11 сен 05:30siyaset / gundem

Düşmənə bu dəfə elə bir dərs verilməlidir ki... - GƏLİŞMƏ

Düşmənə bu dəfə elə bir dərs verilməlidir ki... - GƏLİŞMƏ


Qarabağa dair sülh danışıqları mövzusu, faktiki, siyasi gündəmdən çıxmış kimidir. ATƏT-in Minsk Qrupunun həmsədrləri pandemiyadan sonra artıq heç “radarlar”da da görünmürlər. Hərgah onların bölgəyə turist səfərləri sırf “quş qoymağa”, ATƏT-in ayırdığı vəsaiti silməyə yarayırdı.

Vəziyyəti qəlizləşdirən məqamlardan biri də Ermənistan rəsmilərinin və separatçıların davam edən davakar ritorikası, heç bir əndazəyə sığmayan həyasız iddiaları və yeni şərtləridir. Həyasızlıq o həddə çatıb ki, artıq İrəvanın Azərbaycanın işğal olunmuş ərazilərində yaratdığı separatçı qurumda inanılmaz işğal müzakirələri gedir.

Belə ki, “Yeni Müsavat”ın Axar.az-a istinadən verdiyi məlumata görə, bugünlərdə Dağlıq Qarabağın erməni icmasının gəncləri ilə görüşündə “dqr”in “təhlükəsizlik şurası”nın “katibi” Samvel Babayan Azərbaycan ərazilərinin növbəti işğal planı çərçivəsində Goranboyu ələ keçirməyin “sərfəli olmadığını” deyib.

“Sabah müharibə başlasa və uğur qazansaq, biz Şaumyan (Goranboy) rayonunu işğal etməyəcəyik. Çünki nefti olmayan bir bölgədən ötrü qan tökmək mənasızdır. Mən onun yerinə Gəncəni işğal edərdim”, - deyə Babayan sarsaqlayıb.

Digər erməni “qəhrəmanı”, erməni silahlı birləşmələrinin veteranı Kamo Arutyunyan isə Babayanla razılaşmayıb. Onun sözlərinə görə, ermənilər Goranboyu işğal etməyə “borcludur”: “Əgər Xəzər dənizinə çatmaq istəyirsinizsə, Goranboy rayonu kimi bölgələrdən keçməli olduğunuzu bildirməliyəm. Sözügedən bölgənin iqtisadiyyatı barədə danışsaq, ora elə də zəngin deyil. Qızıl, mədən və neftə gəldikdə, orada dəfələrlə geoloji işləri aparılıb və məlum olub ki, rayonun yeraltı sərvəti yox dərəcəsindədir. Amma Goranboy yeganə bölgədir ki, buranı ələ keçirməklə Azərbaycanın əsas düzənlik mərkəzlərinə nəzarəti ələ ala bilərik. Bu ərazilərin arasına Gəncə və Mingəçəvir kimi şəhərlər də daxildir”, - deyə başı xəstə olan Kamo Arutyunyan bildirib.

Xatırladaq ki, bundan əvvəl Qarabağdakı separatçı-terrorçuların lideri Araik Arutyunyan sülh danışıqlarının dayandırılmasını, 100 minlik “xalq ordusu” yaradılmasını, həmçinin Gəncə şəhərinə zərbə endirilməsi gərəkdiyini bildirmişdi...

*****

Beləcə, erməni ictimai şüurunda kök salmış “miatsum” mərəzi və “böyük Ermənistan” patologiyası sağalmayınca Dağlıq Qarabağla bağlı dinc anlaşma mümkün olmayacaq. Demək, bölgədə böyük sülh də mümkün olmayacaq. Yaxud da sülhü yalnız Azərbaycan Ordusu bərqərar edəcək - işğalçıları gəldikləri yerədək qovmaqla, Azərbaycan torpaqlarını təcavüzkarlar üçün məzara çevirməklə.

Məntiqini itirməyən az sayda erməni təhlilçiləri də indi bunu yaxşı anlayırlar.

“Erməni şüuru ilə manipulyasiya ordan başlayır ki, Dağlıq Qarabağın və ona bitişik yeddi rayonun işğalı artıq baş vermiş və heç bir başqa dərk tələb etməyən fakt kimi bəyan edilir. Cəmiyyətin şüuruna illərdir belə bir fikir yeridilir ki, müasir dövrdə ərazilərin ələ keçirilməsi və işğalında qeyri-adi bir şey yoxdur, çünki beynəlxalq siyasətdə əsas müəyyənedici amil güc faktoru olaraq qalır”.

