki, Azərbaycanda banklar öz vəzifələrini icra etmirlər. Burada bankların bir güman yeri də var. Ötən il fevralın 28-də Prezident “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” fərman verdi. Faktiki olaraq dövlət hesabına vətəndaşların bir qisminin banka ödəyə bilmədiyi krediti dövlət bağladı. Bu, sosial narazılığın qarşısını almaq üçün atılmış bir addım idi. Amma bu sosial narazılığı yaradan banklar idi. Banklarda belə bir düşüncə vardı ki, sahibkar sabah krediti qaytara bilməyəndə onun yerinə kim ödəyəcək?! Ancaq bilir ki, dövlət hər bir halda, vətəndaşın sosial problemlərini həll etmək üçün kömək edəcək. Amma artıq Prezident xəbərdarlıq etdi. İnkişaf etmiş dünya ölkələrində vətəndaşın özünü müflis elan etmə hüququ var. Əvvəl-axır Azərbaycanda da belə olacaq. Kimsə kreditini qaytara bilməsə, onlar müflis elan olunacaq və borcu da üzərindən silinəcək. Dövlət üçün də heç bir problem olmayacaq, sosial narazılıq da bununla həllini tapacaq. Vətəndaşa verdiyi krediti yığa bilməyən bank da bağlanacaq. Azərbaycanda 3-4 bankı çıxmaqla əksəriyyəti real iqtisadiyyatın inkişafı üçün demək olar ki, heç bir iş görmür”.

Hüquqşünas onu da qeyd edib ki, bankın lisenziyasının ləğv olunması üçün müəyyən potensial tələblər var:

“Azərbaycanda qanunvericiliyi pozduğuna görə, heç bir bankın lisenziyası ləğv edilməyib. Bankın lisenziyanın ləğv edilməsi üçün kapital, adekvatlıq kimi tələblər də var. Amma Azərbaycanda bir qayda olaraq banklar müflis olduqda lisenziyaları ləğv olunur. Bu da o deməkdir bank öz borclarını qaytara bilmir. Tutaq ki, əmanət yığıb və onu kreditə yönəldib, amma o kreditlər qayıtmır. Təbii ki, bu halda da, bank əmanətləri qaytara bilmir. Bu zaman bank müflis elan olunur, necə ki, bizim bankların çoxu elə bu vəziyyətdir”.

Vəziyyətin nəzarətə götürülməsi üçün aidiyyəti qurumlara göstəriş verildi. Bu xəbərdarlıqdan və tapşırıqdan sonra real sektor vəsaitin ayrılmasında nə kimi dəyişiklik olacaq?

Əkrəm Həsənovun sözlərinə görə, Mərkəzi Bankda kadr islahatı olmasa, bu sahədə heç nə dəyişməyəcək:

