21 сен 05:39sosial / gundem

“Nazir savadlıdır, amma işbilməyənləri cəlb ediblər, heyf...” - AKTUAL

“Nazir savadlıdır, amma işbilməyənləri cəlb ediblər, heyf...” - AKTUAL
Neft qiymətlərinin ucuzlaşması, qarşıdakı illərdə karbohidrogen ehtiyatlarına olan ümidlərin azalması dünyanın böyük neft şirkətlərini bizneslərini dəyişməyə vadar edib.

Hətta bir sıra məhşur şirkətlərinin artıq bu dəyişikliyi etdiyi bildirilir. Artıq neft erasının bitdiyi vurğulanır. Üz tutulan sahələrdən biri isə alternativ enerji istehsalıdır. Analitiklər bildiriblər ki, 2019-cu ildə BP-nin gündəlik neft-qaz hasilatı 2,6 milyon barel olduğu halda 2030-cu il üçün illik hədəf 1,5 milyona endirilib. Ötən il 2,5 QVt bərpa olunan enerji istehsal edən şirkətin 2030-a olan planları isə dəfələrlə yüksək 50 QVt-dır.

«Chevron» kimi konservativ şirkətin də bu gün bərpa olunan mənbələrdən enerji istehsalına milyardlar yatırdığı bildirilir.

FED.az-ın məlumatına görə əvvəllər BP-də çalışmış biznes strategiya üzrə məsləhətçi Atul Arya bildirib ki, «Yaşıl enerji»yə keçidin ən maraqlı səbəblərindən biri isə bu sahədəki sabitlikdir. Son 12 ildə neftin bazar qiymətlərinin 148 dollardan mənfi 42 dollaradək dəyişməsini görmüş neft şirkətləri üçün bura əsl «cənnət» ola bilər. «Yaşıl enerji»də qiymət oynaması neftdən daha aşağıdır və burada sabitlik daha böyükdür. Amma buna vaxt lazımdır. Hələlik isə neft şirktləri bu sahədən günəş və külək enerjisi ilə müqayisədə daha çox pul qazana bilirlər. İri şirkətlər qarşıdakı 10-20 il ərzində də neftdən asılı olacaqlar. Bu ən azı ona görə lazımdır ki, alternativ enerjiyə yatırmaq üçün kifayət qədər pul toplaya bilsinlər”.

Azərbaycanda alternativ enerji istehsalının vəziyyəti necədir? Alternativ enerji istehsalının genişləndirilməsi üçün nə qədər zaman və vəsait lazımdır? Hesablama aparılırmı?

Energetika nazirinin müşaviri, Nazirliyin mətbuat katibi Zəminə Əliyeva Cebhe.info-ya açıqlamasında bildirib ki, bərpa olunan enerji sahəsinin inkişafı hazırda enerji siyasətinin əsas prioritetlərindən biridir. Bu məqsədlə 2030-cu ilədək külək və günəş enerjisi hesabına 1500 MVt-lıq yeni layihələrin reallaşdırılması ilə elektrik enerjisinin istehsal gücündə bərpa olunan enerji mənbələrinin payını 30%-ə çatdırmaq planlaşdırılır:

“Bu istiqamətdə yanvarda Energetika Nazirliyi ilə Səudiyyə Ərəbistanı Krallığının “ACWA Power” və Birləşmiş Ərəb Əmirliklərinin “Masdar” şirkətləri arasında İcra müqavilələri imzalanıb. Müqavilələrə uyğun olaraq mövcud tariflər çərçivəsində “ACWA Power” şirkəti ilə 240 MVt gücündə külək, “Masdar” şirkəti ilə isə 200 MVt gücündə günəş stansiyalarının tikintisi ilə bağlı pilot layihələr icra olunmaqla ümumilikdə təxminən, illik 1.4 mlrd. kVt•st elektrik enerjisinin istehsalı proqnozlaşdırılır. Bu layihələrə ümümilikdə təxminən 400 milyon ABŞ dolları məbləğində investisiya qoyulması nəzərdə tutulur. Yəni bu layihələrə dövlət vəsaiti yatırılmayacaq.

