25 июл 12:34sosial / gundem

İntihar halları niyə artıb? – PSİXOLOQDAN İZAH

İntihar halları niyə artıb? – PSİXOLOQDAN İZAH

Aylardır, davam edən karantin rejimi insanların səbr kasasını doldurub. Pandemiyanın yaratdığı panika, bir çox iş yerlərinin bağlanması, havaların isti keçməsi azmış kimi ard- arda sərt karantin rejiminin tətbiqi cəmiyyətdə ciddi narazılıq doğurur.
Mütəxəssislərin fikrincə, karantin rejiminin yenidən iki həftə uzadılması psixi pozuntuların artmasını daha da sürətləndirəcək. Çünki insanlar ümid edirdilər ki, yenidən normal həyatlarına dönəcəklər. Lakin karantinin yenidən uzadılması insanlarda ruh düşkünlüyü yaratdı.
Karantin rejiminin ən böyük fəsadlarından biri panik atakların yaranması, intiharların baş verməsidir. Depressiv vəziyyətdə olanlar çıxış yolunu canlarına qıymaqda görürlər. Bunu son günlər intihar hallarının artması bir daha sübut edir.

Xüsusilə gənclər canlarına qıyıb bununla sanki bir mesaj verirlər. Qeyd edək ki, dünən Bakıda bir gündə üç nəfər intihar edib. Bu barədə hüquq-mühafizə orqanlarından məlumat verilib. Nərimanov rayonu, Orucəliyev küçəsində, 22 iyul saat 18:00 radələrində 2000-ci il təvəllüdlü R.Kazımov özünü asıb.

Onun keçmiş hərbi prokurorun oğlu olduğu bildirilir. Suraxanı rayonunda 1981-ci il təvəllüdlü Bülbülə qəsəbə sakini A.Eyyubov da eyni üsulla intihar edib.Xəzər rayonunun Qala qəsəbəsində isə 1986-cı il təvəllüdlü A.Bəylərov evinin zirzəmisində özünü asıb. Hər üç fakt rayon prokurorluqları tərəfindən araşdırılır.

Vəziyyəti şərh edən psixoloq Azad İsazadə “Sherg.az”a açıqlamasında bildirib ki, stress, qorxulu, həyəcanlı informasiya ilə rastlaşanda sözsüz ki, ilk reaksiya özümüzü qoruma və qorxu reaksiyası olur.Onun sözlərinə görə, insanların böyük hissəsi uzun müddət qorxu içində yaşaya bilmir. Ona görə də yaşamaq istəmir, qəfildən intihara əl atır:

“Çoxumuz qorxuya, təhlükəyə sadəcə öyrəşirik və bu vəziyyətdə yaşamağa başlayırıq. Bəziləri isə ümumiyyətlə, təhlükəni, mənfi informasiyanı qəbul etmək istəmir. Təhtəlşüurda qorxulu informasiyaları bloka salırlar.

Onlar hesab edirlər ki, gözləmək insanı daha çox üzür, nəinki hadisənin özü. Uzun müddət, oturub gözləmək əsəb və ürək-damar sisteminə təsir edir. İnsanların şəkəri, təzyiqi qalxır. Hər gün virus haqqında məlumatların gəlməsi davam edir”.

Psixoloq qeyd edib ki, hamımız virusun təsiri altında yaranmış psixoloji gərginlik içərisində yaşayırıq:

