27 июл 09:18tehsil / gundem

Uğursuz həmlənin incəlikləri... - İDDİA

Uğursuz həmlənin incəlikləri... - İDDİA

Ceyhun Bayramovun Xarici İşlər Naziri təyin olunması ilə faktiki başsız qalan Azərbaycan təhsilinin onsuz da aır olan durumu bir qədər də ağırlaşıb. Düzdür, baş nazirin sərəncamı ilə təhsil naziri vəzifəsinin müvəqqəti olaraq icrası Firudin Qurbanova tapşırılıb, amma bu rəsmi rəhbər olmaq demək deyil və Ceyhun Bayramovun dövründə belə özünü az qala nazir statusunda aparan şəxslərin hakimiyyəti daha da güclənib.

Bu sırada isə xüsusilə diqqət çəkən, təhsil nazirinin müavini Məhəbbət Vəliyevadır. O Məhəbbət Vəliyeva ki, Örezidentin adından sərəncam Verilməsində də şübhəli bilinə bilər. Rubrika.Az bununla bağlı cumhuriyyet.az-a istinadən xatırladır ki, Ceyhun Bayramovun yeni posta təyinatından sonra elekton media orqanlarında az qala ildırım sürəti ilə bir “sərəncam” yayıldı.17 iyul 2020-ci il tarixli “Sərəncam”a görə Təhsil nazirinin müavini Məhəbbət Vəliyeva Azərbaycan Respublikasının Təhsil naziri “təyin olundu”. Əlbəttə, iddia oluna bilər ki, təhsil nazirinin müavini kimi M.Vəliyeva bu posta şanslı namizədlərdən biridir və məlum “sərəncam” bu ehtimal əsasında ortaya çıxa bilər. Amma həmin dönəmdə təhsil naziri postuna təyinatla bağlı digər adlar-Professor Ədalət Muradov,prezidentin köməkçi Fərəh Əliyeva,professor Mustafa Babanlı və s. səsləndirilirdi. Bu ehtimallar arasında yalnız M.Vəliyeva ilə bağlı “sərəncam”ın ortaya çıxması təsadüfi ola bilməz. Yayılan xəbərlə bağlı Məhəbbət Vəliyevanın susuqunluq göstərməsi də bu iddianı gücləndirir.
Bütün ehtimalları bir qırağa qoysaq belə, hazrki durumda Prezident adında saxta sərəncam verib sosial şəbəklərdə yayaraq ictimai rəyi formalaşdıraraq hər hansı bir təyinata nail olmaq cəhdidir. Lakin bu əməldə birmənalı şəkildə cinayət tərkibi var və bu sərəncamı hazırlayan və dövriyyəyə ötürən şəxs və şəxslərin dairəsi müəyyənləşdirilməli və cinayət məsuliyyətinə cəlb edilməlidir.

Direktor əməliyyatları

Təhsil sistemində baş verənlərlə bağlı media üzərindən apardığımız araşdırmalara görə, M.Vəliyevanın nazir təyin olunması haqda saxta sərəncamın dövriyyəyə buraxılmasının əsas səbəni onun bir çox şəxslərə verdiyi vədlərlə bağlıdır ki, özünü nazir kimi təqdim etməklə M.Vəliyeva bu vədlərin gerçəkləşəcəyi görüntüsünü yaradır. Bu sırada xüsusilə maraq doğuran məqam 20 saylı orta məktəblə bağlıdır. Belə ki, ölkə mediasında yer alan məlumatlara görə, “mətbuata yaxından tanış olan, təhsillə yaxından-uzaqdan bağlılığı olan şəxslərin yaxşı tanıdığı Nizami rayonunda yerləşən 214 saylı tam orta məktəbin direktoru, təhsil nazirinin müavini Məhəbbət Vəliyevanın rəfiqəsi (əslində qohumu) adlandıran Esmira Ağayeva paytaxtın 20 saylı məktəbini gözaltı edib. Ölkənin ən nüfuzlu təhsil ocaqlarından birinə direktor olmaq üçün E.Ağayevanın qohumuna 150 min manat verdiyi də daxil olan məlumatlar sırasındadır. 49 min manata 214 saylı məktəbi E.Ağayevanın nə vəziyyətə saldığı iddia edilirsə 150 min manta 20 saylı məktəbi hansı günə salacağını düşünəndə adam dəhşətə gəlir” Onu da bildirək ki, bu M.Vəliyevanın ilk direktor əməliyyatı deyil. Kimya-biologiya liseyinə direktor təyin olunan Kamran müəllim, 82 saylı məktəbin direktoru Leyla müəllimə, 251 saylı məktəbin direktoru Aygün müəllimə, 32 saylı məktəbin direktoru Sevda müəllimə, 47 saylı məktəbin direktoru Aytən müəllimə, 251 saylı məktəbin direktoru Aygün müəllimə məhz M.Vəliyevanın “yetirmələridir.” Onların vasitəsilə paytaxt məktəblərinin mühüm qismi nəzarət altında saxlanılır. Xatırlatmağa dəyər ki, bir ara KİV-də Bakı şəhəri Yasamal rayonu 53 saylı orta məktəbin dorektoru Firəngiz Həsənovanın Məhəbbət Vəliyevanın Bakı şəhər Təhsil Şöbəsinin müdiri təyin olunanda ona 20 min manatlıq brilyantla bəzədilmiş qızıl saat hədiyyə etdiyi barədə xəbər dolaşdı. Məqsədimiz həmin məsələlərin üstünə yenidən qayıtmaq deyil. Sadəcə bütün bu iddialara Məhəbbət Vəliyeva tərəfindən rəsmən təkzib verilməməsi böyük şübhələrə yol açır.

