16 июл 10:23sosial / maraqli

Xalq Qarabağ üçün ayağa qalxdı, xainlər narahat oldu - nəticə və təhlillər

Xalq Qarabağ üçün ayağa qalxdı, xainlər narahat oldu - nəticə və təhlillər


İyulun 14-də Bakıda on minlərlə insan cəbhədə Vətən uğrunda mübarizəyə atılan hərbçilərimizə dəstək aksiyası keçirdi. Şəhərin müxtəlif küçələrindən başlayan həmrəylik yürüşü Şəhidlər Xiyabanı yaxınlığında-Milli Məclisin binası qarşısında davam etdirilib. “Qarabağ bizimdir, bizim olacaq”, “İrəli, Azərbaycan əsgəri” şüarları ilə keçən aksiya axşam saatlarından gecə saat 4-də qədər davam edib. İnsanların meydandan dağılışmağa başlamsından sonra təxribatçı qüvvələr yaranmış şəraitdən öz məqsədləri üçün istifadə etməyə çalışıb. Milli Məclisin binasını tutmağa cəhd edən və binaya daxil olan həmin provokatorlar insanların hərbçilərə dəstək aksiyasını başqa səmtə yönəltməyə çalışıblar. Nəticədə polis və daxili qoşunlar prosesə müdaxilə etməli olublar.

Xalq kütlələrinin döyüşən orduya dəstək, Tovuzda düşmən təxribatı nəticəsində şəhid olmuş əsgər və zabitlərimizin xatirəsini anmaq, əziz tutmaq məqsədilə spontan şəkildə meydanlara axışaraq izdiham yaratması, yürüş-mitinq keçirməsi, dövlətinin yanında olduğunu nümayiş etdirməsindən sanki hansısa məkrli qüvvələr narahat olublar və bütün dünyaya Azərbaycan xalqının Qarabağdan vaz keçməyəcəyi anonsunu verdiyi prosesə zərbə vurmaq üçün hərəkətə keçiblər.

Ekspertlər bildirir ki, bu qədər çoxsaylı insan kütlələrinin spontan şəkildə küçələrə, meydanlara axın edəcəyini nə hakimiyyət, nə də müxalifət gözləmirdi. Belə demək mümkünsə, hər iki qütbü təmsil edən siyasi qüvvələr buna hazırlıqlı deyildilər. Ona görə də kütlənin qarşısına çıxan olmadı.

O iddialar da var ki, kütləni xarici güclərin agentləri daha pis istiqamətə yönəldə bilərdi, necə ki buna cəhd edildi. Yoxladılar ki, azərbaycanlılar təxribata gedərmi? Çox şükürlər ki, xalqımız həmişə olduğu kimi bu dəfə də ayıq-sayıqlığı əldən vermədi. Ən əsas da xarici güclər, Rusiya, İran, ABŞ kimi bölgədə maraqları olan güclər gördü ki, azərbaycanlılar Qarabağ, işğaldakı torpaqlar mövzusunda güzəştsizdir.

Baş nazirin müavini, Yeni Azərbaycan Partiyası sədrinin müavini - icra katibi Əli Əhmədov facebook səhifəsində yazıb ki, bu yürüş həm də erməni quldur ordusuna, bütünlükdə işğalçılara Azərbaycanın gücünü, mətanətini və qətiyyətini nümayiş etdirdi. Gənc vətənpərvər insanlarımızın Azərbaycan Ordusuna dəstək yürüşü ordu-xalq birliyinin bariz ifadəsi, əsgərlərimizin Vətənimizin naminə rəşadətlərinin ilham mənbəyi kimi qürurverici hadisədir. Lakin bəzi məkrli qüvvələrin saf niyyətli vətənpərvər gənclərimizin Ordumuza və əsgərlərimizə mənəvi dəstək yürüşündən öz çirkin məqsədləri üçün istifadə etmək cəhdləri təəssüf doğurmaya bilməz. Yürüşün keçirildiyi bir vaxtda səsləndirilən təhrikçi çağırışlar, ictimai asayişi pozmaq cəhdləri kimlərinsə ölkədə sabitliyə zərbə vurmaq, xalqın birliyi və həmrəyliyinə nifaq salmaq arzusu olub, mahiyyət etibarilə düşmən dəyirmanına su tökməkdən başqa bir şey deyil: “Xalqımızın Vətən uğrunda həlak olan qəhrəmanlarını son mənzilə yola saldığı, əsgərlərimizin yağı düşmənlərinin hücumlarının qarşısını alıb onlara sarsıdıcı zərbələr endirdiyi həssas bir zamanda daxili sabitliyi pozmağa cəhd göstərənlərin əməlləri arxadan vurulan bıçağı xatırladır”.

