24 сен 04:53siyaset

“Rusiyanın bu dəfə Qarabağ müharibəsinə reaksiyası fərqli olacaq” – TROFİMÇUK

“Rusiyanın bu dəfə Qarabağ müharibəsinə reaksiyası fərqli olacaq” – TROFİMÇUK
Bu gün Azərbaycanda hamı müharibə gözləntilərindən danışır. Buna ehtiyatda olan zabitlərin orduya çağırılması, Tovuz istiqamətində artan gərginlik daxil olmaqla, bir çox amillər dəlalət edir. Hazırda qoşunların təmas xəttində nisbətən sakitlik olmasına baxmayaraq, ümumi gərginlik səngimir.

AYNA-nın mövzuya dair suallarını rusiyalı təhlükəsizlik eksperti Qriqori Tofimçuk cavablandırıb:

- İndi Cənubi Qafqaz bölgəsində, xüsusən də Qarabağ münaqişəsi ətrafında vəziyyət çox gərgindir. Bu vəziyyəti necə qiymətləndirirsiniz və hərbi əməliyyatların başlanması ehtimalı nə qədərdir?

- Vəziyyətin gərginliyinə üç amil təsir göstərir: Bakının sonsuz və bir çox cəhətdən mənasız danışıqlar prosesinin gedişatından mütləq narazılığı; kiçik müharibələrin demək olar ki, müntəzəm xarakter alması (2014, 2016, 2020); dünyadakı ümumi hərbi-siyasi gərginlik. Yaxın gələcəkdə dünya mütləq sabitliyə qayıtmayacaq, əksinə, buna görə Qarabağ da daxil olmaqla, bütün əsas ərazi münaqişələri ən pis ssenarilərə uyğun inkişaf edəcək. Bundan əlavə, Qarabağ danışıqlarına nəzarət edən əsas səlahiyyətli orqan - ATƏT-in Minsk Qrupu, əslində “əllərini yudu” və artıq heç nəyə cavabdeh deyil.

Biz də görürük ki, Qarabağda bəzi bölgədənkənar insan kütlələri (Yaxın Şərq qaçqınları və s.) peyda olmağa başlayıb və bu detal da çox nəsnələrdən xəbər verir. Bununla yanaşı, Azərbaycan açıq şəkildə anlamalıdır ki, əgər hazırkı gərginlikdən öz xeyrinə istifadə edə bilməsə, öz əhalisi daxilində vətənpərvərlik ruhunun yüksəlişinə nail olmaq çətin olacaq. Bu vəziyyətdə "buxarın" geri çıxması artıq mümkün deyil. Buna görə də, hərəkətlərinizi indidən hesablamalı və hər kəsə hər şeydə “mane olan” Moskvanın, guya günahkar olduğu barədə mütəmadi ittihamlardan əl çəkilməlidir. Kimin özünün dəqiq bir planı varsa, heç kim onu dayandıra bilməz.
- Yəni, “hər şeydə Moskvanın günahkar olduğunu söyləmək lazım deyil” deyirsiniz? Ancaq iyul hadisələri zamanı Rusiya Ermənistana çox sayda hərbi yüklər göndərdi ki, bu da Bakıda birmənalı qarşılanmadı. Bu addım Bakıya müəyyən bir təzyiq deyilmi və həmçinin, Bakının Moskvanı ittiham etməsinə əsas vermirmi?

- Rusiya həmişə hərbi məqsədlər daxil olmaqla, Ermənistana yüklər göndərib və yalnız adi hərbi deyil, hətta, yeni silah növləri də göndərib. Bu, heç kimə sirr deyil. Bununla belə, bu cür tədarüklər Rusiya tərəfinin və KTMT-nin Ermənistan tərəfində müharibədə birbaşa iştirakı demək deyil. Axı, unutmayaq ki, Moskva Azərbaycan tərəfinə də silah satır. Bəli, Bakıda Moskvanın bu addımı birmənalı qarşılanmadı, amma bu reaksiya, məhz sonuncu yük göndərişi zamanı verildi. Bununla belə, Bakı əvvəlki bütün tədarüklərdən xəbərdar idi və prinsipcə, bu addımları İrəvanla əlaqəli Rusiya Federasiyasının müttəfiq öhdəliklərinin bir hissəsi kimi qəbul edirdi.

- Bugünlərdə Azərbaycan-Ermnistan dövlət sərhədində növbəti gərginlik yaşandı. Heç kimə sirr deyil ki, Qarabağda müharibə olarsa, müharibə bütün dövlət sərhədləri boyunca uzanacaq. Bəs, Rusiya və KTMT buna necə reaksiya göstərəcək?

