18 сен 05:33siyaset / gundem

Elton Məmmədovun Ramiz Mehdiyevin səngərində yer alması... - GƏLİŞMƏ

Elton Məmmədovun Ramiz Mehdiyevin səngərində yer alması... - GƏLİŞMƏ


AMEA rəhbəri Ramiz Mehdiyevin nəvəsinin toyuna qatılıb, amma kölgədə qalanlardan biri də sabiq nəqliyyat naziri Ziya Məmmədovun qardaşı Elton Məmmədov oldu. Ziya Məmmədov vəzifədən çıxarılandan sonra Elton Məmmədov bir müddət işsiz qaldı. 2020-ci ilin yanvarında isə Ramiz Mehdiyevin xeyir-duası ilə Elton Məmmədov AMEA-nın İşlər İdarəsinin müdiri vəzifəsinə təyinat aldı. Bu təyinat uzun illər ictimaiyyət üçün gizli qalan əlaqələrin üzə çıxması idi.

Elton Məmmədovun nəzarətində olmuş Bakı Beynəlxalq Avtovağzalı “2009-2013-cü illərdə Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı” çərçivəsində, o dövrdə Nəqliyyat Nazirliyinin sifarişi ilə tikilib. Obyekt o zaman nazir olan Ziya Məmmədovun ailə biznes imperiyasını özündə birləşdirən “ZQAN” Holdinq tərəfindən inşa edilmişdi. Baş podratçı isə “Bakı XXI Əsr” MMC adlı şirkət idi. “Bakı XXI Əsr” MMC-nin təsisçisi Böyük Britaniyanın Vircin adalarındakı “Trans European Leasing Group” LTD-dir. “Bakı XXI Əsr” MMC Azərbaycanda 2004-cü ilin martında qeydiyyatdan keçib. Həmin şirkətin isə təsisçisi o vaxt deputat olan Elton Məmmədov idi.

Elton Məmmədov özü mətbuata bu şirkətin təsisçisi olduğunu təsdiqləmişdi. Avtovağzal kompleksinin 80-100 milyon dollara başa gəldiyi bildirilir. Kompleksə 1500 mağazadan ibarət ticarət mərkəzi, irili-xırdalı onlarla kafe, 4 ulduzlu “Comfort İNN” hoteli, 720 yerlik avto dayanacaq, “Bakı XXI Əsr” adlı yanacaqdoldurma, avtoyuma və təmir məntəqələri daxil idi. Ziya Məmmədov vəzifədən gedəndən sonra onun klanının fəallığı nəzərə çarpmırdı. Elton Məmmədovun bir-birinin ardınca vəzifələrə təyinat alması, 2019-cu ildə Anar Məmmədovun ölkəyə qayıtması onlara münasibətdə münasibətin bir qədər yaxşılığa doğru dəyişmişdi. Elton Məmmədovun Ramiz Mehdiyevlə sıx əlaqələri isə vəziyyətin Məmmədovlara münasibətdə dəyişə biləcəyi ehtimallarını doğurur.

Anar Məmmədov atası Ziya Məmmədov vəzifəsini itirməzdən çox əvvəl ölkədən gedib. Onun Böyük Britaniyanın paytaxtı Londonda məskunlaşdığı haqda xəbərlər vardı. 2017-ci ildə Zamirə Hacıyevanın Britaniyada ilk dəfə tətbiq edilən “İzahedilməz Sərvət Sərəncamı” (UWO) çərçivəsində məhkəməyə çəkilməsindən sonra Anar Məmmədovun oradan getdiyi deyilirdi. Həmin dövrdə Məmmədovların “ZQAN” adı ilə qurduqları, sonradan “Garant”a çevrilmiş holdinqlərinə daxil olan şirkətlər nəzarətlərindən çıxarılırdı. Hətta 2018-ci ildə Anar Məmmədovun Bakıdakı bir neçə daşınmaz əmlakı üzərinə həbs də qoyulmuşdu. Məlum olmuşdu ki, Anar Məmmədov və şirkətlərinin “Paşa Bank”a kredit borcu var. O dövrdə məhkəmədə cavabdeh qismində “Garant İnşaat Sənaye” MMC, “Garant Holding” MMC, “Azpod” MMC və Anar Ziya oğlu Məmmədovun adları keçirdi. Abşeron Rayon Məhkəməsi onlara məxsus bir neçə əmlakın - Bakı şəhəri, Nərimanov rayonu, 507-ci küçə, 2093-cü məhəllədə yerləşən müəssisə, eyni zamanda əmlak kompleksi, Nərimanov rayonu, İslam Abışov küçəsi, 5A ünvanında yerləşən qeyri-yaşayış binası və Anar Məmmədovun mülkiyyətindəki Nərimanov rayonu, Məmməd Araz küçəsi, 25V, giriş 5 ünvanında yerləşən 9 saylı qeyri-yaşayış sahəsinin üzərinə həbs qoymuşdu. Söhbət 1 milyon 141 min 203 manat 17 qəpikdən gedirdi.

