27 июл 08:52sosial / gundem

İslahatın qarşısındakı "məmur səddi" - NƏ ETMƏLİ?..

İslahatın qarşısındakı "məmur səddi" - NƏ ETMƏLİ?..


Azərbaycanda məmur özbaşınalığı ilə bağlı şikayətlər artır.

Bu məsələ yalnız mediada, sosial şəbəkələrdə, yaxud ictimai etirazlar formasında səsləndirilməyib.Prezident İlham Əliyev də dəfələrlə keçirdiyi iclas və müşavirələrdə hakimiyyət nümayəndələrinə xəbərdarlıq edib, vətəndaşın maraqlarını nəzərə almağı əsas tələb kimi qoyub.

Ancaq dövlət başçısının bu göstərişlərindən hər bir kürsü sahibinin nəticə çıxardığını, xalqla hesablaşdığını bu gün də söyləmək mümkün deyil.Sitat üçün Azərbaycan Prezidentinin müxtəlif dövrlərdə məmurların ünvanına dediyi tənqidi çıxışlara nəzər salaq.

"Mən dəfələrlə demişəm ki, məmurlar xalqla yaşamalı, özü və ailə üzvləri təvazökar olmalıdır".

Bunu Azərbaycan Prezidenti İlham Əliyev "Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nın icrasının üçüncü ilinin yekunlarına həsr olunmuş konfransda deyib. Dövlət başçısı bildirib ki, məmurlar rüşvətxorluqla məşğul olmamalıdır:

"Mən hər bir məmuru təyin edəndə deyirəm ki, get, düzgün işlə, xalqa xidmət et. Təəssüf ki, bəziləri nəticə çıxarmır, nəticədə cəzalandırılırlar.Biz "Asan Xidmət"i yaratdıq, hələ bir şikayət eşitməmişəm.Bu, ictimai xidmətlər sahəsində yenilikdir.Bu, həm bizim iradəmizi göstərir, həm də bunu etməyin mümkünlüyünü göstərir.Hər şey məmurlardan asılıdır.Məmurlar işlərində nöqsana yol verərlərsə, cəzalandırılacaqlar".

Dövlət başçısı çıxışında diqqətə çatdırıb ki, insanların yaxşı yaşaması təkcə maddi tərəflə ölçülmür:

"Burada, əlbəttə ki, məmur-vətəndaş münasibətləri xüsusi yer tutur. Mən dəfələrlə bu məsələ ilə bağlı öz fikirlərimi demişəm, bu gün də deyirəm.Hər kəs bilsin, eşitsin və nəticə çıxarsın.Məmurlar xalq üçün yaşayırlar.Məmur xalqın xidmətçisidir, vətəndaşa xidmət göstərməlidir, özünü təvazökar aparmalıdır”.

Yaxud bu ilin əvvəlində Prezidenti İlham Əliyevin Nahid Bağırovu İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı, Mirhəsən Seyidovu Neftçala Rayon İcra Hakimiyyətinin başçısı vəzifələrinə təyin olunmaları ilə əlaqədar qəbul edərkən etdiyi çıxışına diqqət yetirək.

Ölkə başçısı əslində məmur-vətəndaş münasibətlərində mövcud olan problemlərin aradan qaldırılmasının mexanizmini də göstərib.Əslində, buna nail olmağın yolu çox sadə olduğunu dövlət başçısı da vurğulayıb. Məmurun üzərinə düşən əsas vəzifə bu tapşırığın məsuliyyətini dərk etmək və onu icra etməkdir:

“Buna nail olmaq üçün, sadəcə olaraq, mənim tapşırıqlarımı yerinə yetirmək lazımdır. Bu tapşırıqlar da çox sadədir - vətəndaşlarla bir yerdə olmaq, daim xalq arasında olmaq, xalqın qayğıları ilə yaşamaq, rüşvətxorluğa, korrupsiyaya qarşı ciddi mübarizə aparmaq, rayonların sosial-iqtisadi inkişafına töhfə vermək.