Bu layihələrin icrası nəticəsində 315 mln. m3 təbii qaza qənaət edilməsi və 680 000 tona yaxın karbon qazı tullantısının qarşısının alınması gözlənilir. Hazırda şirkətlər ilə danışıqlar aparılır və ilin sonuna qədər bütün sənədlərin imzalanması nəzərdə tutulur. Bu pilot layihələrdən əlavə özəl sektorun və xarici investorların cəlb edilməsi ilə yeni güclərin hərraca çıxarılması üçün hazırlıq tədbirləri də görülür”.

Beynəlxalq Ekoenergetika Akademiyasının prezidenti Fəqan Əliyevin fikrincə, bu sahədə Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyi yaradılsa, bu sahəyə böyük maliyyə ayrılsa da, Agentliyin fəaliyyəti özünü doğrultmayıb:

“Yaxşı olardı ki, dövlət bu işi bilənlərə həvalə edərdi. Mən Beynəlxalq Ekoenergetika Akademiyasının rəhbəri olaraq müqaviləni uddum. Amma məni hüquqi normativ baza yaratmağa qoymadılar. Hüquqi baza olmasa, işləmək mümkün deyil. İndi Energetka Nazirliyi bu işə başlayıb. Amma mütəxəssislər dəvət olunmayıb. Keçmiş nazir, rəhmətlik Natiq Əliyev bu işləri bilirdi, amma Agentliyin rəhbəri Akim Bədəlov onu işləməyə qoymadı. İndiki nazirimiz də savadlı adamdır, amma bura işə bilməyənləri cəlb ediblər. Heyf deyirəm. Çünki xəstə həkimə gedir, evi bənna tikir. Bu işin inkişaf etdirilməsini arzulayıram. Çünki alternativ enerji sahəsi inkişaf edən ölkələrə inkişaf etmiş ölkələr kimi yanaşılır. Kaş ki, biz də buna nail olardıq”.
SON XƏBƏRLƏR
Vilayət Eyvazov generalı vəzifəsindən azad etdi 10:46Qəbələnin icra başçısı bunu görmür? - GİLEY 10:27Bakıda gücləndirilmiş dezinfeksiya işləri aparılacaq - XƏBƏRDARLIQ 10:10Azərbaycan Ordusu vacib ərazi və yüksəkliklər ələ keçirib - RƏSMİ 09:39Müdafiə Nazirliyi cəbhədəki son vəziyyəti AÇIQLADI 09:27“Hər gün 100 cəsəd göndərin, ailələrinə bu barədə məlumat verməyin” - Ermənilərin yazışması ələ keçirildi 11:00Düşmən Ağdamı atəşə tutdu: Yaralılar var - RƏSMİ 10:34Dünyada koronavirusdan sağalanların sayı 29 milyonu keçdi - STATİSTİKA 09:50“Dərs vaxtı”nın bu günə olan cədvəli - FOTO 09:39Düşmən yaşayış məntəqələrimizi atəşə tutur - RƏSMİ 07:31Düşmən Füzulini atəşə tutdu: Yaralılar var - RƏSMİ 07:16UEFA Azərbaycan millisinin oyununa təyin etdiyi erməni hakim-inspektoru dəyişdirib 06:55Düşmən Tərtəri yenidən atəşə tutur 06:28Düşmənin yüksək rütbəli zabitləri məhv edildi: Xankəndidə hərbi hissə vuruldu - VİDEO 06:01Bakıda sex yandı 05:46Koronavirusla bağlı SON STATİSTİKA 05:32Türkiyə KİV-dən Ordumuza tam DƏSTƏK 05:20Türkiyə Prezidenti: “Qarabağ probleminin yeganə həlli işğala son qoymaqdır” 05:05Teledərslərin oktyabrın 9-u üçün cədvəli - FOTO 04:47Düşmənin daha bir yalanı ifşa edildi - FOTO 07:06Düşmən Goranboyda polis şöbəsi və məktəbi atəşə tutdu: Dağıntılar var - RƏSMİ 06:50Tramp Çini hədələdi 06:27Xankəndi-Yerevan yolundakı körpü tam dağılmayıb - FOTO 06:11Qubada ev yandı: Ölən var 05:56“Dərs vaxtı”nın bu günə olan cədvəli - FOTO 05:44Koronavirusla bağlı SON STATİSTİKA 05:31Düşmən hücumu nəticəsində həlak olan mülki şəxsin adı açıqlandı - RƏSMİ 05:19Düşmən yaşayış məntəqələrimizi atəşə tutmaqda davam edir: Ölən və yaralananlar var - RƏSMİ 05:08Bayrağını canından çox sevən millət: Qürurlandırıcı görüntü - FOTO 08:06Beyləqan, Bərdə və Tərtər şəhərləri Ermənistan silahlı qüvvələri tərəfindən atəşə tutulur - RƏSMİ 07:43Xankəndini aclıq, qıtlıq bürüyüb: ermənilər kütləvi şəkildə şəhərdən qaçırlar 06:52Ceyhun Bayramov Avropa İttifaqının rəsmisinə Ermənistanın son təxribatları barədə məlumat verib 06:26Koronavirusla bağlı SON STATİSTİKA 06:00“Dərs vaxtı”nın bu günə olan cədvəli - FOTO 05:40Cəbhədə şiddətli döyüşlər davam edir 05:16Erməni əsgərlər arasında atışma olub - RƏSMİ 07:53Düşmən yenidən kəndlərimizi atəşə tutur - Ölən və yaralananlar var 06:40Ermənilərin ziyan vurduğu yaşayış evlərinin sayı AÇIQLANDI 06:11Tramp koronavirusa yoluxdu 05:50Qarabağdakı vəziyyəti diqqətlə izləyirik - Pentaqon 05:32Madagiz ətrafındakı hakim yüksəkliklər azad edildi, Ordumuz Cəbrayıl-Füzuli istiqamətində irəliləyir - RƏSMİ 05:15Tərtərə düşmən hücumu: Bir nəfər həlak oldu, üç nəfər yaralandı - RƏSMİ 09:19Bu gündən ictimai nəqliyyatın hərəkətində dəyişiklik edilir - RƏSMİ 09:03Müdafiə Nazirliyinin rəsmisindən açıqlama 08:46Prezident Vilayət Eyvazova hərbi vəziyyət dövründə yeni səlahiyyət verdi - SƏRƏNCAM 08:23Azərbaycanlı hakerlər Paşinyanın şəxsi məlumatlarını ələ keçirdi 07:56Azərbaycanda qismən səfərbərlik elan edildi - SƏRƏNCAM 07:38"Ermənistan rəhbərliyi şüurlu şəkildə danışıqlar prosesini pozur” - Prezident İlham Əliyev 07:11Düşmənin məhv edilən tabor komandiri bir çox təxribatların təşkilatçısı olub - FOTO 06:46Prezidentin köməkçisi “Al Jazeera” telekanalına cəbhədəki son vəziyyətdən danışdı - VİDEO 06:27Tramp Dağlıq Qarabağdakı münaqişəyə münasibət bildirdi 05:52Ermənistan daha 15 hərbçinin öldüyünü ETİRAF ETDİ 05:31Müdafiə Nazirliyi Ermənistana sonuncu XƏBƏRDARLIĞI ETDİ 05:06İcra başçısının müavini səfərbərliyə şou xətrinə müraciət edibmiş? - İDDİA 06:56"Bizim üçün tikilən evləri satırlar" - İmişlidə ETİRAZ 06:36Sabahdan ali məktəblərə daxil olan şəxslərin qeydiyyatı başlayır 06:15Yardımlıda təhsil sistemi çöküb... - İTTİHAM 05:51