Məhəbbət Vəliyeva korrupsiyasının qoşa qanadı

Təhsil sistemindəki mənbələrin bildirdiyinə görə hazırda M.Vəliyevanın “təhsil fəaliyyətinin” qızğın dönəmidir. Belə ki, birinci siniflərə qəbul və müəllimlərin işə qəbulunu nazir müavini kimi M.Vəliyeva öz nəzarətində saxlayıb. Mənbənin sözlərinə görə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdir müavini İlhamə Abdullayeva birincilər prosesinə, əhsil Nazirliyinin İnsan resursları şöbəsinin müdiri Eşqin Bağırov isə müəllimlərin işə qəbuluna rəhbərlik edir. Hər iki şəxsin əməliyyatları isə M. Vəliyevanın himayəsi altında həyata keçirilir. Tək bir faktı xatırladaq ki, Bakı şəhərində birinci sinfə qəbul 500-3000 manat arası, müəllimlərin işə qəbulunun isə 10-15 min manat arası dəyişməsi ilə bağlı iddialar var.

M.Vəliyeva haqqında mətbuatda səslənən iddialar kifayət qədər ciddidir. Nəzərə alsaq ki, söhbət dövlət üçün strateji sayılan təhsil sistemindən gedir onda bu məsələnin sıradan bir korrupsiya olmadığını düşünməyə əsass var. Onu da xatırlatmaq yerinə düşər ki, DTX və digər hüquq mühafizə orqanlarının apardığı səs-küylü əməliyyatlar mətbuatın bu kimi iddialarını təsdiqləmiş olub . Demək, Məhəbbət Vəliyevaya da növbə çatacaq.
Rubrika.Az
SON XƏBƏRLƏR
Düşmən atəşkəsi iriçaplı pulemyotlarla pozub 09:16Dünyada koronavirusdan sağalanların sayı 13 milyonu keçdi - STATİSTİKA 08:45Bir sıra buraxılış və qəbul imtahanlarının nəticələri bəlli oldu 08:31Sumqayıtda mağazada yanğın 08:13İrem Derici: “Sevgi münasibəti təkcə qarşı cinslə yaşanmaz” 07:55Aynişan həyat yoldaşından ayrılıb? 10:23Lukaşenko 80,23 faiz səslə qalib gəldi 10:20Gələn həftə Məhərrəm ayı başlayır 09:36Dövlət gələcək xatirinə bu “yük”ün altına girəcəkmi? - “Uşaq pulu”na xərclənəcək 1-1,5 milyard... 09:13Bu gündən bu sahələrin fəaliyyətinə icazə verilir 08:26Bu gündən bu sahələrin fəaliyyətinə icazə verilir 08:21Azərbaycanda 1 həftəyə koronavirus belə azaldı 08:10Nazirdən işsiz şəxslərə müjdə 10:44Baş nazirdən anons: hansı qadağalar ləğv ediləcək? 10:37Beyrut partlayışı Qarabağa sıçraya bilərmi? - Video 09:51Gecə cəbhədə nə baş verib? - Nazirlik məlumat yaydı 09:18Neft yenidən ucuzlaşdı 09:11Livan ermənilərinin Qarabağa köçü: məkrli plan, yoxsa blef... - TƏHLİL 08:49Bu gün Milli Məclisin növbədənkənar sessiyası başa çatır 08:31icaze.e-gov.az portalından icazələr bu formada alınacaq - Diqqət! 