20 май 14:36sosial / gundem

Milli Məclisin yeni şöbə müdiri İlkin Məmmədov kimdir? - DOSYE

Milli Məclisin yeni şöbə müdiri İlkin Məmmədov kimdir? - DOSYE


Son vaxtlar Azərbaycanda gənc kadrlara böyük imkanlar yaradılır, ölkə rəhbərliyi onları məsul vəzifələrə təyin edir, hətta bəziləri mərkəzi və yerli icra orqanlarının rəhbərliyinə - nazir və icra başçısı postlarına gətirilir. Bu da səbəbsiz deyil: gənclər cəmiyyətin fəal təbəqəsidir.

Bu gün gənc kadrlara arxalanan Azərbaycan Prezidenti İlham Əliyev onlar haqqında yüksək fikirdədir. "Şadam ki, bu gün bizim gənclərimiz ən yüksək meyarlara cavab verirlər - bilik, peşəkarlıq, yenilik, müasirlik baxımından.

Eyni zamanda, onu da bildirməliyəm ki, gənclər xoşagəlməz hallara qarşı da mübarizədə bizə böyük dəstək olurlar. Bütövlükdə gələcəkdə Azərbaycanı idarə edəcək insanlar bugünkü gənclərdir. Ona görə onların bilikləri və eyni zamanda, vətənpərvərliyi bizim müstəqilliyimizi daim gücləndirəcək və ölkəmizin uzun illər, onilliklər bundan sonra dayanıqlı inkişafını təmin edəcək”,-deyə dövlət başçısı son çıxışlarının birində gənclərə olan güvənindən danışıb.

Müşahidələr də göstərir ki, bacarıqlı, savadlı gənclər heç kimin himayədarlığı olmadan, öz güclərinə vəzifə pillələrində irəli gedə bilirlər. Yetər ki, onlara şərait yaradılsın, potensiallarından düzgün istifadə olunsun.

Belə gənclərdən biri də bu günlərdə - mayın 1-də Milli Məclisin Beynəlxalq münasibətlər şöbəsinin müdiri vəzifəsinə təyin edilən İlkin Məmmədovdur. Son təyinatadək Milli Məclis Aparatının Beynəlxalq münasibətlər şöbəsinin müdir müavini və Protokol sektorunun müdiri vəzifələrini icra etmiş İlkin Məmmədov potensialı yüksək qiymətləndirilən savadlı gənclər siyahısına daxildir.

Yeni şöbə müdirinin kimliyi yəqin çoxları üçün maraqlıdır.
Yeniavaz.com Modern.az-a istinadən Milli Məclisin Beynəlxalq əlaqələr şöbəsinin müdirinin tərcümeyi-halını diqqətinizə çatdırır.

İlkin Əfqan oğlu Məmmədov 25 sentyabr 1981-ci ildə Bakı şəhərində doğulub.

1988-1998-ci illərdə Bakı şəhəri, 6 saylı orta məktəb oxuyub.

1998-2004-cü illərdə Bakı Dövlət Universitetinin Beynəlxalq Münasibətlər və Beynəlxalq Hüquq fakültəsini fərqlənmə diplomu ilə bitirib.

2000-2002-ci illərdə Fransanın Strasburq şəhərində "Mark Bloch” Universitetində fransız dili, daha sonra isə beynəlxalq münasibətlər ixtisası üzrə təhsil alıb.

2002-ci ildə Avropa Şurasının inzibati qurumlarında diplomqabağı təcrübə keçib.

Əmək fəaliyyəti:

2003-2006-cı illərdə Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Dövlət Protokolu İdarəsində referent, attaşe vəzifələrində çalışıb.

2006-2018-ci illərdə Azərbaycan Respublikası Milli Məclisinin Beynəlxalq münasibətlər şöbəsinin Protokol sektorunun müdiri;
2018-2020-də Milli Məclisin Beynəlxalq münasibətlər şöbəsinin müdir müavini-Protokol sektorunun müdiri vəzifələrini tutub.

01.05.2020-ci il tarixindən Milli Məclisin sədri Sahibə Qafarovanın sərəncamı ilə Beynəlxalq münasibətlər şöbəsinin müdiri vəzifəsinə təyin edilib.

Dövlət qulluğunun baş müşaviridir.

2003-cü ildən etibarən bir çox beynəlxalq əhəmiyyətli tədbirlərin təşkili və həyata keçirilməsində fəal iştirak etməsinə görə ölkə rəhbərliyi tərəfindən təşəkkürlər elan edilib. Azərbaycanın Baş nazirləri, Milli Məclisin sədrləri və Xarici İşlər nazirlərinin ölkədaxili tədbirlərini təşkil edib və xarici səfərlərdə müşayiət edib.