“Yeni Müsavat”ın məlumatına görə, bu barədə Mamikon Babayanın “Vestnik Kavkaza” portalındakı məqaləsində deyilir.

Müəllif yazır ki, erməni siyasətinin maraqlarını təmin edən yerli KİV-lər erməniləri Güney Qafqaz ölkələrinin beynəlxalq səviyyədə tanınmış sərhədlərini təsbit edən BMT-nin mövqeyini açıq şəkildə görməməzliyə vurmağa çağırır. “Yəni belə çıxır ki, orta statistik erməni obıvateli (istər ölkənin daxilində olsun, istərsə də xaricində) Qarabağın işğalının hüquqi tərəfləri ilə qətiyyən maraqlanmamalıdır”, - deyə Babayan vurğulayıb.

Onun sözlərinə görə, separatçı liderlərin siyasətinin qəhrəmanlaşdırılması Qarabağ faciəsi ilə bağlı “düzgün” baxışı formalaşdırmaq üçün mühüm vasitədir: “İndiki Ermənistanda yalnız bu xüsusiyyət siyasi ölümsüzlük qazanmağa imkan verir. Baxın, eks-prezidentlər Robert Köçəryan və Serj Sarkisyan korrupsiyaya, oliqarxik siyasətlərinə görə cəmiyyət tərəfindən rədd edilib. Amma onlar Ermənistanın informasiya məkanında qalırlar, çünki adları ”erməni hərbi şücaətinin təntənəsi" tarixinə, əslində isə Qarabağdakı təcavüz tarixinə yazılıb".

Erməni siyasi yazarın qənaətincə, məhz bu mövzu cinayətdə təqsirləndirilən Köçəryana mediada erməni xalqı adından danışmağa imkan verir: “Eyni səbəbdən Serj Sərkisyan qəribə ifadələrlə iki illik sükutu poza bilir. Məlumdur ki, Ermənistanın üçüncü prezidenti 19 avqustdakı çıxışını belə bir tezis ətrafında qurmuşdu ki, guya o, son ananadək ”Qarabağ dövlətçiliyi"ni qoruyub və işğal altında olan ərazilərin qaytarılması məsələsini hətta Bakı yeni barışıq şərtləri imzalamağı təklif etdiyi zaman belə, yaxına buraxmayıb. İndi Ermənistanda və “DQR” ərazisində müqavilə əsasında əsgərlərin, əsasən də topçuların və snayperlərin işə cəlb edilməsi fəal şəkildə aparılır. Beləcə, İrəvan Qarabağda daha dərin səngərlər qazmağa və Azərbaycan ərazilərini atəşə tutmağa hazır olduğunu nümayiş etdirir. Kontraktçıların ailə üzvləri üçün sosial güzəştlər işğalın müddətsiz şəkildə uzanmasını, bunun nəticəsi olaraq da münaqişənin qalmasını təşviq edir".

*****

Yaranmış durumda Azərbaycan xalqı üçün Qarabağ ixtilafının hərbi yoldan başqa həll variantı görünmür. Hazırkı situasiya həm də “tufan qabağı sakitliyi” xatırladır. Aydın məsələdir ki, Azərbaycan öz ərazilərinin işğalı ilə heç vaxt barışmayacaq və İrəvan ağla gəlməzsə, bir gün özünün beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində ərazi bütövlüyünü hərbi güc tətbiqi ilə bərpa edəcək.

Bu barədə indi yerli siyasi və hərbi ekspertlər də, əcnəbi təhlilçilər də daha ucadan danışmağa və xəbərdarlıq etməyə başlayıblar.

“Dağlıq Qarabağ münaqişəsinin həllinin vaxtı çatıb. Azərbaycan öz torpaqlarını işğaldan azad edəcəyi ilə bağlı beynəlxalq qurumlara məlumat verib. Bakı hərb variantını düşünür deyə, bu gün Ermənistan və onun Qarabağda yaratdığı qanunsuz qurum özünü zəif göstərməmək üçün əks iddialarla çıxış edir”.