09:54İriçaplı pulemyotlar işə düşdü - Atəşkəs yenidən pozuldu 09:30Beyrutdakı dəhşətli partlayışın səbəbi məlum oldu - VİDEO 08:59Neft bahalaşdı 08:21Penitensiar xidmətin rəisi dənizi "işğal" edib, yolu bağlayıb - Sakinlərdən şikayət 14:10Deputatlar gəlirlərini açıqlayacaqmı? - “YAP-dan göstəriş olsa, hesabat verərəm...” 13:41Türkiyənin F-16 qırıcıları Naxçıvandan İrəvana hava zərbəsini məşq etdi? - RUSİYA MƏNBƏLƏRİ 12:59"Tamam başlarını itiriblər..." - "Kapital Bank"dan şikayətlər artır 12:35“Sevimli dad”ın sosiskasından qurd çıxdı - FOTOFAKT 11:58Baş metroçu da pulları belə xırıd edir - Sənəd-sübut... 09:38Ermənilər növbəti dəfə Tovuzu atəşə tutdu 09:30Göygöl sakininin evindən narkotik və sursat tapılıb 14:37Azərbaycana qardaş dəstəyi Qarabağı bizə qaytararmı? - TƏHLİL 14:02Sahil Babayevin işçiləri narazılıq yaradır - GİLEY 13:32İsmayıl Hüseynovu hansı güc qoruyur? - DTX-nın həbs etdiyi şəxs gömrük generalının qohumudur... 12:13Şirəliyev “Epidbiomed” şirkətini necə "yemləyib" - ŞOK FAKTLAR 11:29İlham Əliyevdən Qurban Bayramı ilə bağlı paylaşım - FOTO 11:06Daşkəsəndə NƏ BAŞ VERİR? - QALMAQAL 10:33"4 aylıq maaşımı ala bilmirəm" - GİLEY 09:43Mehriban Əliyeva Azərbaycan xalqını təbrik etdi - FOTO 09:07Masallıda QANLI OLAY: Ata və oğlu güllələndi 10:55Dərslər nə vaxt və necə başlayacaq? - “Müxtəlif versiyalar üzərində müzakirələr gedir” 09:59Müdafiə Nazirliyi cəbhədəki son vəziyyət barədə məlumat yaydı 09:29Təhlükəli asılılıq: Rus çörəyinə bu qədərmi möhtacıq? - GƏLİŞMƏ 09:06Bakıda avtomobil səkiyə çırpılıb yandı 08:41Bu gün 10 şəhər və rayonda buraxılış imtahanları keçiriləcək 08:19Bakıda su problemi: Tələbat kəskin artıb, ehtiyat azalıb - AÇIQLAMA 12:37Prezident İsmayıllıda modul tipli xəstəxananın açılışında - FOTO 12:00Muğanlı-İsmayıllı-Təzəkənd-Ağbulaq-Qoşakənd avtomobil yolu istifadəyə verilib - FOTO 11:42Azərbaycanda əsgər bədbəxt hadisə nəticəsində vəfat etdi - RƏSMİ 11:29İlham Əliyev İsmayıllıya getdi 10:42Bakı polisindən imtahanlarla bağlı AÇIQLAMA - FOTO 10:25Prezident Qobustanda modul tipli xəstəxananın açılışında 09:47Baş Prokurorluq bu İcra Hakimiyyətində əməliyyat keçirdi - Saxlanılanlar var (YENİLƏNİB) 09:24Növbəti buraxılış imtahanları keçirilir 08:38Azərbaycanın meyvə-tərəvəz ixracının 90 faizi Rusiya bazarının payına düşür 08:35Dünyanın ən yaxşı restoranlar siyahısı açıqlanıbv 08:06Prezident yeni baş konsul təyin etdi 11:40