25 июл 13:32sosial / gundem

Amerikalılar erməniləri niyə məyus etdi? - TƏHLİL

Amerikalılar erməniləri niyə məyus etdi? - TƏHLİL

Bəli, dostlar, demək olar ki, ilk baxışda tamamilə inanılmaz bir hadisədir: belə məlum olur ki, ermənilər nəinki bizə qarşı növbəti 907-ci düzəliş qəbul etdirə bilmədilər, əksinə, amerikalı konqresmenlər Azərbaycanın suverenliyinə və ərazi bütövlüyünə tam, birmənalı dəstək verdilər.

Ümumiyyətlə, qeyd etmək lazımdır ki, bu il təkcə özünün pandemik problemlərilə yadımızda qalmadı, cari il həm də onunla yaddaşlara həkk olundu ki, bir sıra beynəlxalq aktorlar–dövlətlər və institutlar bizim ərazi bütövlüyümüzə dəstək ifadə edən qətnamələr qəbul etdilər və bu sənədlərdə birmənalı şəkildə Azərbaycanın ərazi bütövlüyü müdafiə olunur. Məsələn, bu yaxınlarda Avropa İttifaqı (Aİ) belə bir qətnamə ilə çıxış etmişdi.

Vurğulayaq ki, Dağlıq Qarabağ probleminin otuz iki illik tarixində oxşar hadisələr elə də çox olmayıb. Yox, beynəlxalq təşkilatlar, dünyanın nüfuz sahibi olan dövlətləri Gürcüstanın, Moldovanın, son ilərdə isə Ukraynanın ərazi bütövlüyünə birmənalı dəstək ifadə etdikləri bir halda Azərbaycanla bağlı axımlı, amorf ifadələrdən istifadə edir və uzağı, bizi dialoqu davam etdirməyə, Minsk prosesinin “prinsiplərinə və fəlsəfəsinə” əməl etməyə çağırırdılar.

Amma Azərbaycanın rəhbərləri və yaxud da diplomatları son illərdə, demək olar ki, bütün tərəfdaş ölkələrdən və təşkilatlardan Azərbaycanın suverenliyiinə və ərazi bütövlüyünə birmənalı dəstək tələb edir və əksər hallarda buna nail olular. Ayrı-ayrı dövlətlər bir yana, demək lazımdır ki, BMT, İƏT, Qoşulmama Hərəkatı və s. kimi çox böyük təşkilatlar artıq dəfələrlə oxşar bəyanatlarla çıxış ediblər.

Bilavasitə Minsk Qrupunun həmsədrlərinə gəldikdə, burada məsələ bir az qəlizdir. Bir neçə il bundan əvvəl, Azərbaycanın ərazi bütövülüyü haqda məsələ birbaşa BMT TŞ –da müzakirə olunarkən, həmsədr-turistlər yalnız bitərəf qalmış, nə Bakını, nə də İrəvanı müdafiə etməmişdilər.

Ola bilsin, bu cür “neytrallıq” hansısa mənada üç həmsədrin “prinsip”lərinə və yaxud da “məntiq”inə uyğun gəlir, çünki formal baxımdan onlar etiraz edə bilərlər ki, ağalar, axı Dağlıq Qarabağın statusu hələ müəyyən olunmayıb!

Amma məsələnin canı da məhz bundadır: görəsən, Minsk Qrupunun həmsədrləri Qarabağ konfliktini hansı bazis prinsiplərin əsasında həll etməyə və Dağlıq Qarabağın statusunu necə, nəyə istinadən müəyyən etməyə çalışırlar?

Xatırladaq ki, Azərbaycan BMT-yə üzv qəbul edilərkən heç bir qeyd – filan olmayıb: Azərbaycan Sovet Sosialist Respublikasının o dövrdəki sərhədləri yeni Azərbaycan dövlətinin də beynəlxalq sərhədləri kimi qəbul olunub! Sonra da bu məntiq tamam qüvvədə qalıb. Məlum olduğu kimi, BMT TŞ erməni təcavüzkarlığını pisləyən dörd qətnamə qəbul edib və həmin sənədlərdə işğal olunmuş ərazilər Azərbaycan əraziləri kimi qeyd edilib və ermənilərdən onları birmənalı şəkildə tərk etmək tələb olunub.

Buradan iki nəticə çıxarmaq olar. Birincisi, işğal olunmuş ərazilər Azərbaycan əraziləri kimi tanınır. İkincisi, onların qeyd-şərtsiz, heç bir şərt olmadan azad olması tələb edilir. Amma ən azı son iyirmi ildə nə baş verir? Həmsədrlər münaqişəni çözmək üçün yeni bazis prinsiplər axtarmaqla məşğuldurlar!