Ə. Əhmədov “insanlarımızın xoşniyyətli yürüşündən bəd məqsədlərlə istifadə etmək, qarşıdurma yaratmaq, süni surətdə ictimai narazılıq toxumu səpmək yolu ilə xalqın birliyini pozmaq istəyənlərə ar olsun” - deyə qeyd edib: “Unutmasınlar ki, Vətənini, Xalqını, Dövlətini, Prezidentini ürəkdən sevən hər bir azərbaycanlı onlara qarşıdır, onlara nifrət edir. Bu isə on minlər, yüz minlər, milyonlar deməkdir”.

“Yeni Müsavat” Media Qrupunun rəhbəri Rauf Arifoğlu isə bildirdi ki, 14 iyulda Bakı küçələri öz ordusuna, onun Ali Baş Komandanına, dövlətinə dəstəyini ifadə edən minlərlə xalq nümayəndəsi ilə aşıb-daşırdı. Paytaxtın mərkəzi spontan yaranan xalq yürüşünə səhnə idi. Polis heç bir müdaxilə etmir, nümayişçilərdən biri imiş kimi davranırdı. Küçələrdəki xalq axını Şəhidlər Xiyabanından Milli Məclisin önündəki meydana yönəldi və orada birləşdi. İlk görüntülər möhtəşəm idi, qürurverici idi: “Hər yerdən ordumuza dəstək səsləri gəlirdi. ‘’Ali Baş Komandan, silah ver bizə’’, ‘’İrəli, irəli, Azərbaycan əsgəri’’, ‘’Şəhidlər ölməz, vətən bölünməz’’ şüarları insanlarımızın münasibətini və mitinqin gerçək mahiyyətini ifadə edirdi, xalqın Prezident və Ali Baş Komandan İlham Əliyevə inam və dəstəyi ortaya qoyulurdu.

Kütlənin lideri yox idi, təşkil olunmamışdı. Müxalifət liderlərindən bəziləri meydanda idilər, lakin kontingent onlarlıq deyildi, oradakı xalq, kütlə müxalifətin sosial, ya da elektoral bazasına heç uymurdu. Xalqın qarşısına iqtidardan da heç kim çıxmadı. Məncə, ən ciddi səhv bu idi.

Bu cür hallarda o kütlənin önünə dövlət çıxmayanda, adətən hər hansı təxribatçı elementlər orada təşəbbüsü ələ alır.

Xeyli keçəndən sonra, gerçəkdən də təxribatçı ünsürlər şüarlar səsləndirərək fəallaşmağa başladılar. Bunu ara-sıra kəsilən canlı yayınlardan da açıq sezmək mümkün idi. Zaman gecəyə doğru irəlilədikcə səmimi xalq kütlələri azalır, hər kəs evinə gedir, fərqli ideologiyalar və maraqlara xidmət edən qrupların sayı isə əksinə, artırdı. Canlı yayın həyata keçirən bəzi güclü resursların yayınlarının altında konkret və ünvanlı çağırışlar gedirdi.

Meydanda təxribatçıların kritik kütləsi düzələn kimi hərəkətə keçdilər. Ermənilərin gözünü çıxardan, bizi qürurlandıran bir aksiyanı ləkələməyi bacardılar. Milli Məclisin binası işğal olundu. Canlı yayında Milli Məclisin foyesində ‘’Allahu-Əkbər’’ şüarları qışqıran gənclər peyda oldular. Allah böyükdür və şəriki yoxdur! Hamımızın təvəkkülü də onadır! Lakin niyə Milli Məclisin işğalı məhz bu şüarla həyata keçirildi? Niyə xarici ölkələrə bağlı internet yayın qurumları məhz seçib onları çəkir, dövlətin, ölkə rəhbərliyinin əleyhinə danışan 4-5 qərəzli şəxsi dəfələrlə və ard-arda efirə alırdı?

