21 сен 05:23siyaset / gundem

AzTV sədrinin gizli ləğvetmə əməliyyatı - "Azərbaycantelefilm" nəyin qurbanı oldu?

AzTV sədrinin gizli ləğvetmə əməliyyatı - "Azərbaycantelefilm" nəyin qurbanı oldu?

"Azərbaycan Televiziya və Radio Verilişləri" QSC-nin (AzTV) sədri Rövşən Məmmədov milli incəsənət tariximizdə 60 illik rolu olan "Azərbaycantelefilm" Yaradıcılıq Birliyini ləğv edib, qurumun rəhbəri xalq artisti Ramiz Həsənoğlunun səlahiyyətlərini məhdudlaşdırıb.

7News.Az-ın AzTV-dəki mənbədən əldə etdiyi məlumata görə, R.Məmmədov "Azərbaycantelefilm" Yaradıcılıq Birliyi kimi iri həcmli qurumun fəaliyyətini yerində yaratdığı "Bədii sənədli filmlər" studiyası ilə əvəzləyib, Birliyin ayrıca maliyyə büdcəsini isə ləğv edərək öz nəzarətinə - QSC-yə yönəldib.

Maraqlıdır ki, sözügedən ləğvetmə ictimaiyyətdən gizlədilib. Azərbaycan tamaşaçısına unudulmaz tamaşa və filmlər bəxş etmiş nəhəng yaradıcılıq qurumunun ləğvi barədə hər hansı açıqlama yaymağa ehtiyac duymayan AzTV sədri bu azmış kimi görkəmli rejissor Ramiz Həsənoğluya qarşı nümayişkəranə şəkildə sayğısızlığa yol verib. R.Məmmədov görkəmli rejissoru əvvəlcə yeni yaratdığı studiyaya direktor təyin etsə də sonradan onun postunu öz yaxını Elçin Quliyevə həvalə edib. R.Həsənoğlunu isə daha aşağı vəzifəyə - studiyanın bədii rəhbəri vəzifəsinə təyin edib. Ümumilikdə isə QSC-də film və tamaşalara ümumi nəzarət sədrin ailəvi dostu, bədii rəhbər Ranar Musayevə keçib.

Xatırladaq ki, Ramiz Həsənoğlu ötən il "Azərbaycantelefilm" Yaradıcılıq Birliyinə direktor təyin olunmuşdu. Qısa müddətdən sonra qurumu ləğv edərək yerində studiya yaradılması, ayrılan vəsaitin böyük hissəsinin isə QSC-yə yönəldilməsi daxildə də əməkdaşlar arasında söz-söhbətlərə səbəb olub.

"Azərbaycantelefilm" Yaradıcılıq Birliyinin ləğvindən sonra AzTV-nin rəsmi saytındakı "Haqqımızda” bölməsində də dəyişiklik edilib. Artıq "Azərbaycantelefilm" Yaradıcılıq Birliyininin izinə-tozuna da rast gəlinmir.

"Azərbaycantelefilm" Yaradıcılıq Birliyi 1959-cu ildən etibarən xeyli sayda milli teletamaşa və filmlər istehsal edib. Birlik Azərbaycan Televiziyası QSC-nin strukturuna daxil olan hüquqi şəxs kimi fəaliyyət göstərib. Bu günə qədər "Azərbaycantelefilm" Yaradıcılıq Birliyində 800 saat həcmində sənədli televiziya filmləri istehsal edilib və AzTV ilə nümayiş olunub. Bu filmlərin 500 saata qədəri kinolentə çəkilib, qalanı isə videofilmlərdir.

