18 мар 13:23sosial / gundem

Nazirlik “DOST” İş Mərkəzlərində çalışanların ünvanlarını niyə gizlədir? - İLGİNC

Nazirlik “DOST” İş Mərkəzlərində çalışanların ünvanlarını niyə gizlədir? - İLGİNC

Hər şeydən əvvəl bütün sahələrdə maksimum şəffaflıq təmin olunmalıdır. Qeyd edilən sahədə şəffaflığın tam təmin olunmaması ölkədə olan çox ciddi nöqsanlardan biridir”.

Bu sözləri siyasi-şərhçi Azər Rəşidoğlu ölkədə neqativ halların prezident tərəfindən dilə gətirilməsinin səbəblərini PİA.az-a şərh edərkən qeyd edib.

Prezident İlham Əliyev Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayevi qəbul edərkən bildirib ki: “Azərbaycanda heç kim səkkiz saatdan çox işləməməlidir. Çünki insanları istismar edirlər. Onlar da çarəsiz qalıb, məcbur olub buna razılıq verirlər. Ona görə vətəndaşlarla nazirlik arasında çox fəal canlı bağlantı olmalıdır. Siz həm öz imkanlarınızdan istifadə edərək monitorinqlər aparmalısınız, eyni zamanda, Qaynar xətlər, yaxud da digər əlaqə vasitələrilə vətəndaşlarla daim təmasda olmalısınız.”

Eyni zamanda prezident işsiz əhali üçün dövlətin yaratdığı şəraitdən bəzi vəzifəli şəxslərin sui-istifadə etdiyini bildirib.

“Bəzi hallarda bu pullar mənimsənilir. Yaxud da Neftçala rayonundakı cinayətkarlıq hadisəsi barədə mənə məlumat verildi ki, ödənişli işlə təmin edilən 73 nəfəri öz təsərrüfatlarında qul kimi, nökər kimi işlədirdi. Bu nədir? Ağadır, bəydir, xandır? İndi bütün ölkə ona nifrət edir, onun və onun kimilərin biabırçı hərəkətlərinə görə. Hamı bilsin ki, məsələ bununla bitməyəcək. Birinci hadisə oldu eşitmədilər, ikinci hadisə oldu eşitmədilər. Neçəsi həbs olunmalıdır ki, bunlar öz çirkin əməllərindən əl çəksinlər. Bu proses davam etdiriləcək və hamı üçün də dərs olmalıdır. Ona görə bu biabırçı hallarla bağlı daha ciddi addımlar atılacaq,” prezident qeyd edib.

Yüksək çinli məmurkarın yqratdıqları bu acınacaqlı hal artıq bir neçə dəfə prezident səviyyəsində dilə gətirilib və görülən tədbirlərin daha da gücləndirəcəyi bildirilib. Bəs ölkədə artıq kök salmış bu halların qarşısını almaq mümkün olacaq?

Mövzunu PİA.az-ın əməkdaşı siyasi-şərhçi Azər Rəşidoğlu ilə müzakirə edib.

Ölkədə vəziyyətin dözülməz və problemlərin olduqca çox olduğunu vurğulayan siyasi-şərhçi PİA.az-a açıqlamasında əlavə edib ki, həmin problemlər hansısa məmurun əvəzlənməsi, hansısa məmurun həbs olunması ilə həll oluna bilməz:

“Ölkədə çox ciddi siyasi, iqtisadi, eyni zamanda sosial islahatlar aparmaq lazımdır. Əgər dərin islahatlar həyata keçməsə, prezidentin hansısa sərəncamı ilə və hansısa məmurun danlanması ilə heç nəyə nail olmaq olunmayacaq.

Ölkədə vəziyyət dözülməzdir və problemlər olduqca çoxdur. Həmin problemlər hansısa məmurun əvəzlənməsi, hansısa məmurun həbs olunması ilə həll oluna bilməz.

Buna görə də ölkədə çox ciddi islahatlar paketi həyata keçirilməlidir. Bütün bunlar baş verməyəcəksə, heç bir irəliləyişdən, müsbət dəyişikliklərdən danışmağa belə dəyməz”.

Eyni zamanda Azər Rəşidoğlu “DOST” İş Mərkəzlərində çalışanların işə düzələn vətəndaşların ünvanlarının Nazirlik tərəfindən gizli saxlanılması səbəblərini də PİA.az-a şərh edib.