“Pandemiya nə zaman qurtaracaq heç kim bilmir. Söhbət Azərbaycandan getmir. Dünyada heç kim bilmir ki, nə baş verəcək. Çıxış yollarını da tapa bilmirlər. İnandığımız, ümid elədiyimiz ölkələr belə bacarmırlar. Bütün bunlar şüuraltına yerləşir. Nəticədə xoşagəlməz sonluqlar olur”.
SON XƏBƏRLƏR
Soydaşlarımıza qarşı erməni təxribatları davam edirmi? - GƏLİŞMƏ 12:11Toy mərasimlərinə icazə verilməsi ilə bağlı RƏSMİ AÇIQLAMA 11:37“Polad Bülbüloğlunu Moskvaya kef çəkməyə, mahnı oxumağa göndərməmişik” - İTTİHAM 11:18Ağcabədinin də öz oliqarxları var... - İDDİA 10:58Oliqarxın deputat kürəkəni Komitə sədri olur? - Açıqlama 10:53Qafqaz Konserv zavodu Xaçmazın başbəlasına çevrilib... - NARAZILIQ... 10:05“Şərab biznesmeni” olan səfir üçün həbsxana yolu görünür - İDDİA 09:26“Dərslərin təşkilinə dair hibrit variant da var» - Ekspertdən iddia 09:05İrəvanda köç tələbi, Qarabağa fürsət... - TƏHLİL 08:48"Eldorado"da dövlətin qanunları işləmirmiş... - "Qardaş, obyekt mənimdi, özüm bilərəm" 11:18Aldanmış əmanətçilərin problemi yoluna qoyulacaqmı? - GƏLİŞMƏ 10:35İcra Hakimiyyəti milli–mənəvi dəyərlərə etinasız yanaşır - Qaxda ACINACAQLI MƏNZƏRƏ 10:06O da bacarmadı... - Deputatlığı da nümunəvi olmamışdı... 09:42Cavid Qurbanov onlara vəd versə də, sözünü tutmayıb... - ETİRAZ 09:23XİN-də şok korrupsiya yemi: - diplomatlarla pullar kimlərin seyfində? 08:56Təhsil Nazirliyinin ŞOK TENDERİ: - Aparatın mebel və jalüzünə 1.6 milyon xərcləyəcək 08:35"Bundan sonra "İrşad Telekom"dan heç nə almayacam..." - Müştəri digər alıcıları da uyardı 07:51Novruz Aslanov seçiciləri qəbul edib 16:5215 yaşlı qızı hamilə qoyan müəllimin cəzası nə qədər arta bilər? - “Belə yüngül cəzaya rast gəlməmişəm” 11:30Prezident İlham Əliyev Rusiya Prezidentinə NƏLƏRİ DEDİ? - TƏFƏRRÜAT 11:05Neft ucuzlaşıb 08:48“Rusiya bundan sonra da Ermənistanı silahlandıracaq” - Kremlin davranışına Bakıdan təpkilər 08:13“Azərbaycanda ikinci dalğa olmayacaq!” - Elmi araşdırma... 07:49Düşmən atəşkəsi iriçaplı pulemyotlarla pozub 09:16Dünyada koronavirusdan sağalanların sayı 13 milyonu keçdi - STATİSTİKA 08:45Bir sıra buraxılış və qəbul imtahanlarının nəticələri bəlli oldu 08:31Sumqayıtda mağazada yanğın 08:13İrem Derici: “Sevgi münasibəti təkcə qarşı cinslə yaşanmaz” 07:55Aynişan həyat yoldaşından ayrılıb? 10:23Lukaşenko 80,23 faiz səslə qalib gəldi 10:20Gələn həftə Məhərrəm ayı başlayır 09:36Dövlət gələcək xatirinə bu “yük”ün altına girəcəkmi? - “Uşaq pulu”na xərclənəcək 1-1,5 milyard... 09:13Bu gündən bu sahələrin fəaliyyətinə icazə verilir 08:26Bu gündən bu sahələrin fəaliyyətinə icazə verilir 08:21Azərbaycanda 1 həftəyə koronavirus belə azaldı 08:10Nazirdən işsiz şəxslərə müjdə 10:44Baş nazirdən anons: hansı qadağalar ləğv ediləcək? 10:37Beyrut partlayışı Qarabağa sıçraya bilərmi? - Video 09:51Gecə cəbhədə nə baş verib? - Nazirlik məlumat yaydı 09:18Neft yenidən ucuzlaşdı 09:11Livan ermənilərinin Qarabağa köçü: məkrli plan, yoxsa blef... - TƏHLİL 08:49Bu gün Milli Məclisin növbədənkənar sessiyası başa çatır 08:31icaze.e-gov.az portalından icazələr bu formada alınacaq - Diqqət! 09:54İriçaplı pulemyotlar işə düşdü - Atəşkəs yenidən pozuldu 09:30Beyrutdakı dəhşətli partlayışın səbəbi məlum oldu - VİDEO 08:59Neft bahalaşdı 08:21Penitensiar xidmətin rəisi dənizi "işğal" edib, yolu bağlayıb - Sakinlərdən şikayət 14:10Deputatlar gəlirlərini açıqlayacaqmı? - “YAP-dan göstəriş olsa, hesabat verərəm...” 13:41Türkiyənin F-16 qırıcıları Naxçıvandan İrəvana hava zərbəsini məşq etdi? - RUSİYA MƏNBƏLƏRİ 12:59"Tamam başlarını itiriblər..." - "Kapital Bank"dan şikayətlər artır 12:35“Sevimli dad”ın sosiskasından qurd çıxdı - FOTOFAKT 11:58Baş metroçu da pulları belə xırıd edir - Sənəd-sübut... 09:38Ermənilər növbəti dəfə Tovuzu atəşə tutdu 09:30Göygöl sakininin evindən narkotik və sursat tapılıb 14:37Azərbaycana qardaş dəstəyi Qarabağı bizə qaytararmı? - TƏHLİL 14:02Sahil Babayevin işçiləri narazılıq yaradır - GİLEY 13:32İsmayıl Hüseynovu hansı güc qoruyur? - DTX-nın həbs etdiyi şəxs gömrük generalının qohumudur... 12:13