25 июл 12:11siyaset

Ceyhun Bayramov XİN-i "kollegial" qaydada idarə edir... - Bir Nazirliyin 3 başı

Ceyhun Bayramov XİN-i "kollegial" qaydada idarə edir... - Bir Nazirliyin 3 başı

Dünən Xarici İşlər Naziri Ceyhun Bayramov ölkəmizin ABŞ, eləcə də bir sıra Avropa ölkələrindəki diplomatik nümayəndəlik və konsulluqlarının rəhbərləri ilə video konfrans formatında görüş keçirib.

Ovqat.com-un XİN Mətbuat Xidmətinə istinadən verdiyi məlumata görə, görüşdə Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev, Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov da iştirak ediblər.

Video konfransın iştirakçıları son həftə ərzində Avropanın bir sıra paytaxtlarında, eləcə də ABŞ-da radikal erməni qüvvələri tərəfindən dinc azərbaycanlı nümayişçilərə, habelə Azərbaycanın diplomatik nümayəndəliklərinə və diplomatik xidmət əməkdaşlarına qarşı vandalizm aktlarının törədilməsi, nifrətə əsaslanan cinayət əməllərinin törədilməsi ilə bağlı yaranmış vəziyyət ətrafında fikir mübadiləsi aparıblar.

Nazir Ceyhun Bayramov Ermənistanın bu ilin 12 iyul tarixində iki dövlətin beynəlxalq sərhədində başladığı hərbi təxribatı və Ermənistan rəhbərliyinin bölgədə gərginliyin artmasına xidmət edən bəyanat və fəaliyyəti məsələsinə toxunaraq, işğalçı ölkənin bütün təxribatçı cəhdlərinin qarşının alındığını və beynəlxalq ictimaiyyətin bu xüsusda Azərbaycanın haqlı mövqeyini dəstəkləyən bəyanatlarla çıxış etdiyini qeyd edib. Nazir, xarici ölkələrdə erməni daşnaklarının özündə terror elementlərini ehtiva edən cinayət əməllərinin qarşısının alınması, xarici ölkələrdəki diplomatik nümayəndəliklərimizin və soydaşlarımızın təhlükəsizliyinin möhkəmləndirilməsi ilə bağlı aidiyyəti ölkələrin müvafiq qurumları ilə görülən işlər barəsində məlumat verib.

Görüşdə dövlətimizin hər zaman olduğu kimi soydaşlarımızın yanında olduğu vurğulanıb və son hadisələrdə xəsarət alan həmvətənlərimizə bütün lazımı yardımın göstərilməsi ilə bağlı diplomatik nümayəndəliklərimizə təlimatlar verilib. Nazir təxribatı törədənlərin müvafiq hüquqi məsuliyyətə cəlb edilməsinin vacibliyini vurğulayıb.

AR Prezidentinin köməkçisi, Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri H.Hacıyev baş verən son hadisələrlə bağlı vəziyyətin bilavasitə AR Prezidentinin və Birinci Vitse-prezidentin nəzarəti altında olduğunu qeyd edib. Erməni radikal qüvvələrinin vandalizmi nəticəsində xəsarət alan vətəndaşlarımıza və soydaşlarımıza müvafiq diqqətin göstərilməsinin vacibliyi, eləcə də irqçilik və nifrət zəminində cinayətlərə görə məsuliyyət daşıyanların qanun qarşısında cavab verməli olduqları bildirilib. AR Birinci vitse-prezidenti xanım Mehriban Əliyevanın həmvətənlərə ünvanladığı müraciətinin qəlbində vətən sevgisi olan hər bir soydaşımız üçün çox güclü bir ismarış olduğunu vurğulayan H.Hacıyev, bu müraciətdə QHT və insan hüquqlarının müdafiəçisi qismində çıxış edən təşkilatlara edilən çağırışın aidiyyəti üzrə bütün ünvan sahiblərinə çatdırılmasının zəruri olduğunu bildirib.

Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov ölkəmizin diaspor fəallarının Ermənistanın iki dövlətin beynəlxalq sərhədində törətdiyi hərbi təxribata etiraz olaraq xarici ölkələrdə yalnız qanun çərçivəsində və dinc aksiyalarla çıxış etdiyini vurğulayıb. Bu aksiyalarda çoxsaylı soydaşlarımızın Azərbaycan xalqı ilə həmrəylik nümayiş etdirmək və Ermənistanın işğalçı siyasəti ilə bağlı həqiqətləri dünya ictimaiyyətinin diqqətinə çatdırmaq məqsədi güddüyü qeyd olunub.

Daha sonra Azərbaycanın ABŞ və bəzi Avropa ölkələrindəki diplomatik nümayəndəlik və konsulluqlarının rəhbərləri çıxış edərək, akkreditə olunduqları ölkələrdə radikal ermənilərin zorakılıq aktları nəticəsində xəsarət alan soydaşlarımızın vəziyyəti haqqında məlumat veriblər; video-konfrans iştirakçıları diplomatik nümayəndəliklərin, vətəndaşlarımızın və soydaşlarımızın təhlükəsizliyinin möhəkmləndirilməsi tədbirləri, təqsirkarların məsuliyyətə cəlb edilməsi, hüquqi müstəvidə müvafiq addımların atılması və s. məsələlər ətrafında fikir mübadiləsi aparıblar.

Nazir Ceyhun Bayramov vəziyyətin nəzarətdə saxlanılması və mütəmadi məlumat mübadiləsinin aparılması üçün bu kimi video-konfransların gələcəkdə də təşkilinin vacibliyini qeyd edib. Diplomatik nümayəndəlik və konsulluqların rəhbərlərinə görülmüş tədbirlər və əldə olumuş nəticələr barədə Mərkəzi mütəmadi məlumatlandırmaq tapşırılıb.