Bu sözləri ehtiyatda olan polkovnik, hərbi ekspert Şair Ramaldanov “dqr”in “təhlükəsizlik şurası”nın “katibi” Samvel Babayan və erməni “qəhrəmanı”, erməni silahlı birləşmələrinin veteranı Kamo Arutyunyanın Goranboyu ələ keçirməklə bağlı sözlərini şərh edərkən deyib.

Ş.Ramaldanov bildirib ki, Qarabağdakı qondarma rejim heç vaxt müstəqil olmayıb: “Özünü ”dqr" adlandıran qurum Ermənistanın işğalı nəticəsində qanunsuz şəkildə yaradılmış bir oyuncaqdır. Biz münaqişə tərəfi olaraq işğalçı Ermənistanla üz-üzəyik. Qarabağdakı saxta rejim özünü Azərbaycanla tay tuta bilməz. Bu qurum müxtəlif qüvvələrin sifarişini yerinə yetirir. Bu gün Samvel Babayan, Kamo Arutyunyan kimilərin belə bir ritorika ilə danışmasının bir sıra səbəbləri var. Məlum Tovuz hadisələri, daha sonra Rusiyanın dolayı yollarla Ermənistana külli miqdarda silah göndərməsi, Paşinyanın tez-tez Qarabağa səfər etməsi bu gün bu şəxslərin belə fikirlər səsləndirməsinə gətirib çıxarır".

Polkovnikin sözlərinə görə, Türkiyə-Azərbaycan hərbi əməkdaşlığı Ermənistanı çox narahat edir: “Bu gün regionda güclü bir Türkiyə-Azərbaycan əməkdaşlığı var. Əməkdaşlığın hərbi müstəvidə uğurları isə ilk növbədə Ermənistanı narahat edir. Erməni cəmiyyəti yaxşı anlayır ki, ehtimal bir lokal müharibədə onları Rusiya belə xilas etməyəcək. Rusiya Cənubi Qafqaza gələnə qədər Türkiyə Ermənistanı heç çətinlik çəkmədən ələ keçirə bilər. Buna görə də hər dəfə Türkiyə-Azərbaycan əməkdaşlığını qaralamaq üçün əllərindən gələni edirlər”.

Ekspertə görə, Samvel Babayan, Kamo Arutyunyan kimi şəxslərin fikirlərini diqqətə almalıyıq, lakin Qarabağdakı separatçıların Goranboyu və ya Gəncəni işğal etməsi iddiası boş və mənasız bir xülyadır. “Məsələ ondadır ki, heç Ermənistanın buna imkanı yoxdur. Aprel döyüşləri, Tovuz hadisələri, Naxçıvan istiqamətində gedən döyüşlər buna misal ola bilər. Düşmən hər istiqamətdə ordumuzu sınamağa, zəif bir nöqtə tapmağa səy göstərir. Lakin hər dəfə məğlubiyyətə düçar olur”, - deyə o əlavə edib.