Qeyd edək ki, son günlər AzTV ilə bağlı xoşagəlməz məlumatlar yayılmaqdadır. Bu məlumatlar əsasında hazırladığımız geniş məqaləni yaxın günlərdə diqqətinizə təqdim edəcəyik. Hər halda çox adama maraqlıdır ki, AzTV-də islahatların nümunəsi kimi təqdim olan parıltılı studiyaların arxasında nələr baş verir... //7News.Az//
SON XƏBƏRLƏR
Vilayət Eyvazov generalı vəzifəsindən azad etdi 10:46Qəbələnin icra başçısı bunu görmür? - GİLEY 10:27Bakıda gücləndirilmiş dezinfeksiya işləri aparılacaq - XƏBƏRDARLIQ 10:10Azərbaycan Ordusu vacib ərazi və yüksəkliklər ələ keçirib - RƏSMİ 09:39Müdafiə Nazirliyi cəbhədəki son vəziyyəti AÇIQLADI 09:27“Hər gün 100 cəsəd göndərin, ailələrinə bu barədə məlumat verməyin” - Ermənilərin yazışması ələ keçirildi 11:00Düşmən Ağdamı atəşə tutdu: Yaralılar var - RƏSMİ 10:34Dünyada koronavirusdan sağalanların sayı 29 milyonu keçdi - STATİSTİKA 09:50“Dərs vaxtı”nın bu günə olan cədvəli - FOTO 09:39Düşmən yaşayış məntəqələrimizi atəşə tutur - RƏSMİ 07:31Düşmən Füzulini atəşə tutdu: Yaralılar var - RƏSMİ 07:16UEFA Azərbaycan millisinin oyununa təyin etdiyi erməni hakim-inspektoru dəyişdirib 06:55Düşmən Tərtəri yenidən atəşə tutur 06:28Düşmənin yüksək rütbəli zabitləri məhv edildi: Xankəndidə hərbi hissə vuruldu - VİDEO 06:01Bakıda sex yandı 05:46Koronavirusla bağlı SON STATİSTİKA 05:32Türkiyə KİV-dən Ordumuza tam DƏSTƏK 05:20Türkiyə Prezidenti: “Qarabağ probleminin yeganə həlli işğala son qoymaqdır” 05:05Teledərslərin oktyabrın 9-u üçün cədvəli - FOTO 04:47Düşmənin daha bir yalanı ifşa edildi - FOTO 07:06Düşmən Goranboyda polis şöbəsi və məktəbi atəşə tutdu: Dağıntılar var - RƏSMİ 06:50Tramp Çini hədələdi 06:27Xankəndi-Yerevan yolundakı körpü tam dağılmayıb - FOTO 06:11Qubada ev yandı: Ölən var 05:56“Dərs vaxtı”nın bu günə olan cədvəli - FOTO 05:44Koronavirusla bağlı SON STATİSTİKA 05:31Düşmən hücumu nəticəsində həlak olan mülki şəxsin adı açıqlandı - RƏSMİ 05:19Düşmən yaşayış məntəqələrimizi atəşə tutmaqda davam edir: Ölən və yaralananlar var - RƏSMİ 05:08Bayrağını canından çox sevən millət: Qürurlandırıcı görüntü - FOTO 08:06Beyləqan, Bərdə və Tərtər şəhərləri Ermənistan silahlı qüvvələri tərəfindən atəşə tutulur - RƏSMİ 07:43Xankəndini aclıq, qıtlıq bürüyüb: ermənilər kütləvi şəkildə şəhərdən qaçırlar 06:52Ceyhun Bayramov Avropa İttifaqının rəsmisinə Ermənistanın son təxribatları barədə məlumat verib 06:26Koronavirusla bağlı SON STATİSTİKA 06:00“Dərs vaxtı”nın bu günə olan cədvəli - FOTO 05:40Cəbhədə şiddətli döyüşlər davam edir 05:16Erməni əsgərlər arasında atışma olub - RƏSMİ 07:53Düşmən yenidən kəndlərimizi atəşə tutur - Ölən və yaralananlar var 06:40Ermənilərin ziyan vurduğu yaşayış evlərinin sayı AÇIQLANDI 06:11Tramp koronavirusa yoluxdu 05:50Qarabağdakı vəziyyəti diqqətlə izləyirik - Pentaqon 05:32Madagiz ətrafındakı hakim yüksəkliklər azad edildi, Ordumuz Cəbrayıl-Füzuli istiqamətində irəliləyir - RƏSMİ 05:15Tərtərə düşmən hücumu: Bir nəfər həlak oldu, üç nəfər yaralandı - RƏSMİ 09:19Bu gündən ictimai nəqliyyatın hərəkətində dəyişiklik edilir - RƏSMİ 09:03Müdafiə Nazirliyinin rəsmisindən açıqlama 08:46Prezident Vilayət Eyvazova hərbi vəziyyət dövründə yeni səlahiyyət verdi - SƏRƏNCAM 08:23Azərbaycanlı hakerlər Paşinyanın şəxsi məlumatlarını ələ keçirdi 07:56Azərbaycanda qismən səfərbərlik elan edildi - SƏRƏNCAM 07:38"Ermənistan rəhbərliyi şüurlu şəkildə danışıqlar prosesini pozur” - Prezident İlham Əliyev 07:11Düşmənin məhv edilən tabor komandiri bir çox təxribatların təşkilatçısı olub - FOTO 06:46Prezidentin köməkçisi “Al Jazeera” telekanalına cəbhədəki son vəziyyətdən danışdı - VİDEO 06:27Tramp Dağlıq Qarabağdakı münaqişəyə münasibət bildirdi 05:52Ermənistan daha 15 hərbçinin öldüyünü ETİRAF ETDİ 05:31Müdafiə Nazirliyi Ermənistana sonuncu XƏBƏRDARLIĞI ETDİ 05:06İcra başçısının müavini səfərbərliyə şou xətrinə müraciət edibmiş? - İDDİA 06:56"Bizim üçün tikilən evləri satırlar" - İmişlidə ETİRAZ 06:36Sabahdan ali məktəblərə daxil olan şəxslərin qeydiyyatı başlayır 06:15Yardımlıda təhsil sistemi çöküb... - İTTİHAM 05:51