AXP sədri Pənah Hüseyn bildirdi ki, 14 iyulda keçirilən dinc yürüşlər və meydan aksiyası düşmənə də, dosta da, bütün dünyaya da göstərdi ki, Azərbaycan xalqı, Azərbaycan cəmiyyəti küllü halında Qarabağ uğrunda Vətən müharibəsinə, ölüm-dirim savaşına hazırdır, diridir, Qarabağ məsələsində birdir, bir yerdədir: “Fakt odur ki, iyulun 14-də Bakının müxtəlif yerlərində, o cümlədən rayonlarda keçirilən aksiyalarda on minlərlə insan iştirak elədi. Bu on minlərlə insanın mütləq əksəriyyəti hər hansı bir sifariş olmadan, həqiqətən son günlər cəbhədə yaranmış vəziyyətə, şəhidlərimizin olmasına və uzun müddətdən bəri torpaqlarımızın işğalda saxlanmasına bir etiraz, ordumuza dəstək nümayiş etdirdilər. İnsanlar küçələrə, meydanlara məhz bunun üçün çıxmışdılar. İnsanların vətən uğrunda canlarından keçməyə hazır olduqları iradəsini mən o aksiyalarda müşahidə elədim. Baş verənlərin mahiyyəti bundan ibarətdir.

Milli Məclisin önündə insanların mütləq əksəriyyəti qeyri-siyasi şüarlarla çıxış edirdi. 30-40 adamın təkbir şüarları səsləndirməsi isə həmişə aksiyalarda müşahidə olunur. Orada mikrofon qoymaq lazım idi. Bu qədər insan kütləsinin olduğu yerlərdə mütləq kütlənin qarşısında kimlərsə danışmalıdır, oradakı rəylər, tələblər formulə olunmalıdır və ümumiyyətlə, proses idarəolunan məcraya yönəldilməlidir. Bütün bunlar olmadığı üçün sonda xoşagəlməz hadisələr yaşandı. Çox təəssüf ki, dövlət vəzifəlilərindən demək olar ki, heç kəs kütlənin qarşısına çıxıb prosesləri idarəolunan məcraya yönəltmədi. Ümumiyyətlə isə çox dinc, aqressiv olmayan ovqatda davam edirdi, gecə saatlarında meydandan gedənlər də var idi, yeni gələnlər də. Saat 4-ə qədər meydana insanların daxil olması davam edirdi. Meydanın özü-özünə başlayıb, özü-özünə də qurtaracağını düşünənlərin hesablarını gecə saat dördə qədər yeni-yeni gələnlərin olması pozdu. Yeni gələnlərin ovqatı tədbirin əvvəlindəki ovqata qayıdırdı. Ümumən, hüquq-mühafizə orqanları çox tolerantlıq göstərdilər, daha doğrusu, qanunda nəzərdə tutulmuş formaya uyğun olaraq davrandılar sonda baş verənlərə. Bu qədər çoxsaylı insanın iştirak elədiyi, Bakının demək olar bütün yerlərində uzun məsafəni küçələrdə yürüşlərin olmasına baxmayaraq hüquqazidd hər hansı hərəkətin olmaması da insanlarımızın mütləq əksəriyyətinin vətən eşqi ilə küçə və meydanlara çıxmasının əlaməti idi".

Deputat Azay Quliyev də bildirdi ki, ərazilərimizin işğaldan azad olunması üçün Ali Baş Komandanın əmri ilə döyüşmək istəyən, ordumuza coşqulu dəstək verən, şəhidlərimizin ruhunu uca tutan və düşmənə gözdağı olan minlərlə vətənpərvər insanımız dünən küçələrə axışaraq ümummilli həmrəylik nümayiş etdirdilər, işğalla barışmayacaqlarını və vətən müharibəsində dövlətə hər cür dəstək verməyə hazır olduqlarını bildirdilər: “Epidemioloji vəziyyətin ağır olmasına baxmayaraq Azərbaycan polisi nəinki bu aksiyanın qarşısını almadı, əksinə, onun təhlükəsizliyini təmin edərək yol boyu şəhidlər xiyabanına və parlament bunasının qarşısına kimi müşahidə etdi, bəzən də vətəndaşlara qoşulub milli şüarlar səsləndirərək onlara dəstək verdi. Belə bir mənzərəni görmək həqiqətən qürurverici idi.

Lakin təəssüflər olsun ki, dövlətə və orduya bu cür coşqulu dəstək aksiyasından ciddi təşvişə düşən düşmənlərimiz dərhal hərəkətə keçərək öz təxribatçı qüvvələrini insanların arasına yeritdilər, dünyaya və işğalçı Ermənistana sərt mesajları çatdırmağa və milli birliyi nümayiş etdirməyə nail olan vətənpərvər insanların duyğularını istismar edərək onları aksiya başa çatdıqdan sonra dağılışmağa qoymadılar. Gecə saat 04 radələrinə kimi parlament binasının qarşısında saxladılar, dövlət rəsmilərinin və polisin çox nəzakətlə “dağılışın” xahişinə əməl etmədilər. Sonra özlərinin məkrli və təhlükəli planını işə salaraq parlament binasına zorla daxil olaraq aksiyanı dövlətin əleyhinə yönəltməyə, polisə qarşı güc tətbiq etməyə və iğtişaş yaratmağa cəhd etdilər.