Dağlıq Qarabağı birmənalış şəkildə Azərbaycan ərazisi elan etmək və onun statusunu da bu müstəvidə axtarmaq, Azərbaycanın ərazi bütövlüyünü və sərhədlərini əsas kimi götürmək əvəzinə həmsədrlər oyuncaq DQR-nın statusunu müəyyən etmək üçün başqa “kriteriya”lar axtarırlar.

Məhz bunun nəticəsində konfliktin həllinin iki variantı meydana çıxıb: mərhələli və paket variantları! Məhz bunun nəticəsində on illərdir ki, biz siyasi və diplomatik dalana dirənmişik...

Bəli, eyni sözləri işğal olunmuş rayonlar haqqında da demək mümkündür. BMT qətnamələri onların dərhal və qeyd-şərtsiz azad olunmasını tələb edir. Amma reallıqda nə baş verir? Ermənilər deyir ki, işğal olunmuş bu rayonların azad olması onlar üçün təhlükəsizlik məsələsidir – guya ki, bu rayonlar Dağlıq Qarabağın təhlükəsizliyini təmin etmək üçün lazımdır onlara və elə bu səbəbdən də onların azad olmasını Dağlıq Qarabağın statusunun irəlicədən müəyyən edilməsilə şərtləndirirlər.

Beləliklə, danışıqlar prosesi neçə illərdir ki lap “şeytan çarxı”na çevrilib. Amma bir maraqlı detalı unutmaq olmaz: belə bir təəssürat yaranır ki, dünyanın böyük gücləri və beynəlxalq institutlar tədricən “yuxu”dan ayılırlar. Bu prosesdə aparıcı Qərb ölkələrinin özlərinin də təcrübəsi heç də az rol oynamır: axı orada da separatizmin ən müxtəlif modifikasiyalarına rast gəlmək mümkündür...

Aparıcı ölkələr və beynəlxalq təşkilatlar gözəl başa düşür ki, bu separatçı tendensiyalar arzuolunmaz və zəncirvari proseslərə apara bilər. Üstəlik, planetar və ya qlobal təfəkkür oxşar problemlərin fərqli həllini diqtə edir: zaman keçdikcə demokratiya dalğası bütün ölkələri bürüyəcək, insan azadlıqlarına və haqlarına hər yerdə əməl olunacaq, ölkələrin sərhədləri daha şəffaf olacaq, dörd fundamental azadlıq – işçi qüvvəsinin, kapitalın, xidmətin və məhsulların sərbəst yerdəyişməsi təmin olunacaq. Bax, onda bu gün mövcud olan etnik və dini münaqişələr olmayacaqdır. Böyük dövlətlər də bu və ya digər şəkildə separatizmə dəstək vermək siyasətini son verəcəklər, çünki belə deyim var: bumeranqların geri qayıtmaq adəti var...

Əlbəttə, bu sonuncular bir az perspektiv xarakterli məsələlərdir. Hələliksə əsas odur ki, Tovuz istiqamətində atəşkəs, demək olar, təmin olunub. Amma biz bu müstəvidə əsas məsələni həll etməmişik – oxşar insidentlər, Dağlıq Qarabağdan kənar hərbi toqquşmalar hər an təkrarlana bilər. Biz bunun qarşısnı ala biləcək addım ata bilməmişik. Elə bu səbəbdən də N.Paşinyan qudurub: indi də hansısa “şərt”lər irəli sürür və öz dılğır personasını “qalib ölkə”nin lideri kimi təqdim edir...