Fransa Respublikası, Misir Ərəb Respublikası, Türkiyə Respublikası, Belçika Krallığında və Kanadada keçirilmiş diplomatik və protokol kurslarında iştirak edib və fərqlənmə diplomları alıb. Habelə, bir çox konfrans və seminarlarda, eləcə də beynəlxalq parlament təşkilatlarının sessiya və iclaslarında iştirak etmək üçün müxtəlif vaxtlarda Milli Məclis tərəfindən xarici ölkələrə ezam edilib.

Milli Məclis ilə xarici ölkələrin parlamentləri arasında imzalanan müxtəlif ikitərəfli sənədlərin hazırlanması və imzalanmasını təşkil edib.

Fəaliyyəti ilə əlaqədar bir sıra diplom və təşəkkürnamələr ilə təltif olunub.

2015-ci ilin 22 iyun tarixində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamı ilə "Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif edilib.

2016-ci ilin may ayında Paris Dövlət İdarəçilik Məktəbində "Yeni münasibətlər, administrasiya və vətəndaşlar” kursunu bitirib sertifikat alıb.

2017-ci ilin mart ayında Rusiya Federasiyası Federal məclisi Federal Şurasının sədri xanım Valentina Matviyenko tərəfindən imzalanmış "Parlamentarizmin inkişafı, qüvvətləndirilməsi, beynəlxalq münasibətlər və parlamentlərarası əməkdaşlığ yolunda gördüyü xidmətlərinə görə "MDB PA-25” medalı ilə təltif edilib.

2018-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin 100 illik yubileyi ilə bağlı Azərbaycan Respublikası Milli Məclisində yaradılmış gərargahda təşkilat qrupunun rəhbəri olub.

2019-cu ilin 9 iyul tarixində "Azərbaycan Respublikası diplomatik xidmət orqanlarının 100 illiyi” Azərbaycan Respublikasının yubiley medalı ilə təltif edilib.

Digər fəaliyyəti:

2000-ci ildə Strasburq, 2010-cu ildə Brüssel, 2012-ci ildə Ottava, 2016-ci ildə isə Paris şəhərlərində Azərbaycanın böyük təqdimatını keçirib və Ermənistan-Azərbaycan Dağlığ Qarabağ münaqişəsi haqqında geniş məlumat verib.

2003-cü ildə Britaniya Şahzadəsi Dianaya həsr edilmiş "İngiltərənin qızıl gülü” adlı kitabını dərc eləyib.

2008-ci ildə Azərbaycanda ilk dəfə Ümummilli Lider Heydər Əliyevin xatirəsinə həsr edilmiş dövlət qurumları arasında futbol turnirini təşkil edib, 2011-ci ildə isə ikinci dəfə təşkil edilmiş turnirin çempionu olub.

2013-cü ildə Azərbaycanda ilk dəfə "Azərbaycan Prezidenti kuboku” Beynəlxalq KVN festivalını təşkil edib.

2018-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin 100 illik yubileyinə həsr olunmuş parlament komandaları arasında beynəlxalq futbol turnirini təşkil edib.

Rus, ingilis, fransız və türk dillərini bilir.