Bizim üçün tanış olan bu planın məqsədi 90-cı illərin əvvəllərində olduğu kimi, Bakıda siyasi böhran və hərci-mərcilik yaratmaq, diqqəti və bütün resursları cəbhədən paytaxta yönəltmək və millətimizə növbəti faciələri yaşatmaqdan ibarət idi. Dövlətimizin soyuqqanlı və peşəkar davranışı düşmənlərin bu planını darmadağın etdi".

Deputat Razi Nurullayev də bildirib ki, küçələrə axışan insanların əksəriyyəti ürəyində Qarabağın nisgilini daşıyanlar, şəhid olmuş əsgər və zabitlərimizə görə göz yaşı tökən vətəndaşlarımızdır. Amma insan seli çoxalanda o, artıq kütləyə çevrilir və o da öz gücünü, emosiyalarını önə çıxıb idarə etmək istəyənlərə təhvil verərək bir alətə çevrilir. Artıq bu gücü necə idarə etmək, yönləndirmək idarə edənlərin özlərinin hansı məqsədə, hansı qüvvəyə qulluq etməsindən asılıdır: “Parlamentə zorla daxil olmaq, polislə münaqişəyə getmək, maşınını aşırmaq biabırçılıqdır. Millətin dərdi böyükdür, onun üzərinə niyə yeni dərd gətirmək istəyənlər var? Axı polislər sizinlə birlikdə addımlayırdı və maneçilik də törətmirdi. Bu qüvvəni pis yöndə idarə edənlər, məsələni siyasi mübarizə və az qala hakimiyyət dəyişikliyi müstəvisinə daşıyanlar məsuliyyət daşıyırlar və bu aydın ediləcək. Millətimizi birliyə, bir olmağa və erməni qəsbkarlarına qarşı amansız mübarizəyə səsləyirəm. Amansız mübarizənin isə xəritəsini dövlət cızır, Prezident müəyyən edir, biz yerinə yetiririk. Təklif verək, tələb qoyaq, amma qanunsuz hərəkətlərə yol verib ölkəmizi təhlükə altında qoymayaq”.

VHP sədri, deputat Sabir Rüstəmxanlı isə bildirdi ki, Azərbaycan son günlər ağır, amma eyni zamanda bu ağırlığın içərisində qürurlu günlər yaşayır. İllərdir ki, Azərbaycan xalqının yatıb yorulduğunu, savaşa gedə bilməyəcəyini düşünən hər kəsə sübut olundu ki, insanlarımız heç vaxt torpağının Ermənistana bağışlanması ilə razılaşmayacaq və savaşa hər zaman hazırdır.