Əgər siz bu tapşırıqlarımı layiqincə yerinə yetirsəniz, həm dövlət sizin işinizdən razı olacaq, həm də vətəndaşlar.Korrupsiya və rüşvətxorluğa qarşı mübarizə Azərbaycanda ən ciddi formada aparılır və bunun təzahürləri göz qabağındadır.Bu siyasət şüurlu siyasətdir və bundan sonra da davam etdiriləcək. Qanun qarşısında hamı bərabərdir, heç kim toxunulmaz deyil, heç kimin heç bir xüsusi imtiyazları yoxdur, heç kimin keçmiş xidmətləri nəzərə alınmayacaq. Hər kəs keçmiş xidmətlərə görə dövlətdən layiqli qiymət alıbdır.Bundan sonra əgər kimsə dövlət işində, xüsusilə icra başçısı vəzifəsində işləmək istəyirsə, bax, bu prinsiplər əsas olmalıdır.Ancaq ötən müddət ərzində məmurlar bu qanunsuzlar davam edibsə, deməli Prezidentin verdiyi tapşırıqlardan və bildirdiyi iradlardan nəticə çıxartmayıblar.Ona görə də dövlətin vəzifəli şəxsləri xüsusi əməliyyat keçirib həbs etməkdən başqa yolu qalmır”.

Yaxud iyulun 23-də Prezident İlham Əliyev su təsərrüfatının vəziyyətinə dair videoformatda keçirilən müşavirə zamanı çıxışına nəzər salaq:

“İndi mənə hər gün 10-dan çox məktub gəlir. Mən Prezident Administrasiyasına, Nazirlər Kabinetinə tapşırıq verirəm. Onlar baxırlar, operativ şəkildə həll edirlər.Axı, bu, onların demək olar ki, əsas işi deyil.Bunu aidiyyəti qurumlar etməlidirlər.Nə üçün bu məktublar mənə yazılır?Ona görə ki, aidiyyəti qurumlara yazılanda onlar əhəmiyyət vermirlər, başdan edirlər.Nə qədər belə faktlar var. Biz nə qədər buna dözməliyik?”

Bütün bunlar göstərir ki, əldə edilən uğurlarla yanaşı, bürokratik problemlər həll olunmamış qalır.Ona görə də əksər sahələr üzrə əhali məmurlardan narazıdır.İstər Bakı şəhərində, istərsə də bölgə sakinləri Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya şikayət məktubu yazması ənənəvi hal alıb.Bunun da başlıca səbəbi icra hakimiyyəti orqanlarının müraciətlərə vaxtında və yerində baxmamasıdır.Hətta əldə etdiyimiz məlumatlara görə, bir sıra rayonlarda icra hakimiyyəti başçıları poçt xidməti idarələrinə xüsusi tapşırıq verib, şikayət məktublarının ünvana çatdırılmasını əngəlləyir.Belə ki, yerli sakinlərin Dövlət başçısı İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya yazdığı şikayət məktub göndərilmir.Vətəndaş isə aylarla oturub məktubuna cavab gözləyir.Çarəsiz qalıb ikinci, sonra üçün, dördüncü məktubu yazır.

Ümidlə İlham Əliyevdən və ya Mehriban Əliyevadan onun probleminin həlli üçün tapşırıq gələcəyini gözləyən vətəndaş məktubunun çoxdan məhv edildiyini, ya da poçt idarəsindən göndərilmədiiyndən xəbərsiz olur.Məmurlar isə Prezidentə verdikləri hesabatda “hər şeyin öz qaydasında olduğunu”, sadəcə problemləri aradan qaldırmaq üçün dövlət büdcəsindən bir neçə milyon əlavə xərc ayrılmasının vacibliyini bildirir.Dövlət başçısının sonuncu müşavirədə səsləndirdiyi tənqidi fikirlər Prezidentlə xalq arasında səddə çevrilmiş səlahiyyət sahiblərinin dövlət-cəmiyyət münasibətlərinin formalaşmasında ciddi əngələ çevrildiyini göstərir.