Qeyd edək ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi rayonlarda “DOST” İş Mərkəzlərində çalışanların işə qəbul edilən vətəndaşların siyahısını dərc edir. Lakin həmin siyahıda vətəndaşların ad və soyadlarından başqa heç bir şey olmur. “DOST” İş Mərkəzlərində işə düzələn vətəndaşların ünvanları faktiki olaraq Nazirlik tərəfindən gizli saxlanılır və bu da həmin vətəndaşların doğrudan təsbit olunmasına əngəl yaradır. Məmurlar, əsasən də icra başçıları bu yolla istədikləri adamları, bəzən isə ehtiyacı olmayan adamları “DOST” İş Mərkəzlərində işə qəbul edir və onların kartlarını ələ keçirirlər. PİA.az-ın əldə etdiyi məlumata görə bütün rayonların siyahısında eyni vəxiyyət hökm sürür və hər bir rayonda icra başçılarının nəzarət etdiyi təqribən 40-50% saxta “işçilər” var. Bu isə o deməkdir ki, dövlətin sosial layihəsi olan “DOST” İş Mərkəzlərinə ayrılan pulların təqribən yarısı mənimsənilir.

Nazirliyin bu addımını qeyri şəffaf və məmurlara korrupsiya üçün açılan qapı kimi dəyərləndirmək olarmı, sualına cavab olaraq Azər Rəşidoğlu bildirib ki, ölkədə bu kimi halların, xüsusən ehtiyacı olqn insanlar üçün nəzərdə tutulan sosial layihələrin mənimsənilməsinin qarşısını almaq məqsədi ilə çox ciddi islahatlar həyata keçirmək lazımdır. Hər şeydən əvvəl bütün sahəıərdə maksimum şəffaflıq təmin olunmalıdır. Qeyd edilən sahədə şəffaflığın tam təmin olunmaması ölkədə olan çox ciddi nöqsanlardan biridir. Ölkədə bu tip nöqsanlar çoxdur:

“Mən ona görə dedim ki, ölkədə çox ciddi islahatlar həyata keçirmək lazımdır. Hər şeydən əvvəl bütün sahəıərdə maksimum şəffaflıq təmin olunmalıdır. Qeyd edilən sahədə şəffaflığın tam təmin olunmaması ölkədə olan çox ciddi nöqsanlardan biridir. Ölkədə bu tip nöqsanlar çoxdur. Buna görə də ciddi müzakirələrdən sonra ciddi islahatlar həyata keçirmək lazımdır.

Mən hesab edirəm ki, yeni təşkil edilmiş parlamentdə qanunverici təşəbbüslə çıxış etmək mümkün olmayacaq. Çünki bundan əvvəlki parlamentdə çoxluğa sahib olanlar yenə də parlamentdə əsas qüvvədir və bu çoxluğun bir nümayəndəsi parlamentin rəhbəridir.