Evlidir, bir qızı, bir oğlu var.
SON XƏBƏRLƏR
Azərbaycana səfər edən Türkiyə vətəndaşlarından 90 gün viza tələb olunmayacaq 14:16Siyavuş Novruzov Operativ Qərargahı tənqid etdi 13:51Azərbaycanda daha bir vəzifəli şəxs saxlanıldı 13:19“Zakir Həsənov da, Nəcməddin Sadıqov da dilimizdə danışa bilmir” - İTTİHAM 12:55“İyunda da işsizlərə 190 manat verilsin” – Deputat 12:05Bakıda klinika və ticarət obyektləri tikdirənlər kimlərdi? – Tanış ADLAR 11:38Azərbaycanda işsizlərin rəsmi statistikasının hazırlanması təklif edildi 11:17“Azərbaycanda impotent kişilərin sayı durmadan artır” – Məşhur həkim 10:35SON DƏQİQƏ! Azərbaycanda 100 % koronavirusun bitəcəyi yeni tarix açıqlandı-15 iyun... 09:53Azərbaycanda kənd NƏZARƏTƏ GÖTÜRÜLDÜ - VİDEO 08:47Azərbaycanda bu qadağalar ləğv olundu - SİYAHI 08:26Azərbaycanda koronavirusdan daha üç nəfər öldü, 202 xəstə sağaldı - RƏSMİ 17:12Maska taxmayanların CƏRİMƏSİ MÜƏYYƏNLƏŞDİ: 200 manat... 13:16İcra başçısının biznesinə nəzarət edən "Fedya" qəzada öldü - FOTO 12:42Balakənə xınayaxdıya gələn Çakır ailəsi geri döndü 11:33“Sülh danışıqları elə bərbad vəziyətdədir ki…” – Hərbi icmalçı Qarabağa lokal zərbələr endirməyi TƏKLİF EDİR 11:07SON DƏQİQƏ: Azərbaycan neftinin qiyməti dəyişdi 10:40Sabah Milli Məclisin iclası keçiriləcək – Gündəlikdə 11 məsələ var 09:49Ceyhun Bayramovun distant təhsil biabırçılığı - BACARMADI... 12:26A seriyasının BƏRPA TARİXİ DƏYİŞİB 10:38Bakı Baş Gömrük İdarəsində nə baş verir? - KƏNAN MƏMMƏDOV SAHİBKARLARI MÜFLİS EDİR 10:18Azərbaycan nefti 3 dollardan çox bahalaşıb - Şükür.. 09:57Pandemiya dövründə işdən çıxarılan bağça işçiləri GİLEY EDİR - "3 min manat istədilər" 09:27Prezident: "Azərbaycan Ordusu istənilən vəzifəni icra edə bilər" 09:00Mehriban Əliyeva Azərbaycan xalqını təbrik etdi 09:38Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasından 102 il ötür 08:39Vilyam Hacıyevlə bağlı işdə GƏLİŞMƏ - Bu maddələrlə ittiham olunur... 12:46Sabahın hava proqnozu açıqlandı: Duman, külək, çiskin 12:32Əli Həsənov və Vüqar Səfərli həbs edilə bilər - “Jurnalistlərin binası” ilə bağlı araşdırmalara başlanıldı 12:20“Prezident belə biabırçılığa dözən adam deyil” - Çingiz Abdullayev 11:56Həbs növbəsi hansı icra başçısındadır? - Proses davam edir... 11:41Qusar sakinləri başçıdan narazılıq edirlər - Müraciət... 10:01Karantin cərimələri tutulmağa başladı - Maaş, pensiya, əmlaka həbs... 09:50TRAMP “DƏRİN DÖVLƏT”in LİDERİYLƏ GÖRÜŞƏ BİLMİR: o, yenidən seçilmək üçün Pentaqonun bütün istəklərini yerinə yetirməyə başlayıb – ARAŞDIRMA 09:35LDU-da tələbələr etiraza qalxıb... - "...bu güzəştləri istəyirik" 09:22"Gilan Seramik" zavodunda nə baş verir - İTTİHAM 09:01Avropa məhkəməsindən Ramil Səfərovla bağlı qərar 13:02Məhəmməd Əmin Rəsulzadə yaşasaydı,ona nə deyərdiniz?- VİDEO SORĞU 12:36İtləri döyüşdürüb bir-birinə yedirirlər- DİN-dən AÇIQLAMA 12:17ÜST-dən XƏBƏRDARLIQ! - ''Qəti şəkildə kütləvi yığıncaqlar keçirmək, toplaşmaq halları olmaz” 11:59Bölgələrdə və Bakıda yenidən karantin rejimi sərtləşdirilir? - AÇIQLAMA 10:34Zidan Çempionlar Liqası tarixinin ən yaxşı baş məşqçisi seçildi 10:11Azərbaycanın bu kəndində 21 nəfər virusa yoluxdu 09:50Rusiyada helikopter qəzası – Ölənlər var 09:34Koronavirusla bağlı son STATİSTİKA 09:05İlham Əliyev Gürcüstan prezidentini təbrik etdi 13:47Şamaxı İH-nin işçisi koronavirusa yoluxdu – Başçı da karantinə alındı 13:22Sabah hava necə olacaq? – PROQNOZ 12:54Əhalinin nəzərinə - İyunun 5-də... 12:18Qurban bayramının vaxtı açıqlandı 11:53Bu şəxslərə hər ay 800 manat ÖDƏNİLƏCƏK QƏRAR VERİLDİ 11:3319 yaşlı oğlan özünü asdı – Ağstafada İNTİHAR 10:53Neft Daşlarında dalğanın hündürlüyü azaldı – FAKTİKİ HAVA 10:29SON DƏQİQƏ: Azərbaycanda ticarət mərkəzləri, restoranlar açılır - Operativ Qərargah 10:05Neft yenidən bahalaşıb - SON QİYMƏT 09:51Azərbaycan və Türkiyə prezidentləri arasında telefon danışığı olub 09:20Dövlət Gömrük Komitəsi nə zaman YOXLANILACAQ? - Sahibkarlar TƏLƏB EDİR 14:18