Azərbaycan Prezidentinin 2019-cu ildə bölgələrə səfərləri zamanı şəxsən özünün əhalidən şikayət məktublarını toplaması və həmin müraciətlərə baxılması üçün dərhal göstəriş verməsi hökumət orqanlarının öz işinin öhdəsindən lazımi səviyyədə gəlmədiyini təsdiq etdi. Bu səddi qırmağa qərara verən əhali sonda nə məmur hədəsindən, nə həbsdən qorxub kütləvi şəkildə Prezidentə yaxınlaşmağa və həqiqəti açıb deməyə qərar verdi. Ağsu rayonunda başlanan bu proses tezliklə başqa bölgələri əhatə etdi. Dövlət başçısının adekvat reaksiyası isə hakimiyyət orqanlarında ciddi islahatlar həyata keçirməkdən ibarət oldu.Ötən ildən bəri dövlət idarəçiliyi sistemində həm ciddi struktur, həm də kadr dəyişikliyi aparılıb.Lakin görünür, islahatların mahiyyəti, yaxud nəticələri hələ də bəzi məmurlarıciddi narahat edir.Ölkə rəhbərliyinin tapşırıqlarına, qanunvericiliyin tələblərinə və əhalinin problemlərinə laqeyd münasibət qalmaqdadır.Bunlar isə bürokratiyaya qarşı ikinci islahat dalğasının gəlməsi ilə yekunlaşa bilər.Ötən təcrübə göstərir ki, belə situasiyada Prezidentin və cəmiyyətin istəkləri üst-üstə düşür.