Amma bizə elə gəlir ki, vəziyyət getdikcə bizim xeyrimizə dəyişəcək, lap bir Türkiyə şərqisində deyilən kimi: biz də yıxıla-yıxıla, əlimizi-ayağımızı daşla-kəsəklə əzə-əzə ayağa durmağı, yeriməyi öyrənəcəyik!
Hüseynbala Səlimov
SON XƏBƏRLƏR
Soydaşlarımıza qarşı erməni təxribatları davam edirmi? - GƏLİŞMƏ 12:11Toy mərasimlərinə icazə verilməsi ilə bağlı RƏSMİ AÇIQLAMA 11:37“Polad Bülbüloğlunu Moskvaya kef çəkməyə, mahnı oxumağa göndərməmişik” - İTTİHAM 11:18Ağcabədinin də öz oliqarxları var... - İDDİA 10:58Oliqarxın deputat kürəkəni Komitə sədri olur? - Açıqlama 10:53Qafqaz Konserv zavodu Xaçmazın başbəlasına çevrilib... - NARAZILIQ... 10:05“Şərab biznesmeni” olan səfir üçün həbsxana yolu görünür - İDDİA 09:26“Dərslərin təşkilinə dair hibrit variant da var» - Ekspertdən iddia 09:05İrəvanda köç tələbi, Qarabağa fürsət... - TƏHLİL 08:48"Eldorado"da dövlətin qanunları işləmirmiş... - "Qardaş, obyekt mənimdi, özüm bilərəm" 11:18Aldanmış əmanətçilərin problemi yoluna qoyulacaqmı? - GƏLİŞMƏ 10:35İcra Hakimiyyəti milli–mənəvi dəyərlərə etinasız yanaşır - Qaxda ACINACAQLI MƏNZƏRƏ 10:06O da bacarmadı... - Deputatlığı da nümunəvi olmamışdı... 09:42Cavid Qurbanov onlara vəd versə də, sözünü tutmayıb... - ETİRAZ 09:23XİN-də şok korrupsiya yemi: - diplomatlarla pullar kimlərin seyfində? 08:56Təhsil Nazirliyinin ŞOK TENDERİ: - Aparatın mebel və jalüzünə 1.6 milyon xərcləyəcək 08:35"Bundan sonra "İrşad Telekom"dan heç nə almayacam..." - Müştəri digər alıcıları da uyardı 07:51Novruz Aslanov seçiciləri qəbul edib 16:5215 yaşlı qızı hamilə qoyan müəllimin cəzası nə qədər arta bilər? - “Belə yüngül cəzaya rast gəlməmişəm” 11:30Prezident İlham Əliyev Rusiya Prezidentinə NƏLƏRİ DEDİ? - TƏFƏRRÜAT 11:05Neft ucuzlaşıb 08:48“Rusiya bundan sonra da Ermənistanı silahlandıracaq” - Kremlin davranışına Bakıdan təpkilər 08:13“Azərbaycanda ikinci dalğa olmayacaq!” - Elmi araşdırma... 07:49Düşmən atəşkəsi iriçaplı pulemyotlarla pozub 09:16Dünyada koronavirusdan sağalanların sayı 13 milyonu keçdi - STATİSTİKA 08:45Bir sıra buraxılış və qəbul imtahanlarının nəticələri bəlli oldu 08:31Sumqayıtda mağazada yanğın 08:13İrem Derici: “Sevgi münasibəti təkcə qarşı cinslə yaşanmaz” 07:55Aynişan həyat yoldaşından ayrılıb? 10:23Lukaşenko 80,23 faiz səslə qalib gəldi 10:20Gələn həftə Məhərrəm ayı başlayır 09:36Dövlət gələcək xatirinə bu “yük”ün altına girəcəkmi? - “Uşaq pulu”na xərclənəcək 1-1,5 milyard... 09:13Bu gündən bu sahələrin fəaliyyətinə icazə verilir 08:26Bu gündən bu sahələrin fəaliyyətinə icazə verilir 08:21Azərbaycanda 1 həftəyə koronavirus belə azaldı 08:10Nazirdən işsiz şəxslərə müjdə 10:44Baş nazirdən anons: hansı qadağalar ləğv ediləcək? 10:37Beyrut partlayışı Qarabağa sıçraya bilərmi? - Video 09:51Gecə cəbhədə nə baş verib? - Nazirlik məlumat yaydı 09:18Neft yenidən ucuzlaşdı 09:11Livan ermənilərinin Qarabağa köçü: məkrli plan, yoxsa blef... - TƏHLİL 08:49Bu gün Milli Məclisin növbədənkənar sessiyası başa çatır 08:31icaze.e-gov.az portalından icazələr bu formada alınacaq - Diqqət! 09:54İriçaplı pulemyotlar işə düşdü - Atəşkəs yenidən pozuldu 09:30Beyrutdakı dəhşətli partlayışın səbəbi məlum oldu - VİDEO 08:59Neft bahalaşdı 08:21Penitensiar xidmətin rəisi dənizi "işğal" edib, yolu bağlayıb - Sakinlərdən şikayət 14:10Deputatlar gəlirlərini açıqlayacaqmı? - “YAP-dan göstəriş olsa, hesabat verərəm...” 13:41Türkiyənin F-16 qırıcıları Naxçıvandan İrəvana hava zərbəsini məşq etdi? - RUSİYA MƏNBƏLƏRİ 12:59"Tamam başlarını itiriblər..." - "Kapital Bank"dan şikayətlər artır 12:35“Sevimli dad”ın sosiskasından qurd çıxdı - FOTOFAKT 11:58Baş metroçu da pulları belə xırıd edir - Sənəd-sübut... 09:38Ermənilər növbəti dəfə Tovuzu atəşə tutdu 09:30Göygöl sakininin evindən narkotik və sursat tapılıb 14:37Azərbaycana qardaş dəstəyi Qarabağı bizə qaytararmı? - TƏHLİL 14:02Sahil Babayevin işçiləri narazılıq yaradır - GİLEY 13:32İsmayıl Hüseynovu hansı güc qoruyur? - DTX-nın həbs etdiyi şəxs gömrük generalının qohumudur... 12:13