“Neçə ki, Mərkəzi Bankın rəhbəri dəyişdirilməyib təəssüf ki, bu tapşırıqlar icrasız qalacaq. Çünki burada əsas rolu Mərkəzi Bank oynayır. Mərkəzi Bank banklara ayrılan vəsaitlərin istiqamətlərinə nəzarət edir, onlara kredit verir. Əgər o, işi düzgün qurmayacaqsa, əlbəttə, bu, yenə də “köhnə hamam, köhnə tas” olacaq. Bank sektorunda indiyə qədər olan problemlərin kökündə elə Mərkəzi Bank durur. Bunu Prezident deməsə də, bunlar qanunda var. Necə ki, Vergilər, İqtisadiyyat, Əmək və Əhalinin Sosial Müdafiəsi, Ekologiya və Təbii Sərvətlər nazirliklərinin rəhbərləri dəyişdi, eləcə də Mərkəzi Bankın rəhbəri dəyişməlidir. Biz kadr islahatı olan sahələrdə həqiqətən də real dəyişikliklərə şahid olduq. Bank sektorunda isə heç nə dəyişməyib. İndiki bank sisteminin problemləri hazırkı Mərkəzi Bank sədrinin fəaliyyəti dövründə olub. Ümid edirəm ki, yaxın zamanda Mərkəzi Bankda da kadr islahatı gedəcək”.
SON XƏBƏRLƏR
Ceyhun Bayramovun distant təhsil biabırçılığı - BACARMADI... 12:26A seriyasının BƏRPA TARİXİ DƏYİŞİB 10:38Bakı Baş Gömrük İdarəsində nə baş verir? - KƏNAN MƏMMƏDOV SAHİBKARLARI MÜFLİS EDİR 10:18Azərbaycan nefti 3 dollardan çox bahalaşıb - Şükür.. 09:57Pandemiya dövründə işdən çıxarılan bağça işçiləri GİLEY EDİR - "3 min manat istədilər" 09:27Prezident: "Azərbaycan Ordusu istənilən vəzifəni icra edə bilər" 09:00Mehriban Əliyeva Azərbaycan xalqını təbrik etdi 09:38Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasından 102 il ötür 08:39Vilyam Hacıyevlə bağlı işdə GƏLİŞMƏ - Bu maddələrlə ittiham olunur... 12:46Sabahın hava proqnozu açıqlandı: Duman, külək, çiskin 12:32Əli Həsənov və Vüqar Səfərli həbs edilə bilər - “Jurnalistlərin binası” ilə bağlı araşdırmalara başlanıldı 12:20“Prezident belə biabırçılığa dözən adam deyil” - Çingiz Abdullayev 11:56Həbs növbəsi hansı icra başçısındadır? - Proses davam edir... 11:41Qusar sakinləri başçıdan narazılıq edirlər - Müraciət... 10:01Karantin cərimələri tutulmağa başladı - Maaş, pensiya, əmlaka həbs... 09:50TRAMP “DƏRİN DÖVLƏT”in LİDERİYLƏ GÖRÜŞƏ BİLMİR: o, yenidən seçilmək üçün Pentaqonun bütün istəklərini yerinə yetirməyə başlayıb – ARAŞDIRMA 09:35LDU-da tələbələr etiraza qalxıb... - "...bu güzəştləri istəyirik" 09:22"Gilan Seramik" zavodunda nə baş verir - İTTİHAM 09:01Avropa məhkəməsindən Ramil Səfərovla bağlı qərar 13:02Məhəmməd Əmin Rəsulzadə yaşasaydı,ona nə deyərdiniz?- VİDEO SORĞU 12:36İtləri döyüşdürüb bir-birinə yedirirlər- DİN-dən AÇIQLAMA 12:17ÜST-dən XƏBƏRDARLIQ! - ''Qəti şəkildə kütləvi yığıncaqlar keçirmək, toplaşmaq halları olmaz” 11:59Bölgələrdə və Bakıda yenidən karantin rejimi sərtləşdirilir? - AÇIQLAMA 10:34Zidan Çempionlar Liqası tarixinin ən yaxşı baş məşqçisi seçildi 10:11Azərbaycanın bu kəndində 21 nəfər virusa yoluxdu 09:50Rusiyada helikopter qəzası – Ölənlər var 09:34Koronavirusla bağlı son STATİSTİKA 09:05İlham Əliyev Gürcüstan prezidentini təbrik etdi 13:47Şamaxı İH-nin işçisi koronavirusa yoluxdu – Başçı da karantinə alındı 13:22Sabah hava necə olacaq? – PROQNOZ 12:54Əhalinin nəzərinə - İyunun 5-də... 12:18Qurban bayramının vaxtı açıqlandı 11:53Bu şəxslərə hər ay 800 manat ÖDƏNİLƏCƏK QƏRAR VERİLDİ 11:3319 yaşlı oğlan özünü asdı – Ağstafada İNTİHAR 10:53Neft Daşlarında dalğanın hündürlüyü azaldı – FAKTİKİ HAVA 10:29SON DƏQİQƏ: Azərbaycanda ticarət mərkəzləri, restoranlar açılır - Operativ Qərargah 10:05Neft yenidən bahalaşıb - SON QİYMƏT 09:51Azərbaycan və Türkiyə prezidentləri arasında telefon danışığı olub 09:20Dövlət Gömrük Komitəsi nə zaman YOXLANILACAQ? - Sahibkarlar TƏLƏB EDİR 14:18Son dəqiqə! ATV telekanalının binası nəzarətə götürüldü - VİDEO 13:59LİVİYADA TÜRK-RUS QARŞIDURMASI… 13:20Cərimələr niyə ləğv edilməlidir? - DYP-dən cavab 12:56AzTV-ni Əli Həsənov idarə edir?! — Dövlət televiziyasının yenilikçilərə bağlanan pavilyonu... 12:37Nazirlik hərəkətə keçdi: YOXLAMA BAŞLADI - Neçə icra başçısının başı ağrıyacaq 12:15Korrupsiya yeminə çevrilən ictimai iş yerləri: - “İcra başçıları düşünür ki, kim yoxlayacaq...” 11:49İranın Qarabağ aktivliyi: nə baş verir? - TƏHLİL 11:30“METRO ZAUR”UN PADŞAHLIQ ARZUSU – Və yaxud Zaur Hüseynovun ad günündən qalmaqallı görüntülər… 10:49Beyləqanda PETrolçu hacı ŞANTAJLA məşğuldur - İDDİA 10:25Bu gündən Azərbaycanda 8 günlük tətil başlayır 09:39Şagirdlərə qiymətlər belə yazılacaq - QƏRAR 12:59Daha bir icra başçısının sərvəti üzə çıxdı- Siyahı 12:29Bakıda karantin qaydalarını pozan daha bir restoran aşkarlandı – FOTOLAR 11:59Prezident daha bir icra başçısını İŞDƏN ÇIXARDI 11:50Daha bir marşrut xətti “BakuBus” MMC-yə verildi 11:04Əbülfəs Qarayev kollektivlə VİDALAŞDI 10:33Bayramda ''Mall''-lar AÇILACAQ? - AÇIQLAMA 10:15Azərbaycanda itkin düşən 12 yaşlı oğlanın parçalanmış meyiti tapıldı - YENİLƏNİB 09:58