Ancaq bu dəfə işğalçıya elə bir dərs verməliyik ki, danışıqlar masasına qaça-qaça gəlsin... //musavat.com//
SON XƏBƏRLƏR
Vilayət Eyvazov generalı vəzifəsindən azad etdi 10:46Qəbələnin icra başçısı bunu görmür? - GİLEY 10:27Bakıda gücləndirilmiş dezinfeksiya işləri aparılacaq - XƏBƏRDARLIQ 10:10Azərbaycan Ordusu vacib ərazi və yüksəkliklər ələ keçirib - RƏSMİ 09:39Müdafiə Nazirliyi cəbhədəki son vəziyyəti AÇIQLADI 09:27“Hər gün 100 cəsəd göndərin, ailələrinə bu barədə məlumat verməyin” - Ermənilərin yazışması ələ keçirildi 11:00Düşmən Ağdamı atəşə tutdu: Yaralılar var - RƏSMİ 10:34Dünyada koronavirusdan sağalanların sayı 29 milyonu keçdi - STATİSTİKA 09:50“Dərs vaxtı”nın bu günə olan cədvəli - FOTO 09:39Düşmən yaşayış məntəqələrimizi atəşə tutur - RƏSMİ 07:31Düşmən Füzulini atəşə tutdu: Yaralılar var - RƏSMİ 07:16UEFA Azərbaycan millisinin oyununa təyin etdiyi erməni hakim-inspektoru dəyişdirib 06:55Düşmən Tərtəri yenidən atəşə tutur 06:28Düşmənin yüksək rütbəli zabitləri məhv edildi: Xankəndidə hərbi hissə vuruldu - VİDEO 06:01Bakıda sex yandı 05:46Koronavirusla bağlı SON STATİSTİKA 05:32Türkiyə KİV-dən Ordumuza tam DƏSTƏK 05:20Türkiyə Prezidenti: “Qarabağ probleminin yeganə həlli işğala son qoymaqdır” 05:05Teledərslərin oktyabrın 9-u üçün cədvəli - FOTO 04:47Düşmənin daha bir yalanı ifşa edildi - FOTO 07:06Düşmən Goranboyda polis şöbəsi və məktəbi atəşə tutdu: Dağıntılar var - RƏSMİ 06:50Tramp Çini hədələdi 06:27Xankəndi-Yerevan yolundakı körpü tam dağılmayıb - FOTO 06:11Qubada ev yandı: Ölən var 05:56“Dərs vaxtı”nın bu günə olan cədvəli - FOTO 05:44Koronavirusla bağlı SON STATİSTİKA 05:31Düşmən hücumu nəticəsində həlak olan mülki şəxsin adı açıqlandı - RƏSMİ 05:19Düşmən yaşayış məntəqələrimizi atəşə tutmaqda davam edir: Ölən və yaralananlar var - RƏSMİ 05:08Bayrağını canından çox sevən millət: Qürurlandırıcı görüntü - FOTO 08:06Beyləqan, Bərdə və Tərtər şəhərləri Ermənistan silahlı qüvvələri tərəfindən atəşə tutulur - RƏSMİ 07:43Xankəndini aclıq, qıtlıq bürüyüb: ermənilər kütləvi şəkildə şəhərdən qaçırlar 06:52Ceyhun Bayramov Avropa İttifaqının rəsmisinə Ermənistanın son təxribatları barədə məlumat verib 06:26Koronavirusla bağlı SON STATİSTİKA 06:00“Dərs vaxtı”nın bu günə olan cədvəli - FOTO 05:40Cəbhədə şiddətli döyüşlər davam edir 05:16Erməni əsgərlər arasında atışma olub - RƏSMİ 07:53Düşmən yenidən kəndlərimizi atəşə tutur - Ölən və yaralananlar var 06:40Ermənilərin ziyan vurduğu yaşayış evlərinin sayı AÇIQLANDI 06:11Tramp koronavirusa yoluxdu 05:50Qarabağdakı vəziyyəti diqqətlə izləyirik - Pentaqon 05:32Madagiz ətrafındakı hakim yüksəkliklər azad edildi, Ordumuz Cəbrayıl-Füzuli istiqamətində irəliləyir - RƏSMİ 05:15Tərtərə düşmən hücumu: Bir nəfər həlak oldu, üç nəfər yaralandı - RƏSMİ 09:19Bu gündən ictimai nəqliyyatın hərəkətində dəyişiklik edilir - RƏSMİ 09:03Müdafiə Nazirliyinin rəsmisindən açıqlama 08:46Prezident Vilayət Eyvazova hərbi vəziyyət dövründə yeni səlahiyyət verdi - SƏRƏNCAM 08:23Azərbaycanlı hakerlər Paşinyanın şəxsi məlumatlarını ələ keçirdi 07:56Azərbaycanda qismən səfərbərlik elan edildi - SƏRƏNCAM 07:38"Ermənistan rəhbərliyi şüurlu şəkildə danışıqlar prosesini pozur” - Prezident İlham Əliyev 07:11Düşmənin məhv edilən tabor komandiri bir çox təxribatların təşkilatçısı olub - FOTO 06:46Prezidentin köməkçisi “Al Jazeera” telekanalına cəbhədəki son vəziyyətdən danışdı - VİDEO 06:27Tramp Dağlıq Qarabağdakı münaqişəyə münasibət bildirdi 05:52Ermənistan daha 15 hərbçinin öldüyünü ETİRAF ETDİ 05:31Müdafiə Nazirliyi Ermənistana sonuncu XƏBƏRDARLIĞI ETDİ 05:06İcra başçısının müavini səfərbərliyə şou xətrinə müraciət edibmiş? - İDDİA 06:56"Bizim üçün tikilən evləri satırlar" - İmişlidə ETİRAZ 06:36Sabahdan ali məktəblərə daxil olan şəxslərin qeydiyyatı başlayır 06:15Yardımlıda təhsil sistemi çöküb... - İTTİHAM 05:51