Bu, bankdan götürülən kredit, kredit faizləri və hesablanmış cərimənin toplam məbləği idi. Bank məhkəmədən borcun ipoteka predmetinə yönəldilməsini də tələb etmişdi. Apelyasiya şikayəti verən “Garant İnşaat Sənaye” MMC banka olan borcu müqabilində 2 milyon 300 min manatdan yuxarı dəyərdə əmlak təminatı verdiyini göstərmişdi. Şikayətdə vurğulanmışdı ki, Abşeron Rayon Məhkəməsinin qərarında bu hal nəzərə alınmayıb və “qeyri-mütənasib olaraq, tərəflərin mülkiyyət hüquqlarının həyata keçirilməsi kobud şəkildə pozulub”. Ancaq daha sonra Anar Məmmədov şikayətini geri götürmüşdü.

Bundan başqa, Məmmədovlara məxsus Qubadakı beşulduzlu “Quba Rixos” hoteli də rebrendinq edilib. Hotel 2018-ci ilin aprelindən “Quba Palace” adı ilə fəaliyyətə başlayıb. Qeyd edək ki, Azərbaycanda ilk və yeganə qolf meydançasına malik keçmiş “Rixos” hotel kompleksi 2013-cü ildə istifadəyə verilib. Hazırda kompleks Məmmədovların nəzarətində deyil.

Məmmədov klanı hakimiyyətdə təmsil olunduğu illərdə adları böyük qalmaqallarda, ölüm işlərində, jurnalistlərin məhkəmələrə çəkilməsində və döyülməsində hallanırdı. 2014-cü ilin aprelində qəzetimizin əməkdaşı Fərahim İlqaroğlunun döyülməsi də Məmmədov klanına bağlı idi. Ziya Məmmədovun xüsusi adamlar saxladığı və onlardan lazım olduğu zaman məharətlə istifadə etdiyi ilə bağlı mətbuatda bir sıra faktlar var. Fərahim İlqaroğlunu da məhz Məmmədovların “qoçuları” döymüşdü. F.İlqaroğlu hazırda Almaniyada mühacirətdədir. 25 aprel 2014-cü il tarixində F. İlqaroğlu “Yeni Müsavat”da çalışdığı günlərdə evinin qarşısında naməlum şəxs tərəfindən amansızlıqla döyülmüş, fiziki təzyiqə məruz qoyulmuşdu. Nizami Rayon Polis İdarəsi əməkdaşları jurnalisti döyən Feyruz Termişi tulandan sonra etiraf edib ki, jurnalistin döyülməsi sifarişini Kikboksinq Federasiyasının keçmiş idmançısı Tural Bayramovdan alıb. Bu şəxsin isə sabiq nəqliyyat naziri Ziya Məmmədovun qardaşı, eks-deputat Elton Məmmədovun oğlu Aynar və Elnur Məmmədovlarla çox sıx əlaqələri üzə çıxmışdı. O dövrdə sifarişi icra edən Feyruz Termişi saxlanılsa da, Tural Bayramov və əsas sifarişçi Aynar Məmmədov istintaqdan kənar qala bildilər. Səbəb də sadə idi - Aynar Məmmədovun əmisi Ziya Məmmədov nazir, atası isə deputat idi. Tural Bayramov da iş üzrə açar fiqur olduğundan onu da istintaqdan yayındırmışdılar.