- Həqiqi, genişmiqyaslı bir müharibə olarsa, Rusiyanın reaksiyası Ermənistan-Azərbaycan toqquşmaları üçün ənənəvi münasibətdən fərqlənəcək. Düşünürəm ki, Rusiya, eləcə də KTMT-nin hipotetik reaksiyasının necə olacağı hələ qeyri-müəyyəndir. Hər kəs hesab edir ki, Ermənistan və Azərbaycan özləri əsl müharibəyə hazır deyil, ondan çəkinirlər, bu səbəbdən ümumilikdə müşahidəçilər strateji bir sakitliyə sahibdirlər. Taktik toqquşmalar olduqca mümkündür, amma hamı buna artıq öyrəşib. Düşünürəm ki, İrəvan və Bakı üçün psixoloji vəziyyət xeyli mürəkkəbləşib. Axı, hər gün bir-birinizi dağıdıcı zərbələr vuracağınızla hədələyirsinizsə, zaman keçdikcə daha az sayda insan bu zorakı təhdidlərə inanır. Bu səbəbdən Tovuz bölgəsində qarşıdurmalar zaman-zaman meydana çıxır və sanki özü-özünə azalır.

- ATƏT-in və onun danışıqlar formatının bir nəticə doğurmadığını görürük və indi tərəflərin hərbi əməliyyatların başlamasının bir addımlığında olduğu müşahidə olunur. ATƏT-in tərkibində, fəaliyətində islahatları və ya Dağlıq Qarabağ münaqişəsinin həlli üçün başqa bir formatın yaradılmasını gözləmək olarmı?

- Bakı uzun müddətdir ATƏT-in Minsk Qrupunun fəaliyyətindən narazılığını göstərir. Amma, əslində hər şey olduğu kimi qalır. Bu, o deməkdir ki, tənqid nəzərdə tutulduğu şəxslərə çatmır və həmsədrlər ən sevdikləri rəsmi rejimdə işləməyə davam etməyə hazırdırlar. Bilirsiniz ki, bir mütəxəssis kimi bu formatı aktivləşdirməklə bağlı təkliflərimi vermişəm (xüsusən də ekspert dairəsini genişləndirməklə), amma heç kimin bu istiqamətdə əməli işə başladığını görmürəm. Bu təkliflərlə bağlı sadə bir açıqlama da yoxdur. Buna görə ümid ediləcək bir şey yoxdur, hər şey olduğu kimi qalır.