S.Rüstəmxanlının sözlərinə görə, 1988-ci illərdən bu yana olduğu kimi, hələ də biz təxribatçı qüvvələri görürük. Bu qüvvələr belə gözəl hadisəyə kölgə saldılar, Milli Məclisin şüşələrini qırdılar, içəri basqın etdilər. Şübhəsiz ki, bu əməl yürüşün mahiyyətini dəyişməyə cəhd idi: “1988-ci ildə də xalq Milli Məclisi mühasirəyə alıb, içəri daxil olmaq istəyirdi. Amma onda millət bunu ona görə edirdi ki, içərdəki kommunist rejiminin nümayəndələri müstəqilliyi qəbul etsinlər. İndi müstəqillik, savaş meydanı Ermənistanla sərhəd olan yerdədir, Milli Məclisdə deyil”.
“Yeni Müsavat”
SON XƏBƏRLƏR
Düşmən atəşkəsi iriçaplı pulemyotlarla pozub 09:16Dünyada koronavirusdan sağalanların sayı 13 milyonu keçdi - STATİSTİKA 08:45Bir sıra buraxılış və qəbul imtahanlarının nəticələri bəlli oldu 08:31Sumqayıtda mağazada yanğın 08:13İrem Derici: “Sevgi münasibəti təkcə qarşı cinslə yaşanmaz” 07:55Aynişan həyat yoldaşından ayrılıb? 10:23Lukaşenko 80,23 faiz səslə qalib gəldi 10:20Gələn həftə Məhərrəm ayı başlayır 09:36Dövlət gələcək xatirinə bu “yük”ün altına girəcəkmi? - “Uşaq pulu”na xərclənəcək 1-1,5 milyard... 09:13Bu gündən bu sahələrin fəaliyyətinə icazə verilir 08:26Bu gündən bu sahələrin fəaliyyətinə icazə verilir 08:21Azərbaycanda 1 həftəyə koronavirus belə azaldı 08:10Nazirdən işsiz şəxslərə müjdə 10:44Baş nazirdən anons: hansı qadağalar ləğv ediləcək? 10:37Beyrut partlayışı Qarabağa sıçraya bilərmi? - Video 09:51Gecə cəbhədə nə baş verib? - Nazirlik məlumat yaydı 09:18Neft yenidən ucuzlaşdı 09:11Livan ermənilərinin Qarabağa köçü: məkrli plan, yoxsa blef... - TƏHLİL 08:49Bu gün Milli Məclisin növbədənkənar sessiyası başa çatır 08:31icaze.e-gov.az portalından icazələr bu formada alınacaq - Diqqət! 09:54İriçaplı pulemyotlar işə düşdü - Atəşkəs yenidən pozuldu 09:30Beyrutdakı dəhşətli partlayışın səbəbi məlum oldu - VİDEO 08:59Neft bahalaşdı 08:21Penitensiar xidmətin rəisi dənizi "işğal" edib, yolu bağlayıb - Sakinlərdən şikayət 14:10Deputatlar gəlirlərini açıqlayacaqmı? - “YAP-dan göstəriş olsa, hesabat verərəm...” 13:41Türkiyənin F-16 qırıcıları Naxçıvandan İrəvana hava zərbəsini məşq etdi? - RUSİYA MƏNBƏLƏRİ 12:59"Tamam başlarını itiriblər..." - "Kapital Bank"dan şikayətlər artır 12:35“Sevimli dad”ın sosiskasından qurd çıxdı - FOTOFAKT 11:58Baş metroçu da pulları belə xırıd edir - Sənəd-sübut... 09:38Ermənilər növbəti dəfə Tovuzu atəşə tutdu 09:30Göygöl sakininin evindən narkotik və sursat tapılıb 14:37Azərbaycana qardaş dəstəyi Qarabağı bizə qaytararmı? - TƏHLİL 14:02Sahil Babayevin işçiləri narazılıq yaradır - GİLEY 13:32İsmayıl Hüseynovu hansı güc qoruyur? - DTX-nın həbs etdiyi şəxs gömrük generalının qohumudur... 12:13Şirəliyev “Epidbiomed” şirkətini necə "yemləyib" - ŞOK FAKTLAR 11:29İlham Əliyevdən Qurban Bayramı ilə bağlı paylaşım - FOTO 11:06Daşkəsəndə NƏ BAŞ VERİR? - QALMAQAL 10:33"4 aylıq maaşımı ala bilmirəm" - GİLEY 09:43Mehriban Əliyeva Azərbaycan xalqını təbrik etdi - FOTO 09:07Masallıda QANLI OLAY: Ata və oğlu güllələndi 10:55Dərslər nə vaxt və necə başlayacaq? - “Müxtəlif versiyalar üzərində müzakirələr gedir” 09:59Müdafiə Nazirliyi cəbhədəki son vəziyyət barədə məlumat yaydı 09:29Təhlükəli asılılıq: Rus çörəyinə bu qədərmi möhtacıq? - GƏLİŞMƏ 09:06Bakıda avtomobil səkiyə çırpılıb yandı 08:41Bu gün 10 şəhər və rayonda buraxılış imtahanları keçiriləcək 08:19Bakıda su problemi: Tələbat kəskin artıb, ehtiyat azalıb - AÇIQLAMA 12:37Prezident İsmayıllıda modul tipli xəstəxananın açılışında - FOTO 12:00Muğanlı-İsmayıllı-Təzəkənd-Ağbulaq-Qoşakənd avtomobil yolu istifadəyə verilib - FOTO 11:42Azərbaycanda əsgər bədbəxt hadisə nəticəsində vəfat etdi - RƏSMİ 11:29İlham Əliyev İsmayıllıya getdi 10:42Bakı polisindən imtahanlarla bağlı AÇIQLAMA - FOTO 10:25Prezident Qobustanda modul tipli xəstəxananın açılışında 09:47Baş Prokurorluq bu İcra Hakimiyyətində əməliyyat keçirdi - Saxlanılanlar var (YENİLƏNİB) 09:24Növbəti buraxılış imtahanları keçirilir 08:38Azərbaycanın meyvə-tərəvəz ixracının 90 faizi Rusiya bazarının payına düşür 08:35Dünyanın ən yaxşı restoranlar siyahısı açıqlanıbv 08:06Prezident yeni baş konsul təyin etdi 11:40