Ovqat.com-un qeydi

Ceyhun Bayramovun Xarici İşlər naziri postuna yeni gətirilməsi fonunda xarici diplomatik nümayəndələrimizlə görüşdə Hikmət Hacıyev və Fuad Muradovun da iştirak etməsi təsadüfə bənzəmir. Belə görünür ki, heç bir diplomatik təcrübəyə malik olmayan yeni nazir bərkə-boşa düşüb peşəkarlaşana qədər hələ bir müddət toplantılarını “kollegial” keçirməli olacaq.
SON XƏBƏRLƏR
Soydaşlarımıza qarşı erməni təxribatları davam edirmi? - GƏLİŞMƏ 12:11Toy mərasimlərinə icazə verilməsi ilə bağlı RƏSMİ AÇIQLAMA 11:37“Polad Bülbüloğlunu Moskvaya kef çəkməyə, mahnı oxumağa göndərməmişik” - İTTİHAM 11:18Ağcabədinin də öz oliqarxları var... - İDDİA 10:58Oliqarxın deputat kürəkəni Komitə sədri olur? - Açıqlama 10:53Qafqaz Konserv zavodu Xaçmazın başbəlasına çevrilib... - NARAZILIQ... 10:05“Şərab biznesmeni” olan səfir üçün həbsxana yolu görünür - İDDİA 09:26“Dərslərin təşkilinə dair hibrit variant da var» - Ekspertdən iddia 09:05İrəvanda köç tələbi, Qarabağa fürsət... - TƏHLİL 08:48"Eldorado"da dövlətin qanunları işləmirmiş... - "Qardaş, obyekt mənimdi, özüm bilərəm" 11:18Aldanmış əmanətçilərin problemi yoluna qoyulacaqmı? - GƏLİŞMƏ 10:35İcra Hakimiyyəti milli–mənəvi dəyərlərə etinasız yanaşır - Qaxda ACINACAQLI MƏNZƏRƏ 10:06O da bacarmadı... - Deputatlığı da nümunəvi olmamışdı... 09:42Cavid Qurbanov onlara vəd versə də, sözünü tutmayıb... - ETİRAZ 09:23XİN-də şok korrupsiya yemi: - diplomatlarla pullar kimlərin seyfində? 08:56Təhsil Nazirliyinin ŞOK TENDERİ: - Aparatın mebel və jalüzünə 1.6 milyon xərcləyəcək 08:35"Bundan sonra "İrşad Telekom"dan heç nə almayacam..." - Müştəri digər alıcıları da uyardı 07:51Novruz Aslanov seçiciləri qəbul edib 16:5215 yaşlı qızı hamilə qoyan müəllimin cəzası nə qədər arta bilər? - “Belə yüngül cəzaya rast gəlməmişəm” 11:30Prezident İlham Əliyev Rusiya Prezidentinə NƏLƏRİ DEDİ? - TƏFƏRRÜAT 11:05Neft ucuzlaşıb 08:48“Rusiya bundan sonra da Ermənistanı silahlandıracaq” - Kremlin davranışına Bakıdan təpkilər 08:13“Azərbaycanda ikinci dalğa olmayacaq!” - Elmi araşdırma... 07:49Düşmən atəşkəsi iriçaplı pulemyotlarla pozub 09:16Dünyada koronavirusdan sağalanların sayı 13 milyonu keçdi - STATİSTİKA 08:45Bir sıra buraxılış və qəbul imtahanlarının nəticələri bəlli oldu 08:31Sumqayıtda mağazada yanğın 08:13İrem Derici: “Sevgi münasibəti təkcə qarşı cinslə yaşanmaz” 07:55Aynişan həyat yoldaşından ayrılıb? 10:23Lukaşenko 80,23 faiz səslə qalib gəldi 10:20Gələn həftə Məhərrəm ayı başlayır 09:36Dövlət gələcək xatirinə bu “yük”ün altına girəcəkmi? - “Uşaq pulu”na xərclənəcək 1-1,5 milyard... 09:13Bu gündən bu sahələrin fəaliyyətinə icazə verilir 08:26Bu gündən bu sahələrin fəaliyyətinə icazə verilir 08:21Azərbaycanda 1 həftəyə koronavirus belə azaldı 08:10Nazirdən işsiz şəxslərə müjdə 10:44Baş nazirdən anons: hansı qadağalar ləğv ediləcək? 10:37Beyrut partlayışı Qarabağa sıçraya bilərmi? - Video 09:51Gecə cəbhədə nə baş verib? - Nazirlik məlumat yaydı 09:18Neft yenidən ucuzlaşdı 09:11Livan ermənilərinin Qarabağa köçü: məkrli plan, yoxsa blef... - TƏHLİL 08:49Bu gün Milli Məclisin növbədənkənar sessiyası başa çatır 08:31icaze.e-gov.az portalından icazələr bu formada alınacaq - Diqqət! 09:54İriçaplı pulemyotlar işə düşdü - Atəşkəs yenidən pozuldu 09:30Beyrutdakı dəhşətli partlayışın səbəbi məlum oldu - VİDEO 08:59Neft bahalaşdı 08:21Penitensiar xidmətin rəisi dənizi "işğal" edib, yolu bağlayıb - Sakinlərdən şikayət 14:10Deputatlar gəlirlərini açıqlayacaqmı? - “YAP-dan göstəriş olsa, hesabat verərəm...” 13:41Türkiyənin F-16 qırıcıları Naxçıvandan İrəvana hava zərbəsini məşq etdi? - RUSİYA MƏNBƏLƏRİ 12:59"Tamam başlarını itiriblər..." - "Kapital Bank"dan şikayətlər artır 12:35“Sevimli dad”ın sosiskasından qurd çıxdı - FOTOFAKT 11:58Baş metroçu da pulları belə xırıd edir - Sənəd-sübut... 09:38Ermənilər növbəti dəfə Tovuzu atəşə tutdu 09:30Göygöl sakininin evindən narkotik və sursat tapılıb 14:37Azərbaycana qardaş dəstəyi Qarabağı bizə qaytararmı? - TƏHLİL 14:02Sahil Babayevin işçiləri narazılıq yaradır - GİLEY 13:32İsmayıl Hüseynovu hansı güc qoruyur? - DTX-nın həbs etdiyi şəxs gömrük generalının qohumudur... 12:13