Doğrudur, son vaxtlar belə məsulliyyətsiz məmurların cəzalandırılması üçün bir sıra həbslər aparılıb.Ancaq ölkə başçısının çıxışında səsləndiridiyi tənqidlər cəzalananları görüb nəticə çıxartmayanların hələ də vəzifə başında qaldığını göstərir.Ona görə də onları daha ciddi cəza gözləyə bilər.Prezident İlham Əliyevin verdiyi mesajlar da bunu təsdiq edir.Yəni Azərbaycanda başlanacaq növbəti islahat dalğası həmin məmurları birdəfəlik idarəçilik sistemindən süpürüb ata bilər.
SON XƏBƏRLƏR
Soydaşlarımıza qarşı erməni təxribatları davam edirmi? - GƏLİŞMƏ 12:11Toy mərasimlərinə icazə verilməsi ilə bağlı RƏSMİ AÇIQLAMA 11:37“Polad Bülbüloğlunu Moskvaya kef çəkməyə, mahnı oxumağa göndərməmişik” - İTTİHAM 11:18Ağcabədinin də öz oliqarxları var... - İDDİA 10:58Oliqarxın deputat kürəkəni Komitə sədri olur? - Açıqlama 10:53Qafqaz Konserv zavodu Xaçmazın başbəlasına çevrilib... - NARAZILIQ... 10:05“Şərab biznesmeni” olan səfir üçün həbsxana yolu görünür - İDDİA 09:26“Dərslərin təşkilinə dair hibrit variant da var» - Ekspertdən iddia 09:05İrəvanda köç tələbi, Qarabağa fürsət... - TƏHLİL 08:48"Eldorado"da dövlətin qanunları işləmirmiş... - "Qardaş, obyekt mənimdi, özüm bilərəm" 11:18Aldanmış əmanətçilərin problemi yoluna qoyulacaqmı? - GƏLİŞMƏ 10:35İcra Hakimiyyəti milli–mənəvi dəyərlərə etinasız yanaşır - Qaxda ACINACAQLI MƏNZƏRƏ 10:06O da bacarmadı... - Deputatlığı da nümunəvi olmamışdı... 09:42Cavid Qurbanov onlara vəd versə də, sözünü tutmayıb... - ETİRAZ 09:23XİN-də şok korrupsiya yemi: - diplomatlarla pullar kimlərin seyfində? 08:56Təhsil Nazirliyinin ŞOK TENDERİ: - Aparatın mebel və jalüzünə 1.6 milyon xərcləyəcək 08:35"Bundan sonra "İrşad Telekom"dan heç nə almayacam..." - Müştəri digər alıcıları da uyardı 07:51Novruz Aslanov seçiciləri qəbul edib 16:5215 yaşlı qızı hamilə qoyan müəllimin cəzası nə qədər arta bilər? - “Belə yüngül cəzaya rast gəlməmişəm” 11:30Prezident İlham Əliyev Rusiya Prezidentinə NƏLƏRİ DEDİ? - TƏFƏRRÜAT 11:05Neft ucuzlaşıb 08:48“Rusiya bundan sonra da Ermənistanı silahlandıracaq” - Kremlin davranışına Bakıdan təpkilər 08:13“Azərbaycanda ikinci dalğa olmayacaq!” - Elmi araşdırma... 07:49Düşmən atəşkəsi iriçaplı pulemyotlarla pozub 09:16Dünyada koronavirusdan sağalanların sayı 13 milyonu keçdi - STATİSTİKA 08:45Bir sıra buraxılış və qəbul imtahanlarının nəticələri bəlli oldu 08:31Sumqayıtda mağazada yanğın 08:13İrem Derici: “Sevgi münasibəti təkcə qarşı cinslə yaşanmaz” 07:55Aynişan həyat yoldaşından ayrılıb? 10:23Lukaşenko 80,23 faiz səslə qalib gəldi 10:20Gələn həftə Məhərrəm ayı başlayır 09:36Dövlət gələcək xatirinə bu “yük”ün altına girəcəkmi? - “Uşaq pulu”na xərclənəcək 1-1,5 milyard... 09:13Bu gündən bu sahələrin fəaliyyətinə icazə verilir 08:26Bu gündən bu sahələrin fəaliyyətinə icazə verilir 08:21Azərbaycanda 1 həftəyə koronavirus belə azaldı 08:10Nazirdən işsiz şəxslərə müjdə 10:44Baş nazirdən anons: hansı qadağalar ləğv ediləcək? 10:37Beyrut partlayışı Qarabağa sıçraya bilərmi? - Video 09:51Gecə cəbhədə nə baş verib? - Nazirlik məlumat yaydı 09:18Neft yenidən ucuzlaşdı 09:11Livan ermənilərinin Qarabağa köçü: məkrli plan, yoxsa blef... - TƏHLİL 08:49Bu gün Milli Məclisin növbədənkənar sessiyası başa çatır 08:31icaze.e-gov.az portalından icazələr bu formada alınacaq - Diqqət! 09:54İriçaplı pulemyotlar işə düşdü - Atəşkəs yenidən pozuldu 09:30Beyrutdakı dəhşətli partlayışın səbəbi məlum oldu - VİDEO 08:59Neft bahalaşdı 08:21Penitensiar xidmətin rəisi dənizi "işğal" edib, yolu bağlayıb - Sakinlərdən şikayət 14:10Deputatlar gəlirlərini açıqlayacaqmı? - “YAP-dan göstəriş olsa, hesabat verərəm...” 13:41Türkiyənin F-16 qırıcıları Naxçıvandan İrəvana hava zərbəsini məşq etdi? - RUSİYA MƏNBƏLƏRİ 12:59"Tamam başlarını itiriblər..." - "Kapital Bank"dan şikayətlər artır 12:35“Sevimli dad”ın sosiskasından qurd çıxdı - FOTOFAKT 11:58Baş metroçu da pulları belə xırıd edir - Sənəd-sübut... 09:38Ermənilər növbəti dəfə Tovuzu atəşə tutdu 09:30Göygöl sakininin evindən narkotik və sursat tapılıb 14:37Azərbaycana qardaş dəstəyi Qarabağı bizə qaytararmı? - TƏHLİL 14:02Sahil Babayevin işçiləri narazılıq yaradır - GİLEY 13:32İsmayıl Hüseynovu hansı güc qoruyur? - DTX-nın həbs etdiyi şəxs gömrük generalının qohumudur... 12:13