Qrupun başqa bir formatı da prinsipcə, mümkündür. Çünki Minskdəki vəziyyətdə ciddi dəyişikliklə əlaqədar olaraq "Minsk Qrupu" konsepsiyası fərqli görünməyə başlayır. Üstəlik, bəlkə də rəsmi Minskin özü yaxın zamanda onu Bakı da daxil olmaqla, bəzi xarici sülhməramlı ərazilərdə kiminləsə barışdırmağı xahiş edəcək. “ATƏT-in İstanbul Qrupu”na ümid bəsləmək isə hələ çətindir, lakin istənilən halda Qarabağ və bütövlükdə Ermənistan-Azərbaycan sərhədini izləmə formatı yeni bir mərhələyə qədəm qoyur.
SON XƏBƏRLƏR
Vilayət Eyvazov generalı vəzifəsindən azad etdi 10:46Qəbələnin icra başçısı bunu görmür? - GİLEY 10:27Bakıda gücləndirilmiş dezinfeksiya işləri aparılacaq - XƏBƏRDARLIQ 10:10Azərbaycan Ordusu vacib ərazi və yüksəkliklər ələ keçirib - RƏSMİ 09:39Müdafiə Nazirliyi cəbhədəki son vəziyyəti AÇIQLADI 09:27“Hər gün 100 cəsəd göndərin, ailələrinə bu barədə məlumat verməyin” - Ermənilərin yazışması ələ keçirildi 11:00Düşmən Ağdamı atəşə tutdu: Yaralılar var - RƏSMİ 10:34Dünyada koronavirusdan sağalanların sayı 29 milyonu keçdi - STATİSTİKA 09:50“Dərs vaxtı”nın bu günə olan cədvəli - FOTO 09:39Düşmən yaşayış məntəqələrimizi atəşə tutur - RƏSMİ 07:31Düşmən Füzulini atəşə tutdu: Yaralılar var - RƏSMİ 07:16UEFA Azərbaycan millisinin oyununa təyin etdiyi erməni hakim-inspektoru dəyişdirib 06:55Düşmən Tərtəri yenidən atəşə tutur 06:28Düşmənin yüksək rütbəli zabitləri məhv edildi: Xankəndidə hərbi hissə vuruldu - VİDEO 06:01Bakıda sex yandı 05:46Koronavirusla bağlı SON STATİSTİKA 05:32Türkiyə KİV-dən Ordumuza tam DƏSTƏK 05:20Türkiyə Prezidenti: “Qarabağ probleminin yeganə həlli işğala son qoymaqdır” 05:05Teledərslərin oktyabrın 9-u üçün cədvəli - FOTO 04:47Düşmənin daha bir yalanı ifşa edildi - FOTO 07:06Düşmən Goranboyda polis şöbəsi və məktəbi atəşə tutdu: Dağıntılar var - RƏSMİ 06:50Tramp Çini hədələdi 06:27Xankəndi-Yerevan yolundakı körpü tam dağılmayıb - FOTO 06:11Qubada ev yandı: Ölən var 05:56“Dərs vaxtı”nın bu günə olan cədvəli - FOTO 05:44Koronavirusla bağlı SON STATİSTİKA 05:31Düşmən hücumu nəticəsində həlak olan mülki şəxsin adı açıqlandı - RƏSMİ 05:19Düşmən yaşayış məntəqələrimizi atəşə tutmaqda davam edir: Ölən və yaralananlar var - RƏSMİ 05:08Bayrağını canından çox sevən millət: Qürurlandırıcı görüntü - FOTO 08:06Beyləqan, Bərdə və Tərtər şəhərləri Ermənistan silahlı qüvvələri tərəfindən atəşə tutulur - RƏSMİ 07:43Xankəndini aclıq, qıtlıq bürüyüb: ermənilər kütləvi şəkildə şəhərdən qaçırlar 06:52Ceyhun Bayramov Avropa İttifaqının rəsmisinə Ermənistanın son təxribatları barədə məlumat verib 06:26Koronavirusla bağlı SON STATİSTİKA 06:00“Dərs vaxtı”nın bu günə olan cədvəli - FOTO 05:40Cəbhədə şiddətli döyüşlər davam edir 05:16Erməni əsgərlər arasında atışma olub - RƏSMİ 07:53Düşmən yenidən kəndlərimizi atəşə tutur - Ölən və yaralananlar var 06:40Ermənilərin ziyan vurduğu yaşayış evlərinin sayı AÇIQLANDI 06:11Tramp koronavirusa yoluxdu 05:50Qarabağdakı vəziyyəti diqqətlə izləyirik - Pentaqon 05:32Madagiz ətrafındakı hakim yüksəkliklər azad edildi, Ordumuz Cəbrayıl-Füzuli istiqamətində irəliləyir - RƏSMİ 05:15Tərtərə düşmən hücumu: Bir nəfər həlak oldu, üç nəfər yaralandı - RƏSMİ 09:19Bu gündən ictimai nəqliyyatın hərəkətində dəyişiklik edilir - RƏSMİ 09:03Müdafiə Nazirliyinin rəsmisindən açıqlama 08:46Prezident Vilayət Eyvazova hərbi vəziyyət dövründə yeni səlahiyyət verdi - SƏRƏNCAM 08:23Azərbaycanlı hakerlər Paşinyanın şəxsi məlumatlarını ələ keçirdi 07:56Azərbaycanda qismən səfərbərlik elan edildi - SƏRƏNCAM 07:38"Ermənistan rəhbərliyi şüurlu şəkildə danışıqlar prosesini pozur” - Prezident İlham Əliyev 07:11Düşmənin məhv edilən tabor komandiri bir çox təxribatların təşkilatçısı olub - FOTO 06:46Prezidentin köməkçisi “Al Jazeera” telekanalına cəbhədəki son vəziyyətdən danışdı - VİDEO 06:27Tramp Dağlıq Qarabağdakı münaqişəyə münasibət bildirdi 05:52Ermənistan daha 15 hərbçinin öldüyünü ETİRAF ETDİ 05:31Müdafiə Nazirliyi Ermənistana sonuncu XƏBƏRDARLIĞI ETDİ 05:06İcra başçısının müavini səfərbərliyə şou xətrinə müraciət edibmiş? - İDDİA 06:56"Bizim üçün tikilən evləri satırlar" - İmişlidə ETİRAZ 06:36Sabahdan ali məktəblərə daxil olan şəxslərin qeydiyyatı başlayır 06:15Yardımlıda təhsil sistemi çöküb... - İTTİHAM 05:51