Məmmədov klanına münasibətdə vəziyyət hər an dəyişə bilər. Elton Məmmədovun Ramiz Mehdiyevin səngərində yer alması, Ziya Məmmədovun özünün baş nazirin sabiq 1-ci müavini, Rusiyaya sığınan Abbas Abbasovla əlaqələri klanın gələcəyini sual altına alıb.
“Yeni Müsavat”
SON XƏBƏRLƏR
Vilayət Eyvazov generalı vəzifəsindən azad etdi 10:46Qəbələnin icra başçısı bunu görmür? - GİLEY 10:27Bakıda gücləndirilmiş dezinfeksiya işləri aparılacaq - XƏBƏRDARLIQ 10:10Azərbaycan Ordusu vacib ərazi və yüksəkliklər ələ keçirib - RƏSMİ 09:39Müdafiə Nazirliyi cəbhədəki son vəziyyəti AÇIQLADI 09:27“Hər gün 100 cəsəd göndərin, ailələrinə bu barədə məlumat verməyin” - Ermənilərin yazışması ələ keçirildi 11:00Düşmən Ağdamı atəşə tutdu: Yaralılar var - RƏSMİ 10:34Dünyada koronavirusdan sağalanların sayı 29 milyonu keçdi - STATİSTİKA 09:50“Dərs vaxtı”nın bu günə olan cədvəli - FOTO 09:39Düşmən yaşayış məntəqələrimizi atəşə tutur - RƏSMİ 07:31Düşmən Füzulini atəşə tutdu: Yaralılar var - RƏSMİ 07:16UEFA Azərbaycan millisinin oyununa təyin etdiyi erməni hakim-inspektoru dəyişdirib 06:55Düşmən Tərtəri yenidən atəşə tutur 06:28Düşmənin yüksək rütbəli zabitləri məhv edildi: Xankəndidə hərbi hissə vuruldu - VİDEO 06:01Bakıda sex yandı 05:46Koronavirusla bağlı SON STATİSTİKA 05:32Türkiyə KİV-dən Ordumuza tam DƏSTƏK 05:20Türkiyə Prezidenti: “Qarabağ probleminin yeganə həlli işğala son qoymaqdır” 05:05Teledərslərin oktyabrın 9-u üçün cədvəli - FOTO 04:47Düşmənin daha bir yalanı ifşa edildi - FOTO 07:06Düşmən Goranboyda polis şöbəsi və məktəbi atəşə tutdu: Dağıntılar var - RƏSMİ 06:50Tramp Çini hədələdi 06:27Xankəndi-Yerevan yolundakı körpü tam dağılmayıb - FOTO 06:11Qubada ev yandı: Ölən var 05:56“Dərs vaxtı”nın bu günə olan cədvəli - FOTO 05:44Koronavirusla bağlı SON STATİSTİKA 05:31Düşmən hücumu nəticəsində həlak olan mülki şəxsin adı açıqlandı - RƏSMİ 05:19Düşmən yaşayış məntəqələrimizi atəşə tutmaqda davam edir: Ölən və yaralananlar var - RƏSMİ 05:08Bayrağını canından çox sevən millət: Qürurlandırıcı görüntü - FOTO 08:06Beyləqan, Bərdə və Tərtər şəhərləri Ermənistan silahlı qüvvələri tərəfindən atəşə tutulur - RƏSMİ 07:43Xankəndini aclıq, qıtlıq bürüyüb: ermənilər kütləvi şəkildə şəhərdən qaçırlar 06:52Ceyhun Bayramov Avropa İttifaqının rəsmisinə Ermənistanın son təxribatları barədə məlumat verib 06:26Koronavirusla bağlı SON STATİSTİKA 06:00“Dərs vaxtı”nın bu günə olan cədvəli - FOTO 05:40Cəbhədə şiddətli döyüşlər davam edir 05:16Erməni əsgərlər arasında atışma olub - RƏSMİ 07:53Düşmən yenidən kəndlərimizi atəşə tutur - Ölən və yaralananlar var 06:40Ermənilərin ziyan vurduğu yaşayış evlərinin sayı AÇIQLANDI 06:11Tramp koronavirusa yoluxdu 05:50Qarabağdakı vəziyyəti diqqətlə izləyirik - Pentaqon 05:32Madagiz ətrafındakı hakim yüksəkliklər azad edildi, Ordumuz Cəbrayıl-Füzuli istiqamətində irəliləyir - RƏSMİ 05:15Tərtərə düşmən hücumu: Bir nəfər həlak oldu, üç nəfər yaralandı - RƏSMİ 09:19Bu gündən ictimai nəqliyyatın hərəkətində dəyişiklik edilir - RƏSMİ 09:03Müdafiə Nazirliyinin rəsmisindən açıqlama 08:46Prezident Vilayət Eyvazova hərbi vəziyyət dövründə yeni səlahiyyət verdi - SƏRƏNCAM 08:23Azərbaycanlı hakerlər Paşinyanın şəxsi məlumatlarını ələ keçirdi 07:56Azərbaycanda qismən səfərbərlik elan edildi - SƏRƏNCAM 07:38"Ermənistan rəhbərliyi şüurlu şəkildə danışıqlar prosesini pozur” - Prezident İlham Əliyev 07:11Düşmənin məhv edilən tabor komandiri bir çox təxribatların təşkilatçısı olub - FOTO 06:46Prezidentin köməkçisi “Al Jazeera” telekanalına cəbhədəki son vəziyyətdən danışdı - VİDEO 06:27Tramp Dağlıq Qarabağdakı münaqişəyə münasibət bildirdi 05:52Ermənistan daha 15 hərbçinin öldüyünü ETİRAF ETDİ 05:31Müdafiə Nazirliyi Ermənistana sonuncu XƏBƏRDARLIĞI ETDİ 05:06İcra başçısının müavini səfərbərliyə şou xətrinə müraciət edibmiş? - İDDİA 06:56"Bizim üçün tikilən evləri satırlar" - İmişlidə ETİRAZ 06:36Sabahdan ali məktəblərə daxil olan şəxslərin qeydiyyatı başlayır 06:15Yardımlıda təhsil sistemi çöküb... - İTTİHAM 05:51