Eyni zamanda da parlamentin rəhbərliyində təmsil olunan bütün kəslər son çoxluğun nümayəndələridir. Buna görə də ölkədə hansısa ciddi islahatların aparılacağını da gözləmirəm”.
SON XƏBƏRLƏR
Azərbaycan voleybol millisinin üzvləri karantinə alındı 15:14İlham Əliyev və Mehriban Əliyeva Bakıda tibb müəssisəsinin açılışında 14:50Şəbnəm Tovuzlunun maşını yandı - VİDEO 13:47Duman, çiskin olacaq, dağlıq ərazilərdə qar yağacaq — Sabahın havası 13:03Azərbaycanın daha bir rayonuna giriş-çıxış məhdudlaşdırıldı — RƏSMİ 12:55İşlə bağlı küçəyə çıxmalı olan vətəndaşlar haqda açıqlama 12:24Bu gündən avtobuslarda sərnişinlər belə oturacaq - FOTO 12:08Koronavirusla Mübarizəyə Dəstək Fonduna daxil olan vəsaitin məbləği BİLİNDİ 11:49Sabahdan “ASAN” xüsusi iş rejimində çalışacaq 10:12Koronavirus dövrünün dövlətlərarası rəqabəti - TƏHLİL 09:58Deputatların heç birində koronavirus aşkarlanmadı – RƏSMİ 09:42Ermənilərin daha bir rəzilliyi — TÜRKLƏRİ QƏZƏBLƏNDİRDİ 14:16FTB-nin əməkdaşı İranda öldürülüb? - Şok gəlişmə 13:58Hacı Əliyev: “Olimpiadanın təxirə salınması yaxşı oldu” 13:22Ağcabədi Rayon İcra Hakimiyyətində Müraciətlərə Operativ Baxılması Mərkəzi yaradılıb 12:36Azərbaycan Dövlət Bayrağı ilə bağlı yeni qayda müəyyən edilir 12:08Xalq artisti Rauf Babayev VƏFAT ETDİ 11:38Manatla bağlı PROQNOZ 11:05Keçmiş icra başçısının karantin rejimi – İdman edir, saz çalır 10:46Ölkəyə gətirilən 500 min tibbi maska hara yoxa çıxıb? - Apteklər yenə “yoxdur” deyir - VİDEO 10:14Nazirlər Kabinetinin qərarına dəyişiklik edildi: İyul ayının 1-dən etibarən... 09:52Azərbaycanda tətilin müddəti uzadıldı 20:09Koronavirusla “savaş”da Azərbaycanın ƏSAS SİLAHI: - Prezident İlham Əliyevin təmin etdiyi MİLLİ HƏMRƏYLİK 19:39Koronavirusla “savaş”da Azərbaycanın ƏSAS SİLAHI: - Prezident İlham Əliyevin təmin etdiyi MİLLİ HƏMRƏYLİK 15:41"Avropada futbolun mövsüm bitmədən başlaması çətin görünür" 14:29“Bizi birləşdirən mədəniyyət” layihəsinə start verilir 14:04Əhalinin “siyahıyaalınmasının” fəsadları indi ortaya çıxır: - Real məlumatlar hanı?! 11:55Prezidentin ictimai məsuliyyət, sosial davranışlar kodeksi - ŞƏRH 09:59Bu kommunal borcun ödənilməsinə dəyişiklik edildi 13:07Milli Məclisdə internet üzərindən informasiya mübadiləsi qrupları yaradılıb 11:32Azərbaycan Ordusu düşmən təxribatının qarşısını aldı, bir hərbçi məhv edildi 11:12“Bakı Metropoliteni”ndən koronavirusla bağlı əhaliyə Müraciət 10:41Türkiyədə nazir gənclərə səsləndi: RİSKİ EVİNİZƏ DAŞIMAYIN! 10:12Cəbhədə növbəti TƏXRİBAT: Mövqelərimiz atəşə tutuldu 09:38Şəhidlər Xiyabanında məzarların qarşısı ağaclarla kəsilib? - VİDEO 14:30Xameneidən ABŞ-a: “Siz bu virusu istehsal etməkdə günahlandırılırsınız” 14:03Bakıdakı dünya çempionatı da təxirə salındı 13:45Hərbi qulluqçularının ehtiyata buraxılmasında dəyişiklik nəzərdə tutulub? - RƏSMİ 12:52Oqtay Şirəliyevdən xəbər var 12:07“Qalatasaray”ın ikinci prezidenti koronavirusa yoluxdu 11:41Səudiyyə Ərəbistanı komendant saatına keçdi 10:59Vilayət Eyvazovdan yeni TƏYİNAT 10:27Rayonlar Bakıya axışmaq istəyir: Minlərlə maşın geri qaytarılıb - RƏSMİ AÇIQLAMA 10:11Dünyada koronavirusa yoluxanların sayı 292 min nəfəri ötdü 09:50“Dövlətin müdaxiləsi olmasa…” - Sahibkarlar banklardan hansı güzəştləri gözləsinlər? 12:27İlham Əliyev müxalifət partiyalarının rəhbərlərini təbrik etdi – İLK DƏFƏ 12:08Yeltsinin şəxsi fotoqrafı onun “iztirablı” FOTOSUNUN sirrini açıb 11:40Səhiyyə Nazirliyi əhaliyə — ÇAĞIRIŞ ETDİ 11:29Boks Federasiyasında qalmaqal – Olimpiada lisenziyalı yarışa niyə Ümid yox, Tayfur aparıldı?+VİDEO 11:05Sənəddə 404 adam yazılıb, işə çıxan cəmi 20 adam-ŞAMAXIDA MÜDHİŞ KORRUPSİYA 08:20Mərkəzi Bank: Kommersiya banklarına daxil olan nağd pul nişanları təkrar tədavülə buraxılmayacaq 07:48Tramp G7 ölkələri liderlərinin görüşünü ləğv edəcək 07:26Azərbaycana yaz gəldi... 07:22Prezident: “Bizim əsas məqsədimiz koronavirusun Azərbaycan ərazisində yayılmamasıdır” - VİDEO 15:40Azərbaycanda fövqəladə vəziyyət də elan oluna bilər - Prezident açıqladı 14:37Mərkəzi Bank valyuta hərracı keçirdi - 244 milyon dollar satıldı 14:10İlham Əliyev: "Fövqəladə vəziyyət də elan oluna bilər" 13:49